date stringlengths 10 10 ⌀ | id int64 20 839k | title stringlengths 5 83 | text stringlengths 1 32.8k ⌀ |
|---|---|---|---|
2013-09-10 | 130 | 30 min avroluq mükafat elan edildi | Elif Şəfəq münsif oldu Dünyanın ən bahalı "Sandey Tayms" ("Sunday Times") hekayə mükafatını məşhur yazıçılar və tənqidçilər seçəcək. Bir tək hekayə üçün dünyanın ən bahalı "Sandey Tayms" mükafatına hekayə qəbulu 19 gün ərzində davam edəcək və qalib 2014-cü ildə elan ediləcək. "Sandey Tayms"ın məlumatına görə, builki mü... |
2013-10-14 | 131 | Abbas Bağırov Ziya Məmmədovun oğlu ilə qolf oyunundan danışdı | Əməkdar artist Abbas Bağırovun paylaşdığı foto sosial şəbəkələrdə böyük marağa səbəb olub. Şəkil Abbas Bağırovun Azərbaycan Qolf Federasiyasının prezidenti, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla qolf oynadıqları zaman çəkilib. Müğənni saytımıza açıqlamasında qolfa olan həvəsi və Anar Məmmədovla baş tuta... |
2013-09-09 | 132 | Faiq Ağayev “Allah qarğa deyil” dedi | Xalq artisti Faiq Ağayev "Facebook" sosial şəbəkəsində paylaşdığı status böyük marağa səbəb olub. Müğənninin qənaətinə görə, insanların var-dövlətini, həyatını talan eləyənləri bir gün Allah mütləq cəzalandırır. Xalq artistinin statusunu olduğu kimi sizə təqdim edirik: "Hərənin cəzası layiq olduğu vaxt verilir. Allah (... |
2013-09-07 | 133 | Dünya ulduzları Torantoda | Kanadada ənənəvi Toranto Milli Kino Festivalı artıq başlayıb. Artıq 38-ci mövsümdür ki, keçirilən Toranto Kino Festivalının açılışını Kameron Baili edib. Onun bildirdiyinə görə, bu il festivalda real həyatda baş verən hadisələrdən bəhs edən filmlər daha çox yer alacaq. Buna misal olaraq "Mandela", "Ərəb baharı", "Assan... |
2013-09-06 | 134 | “Və dağlardan səda gəldi” | Məşhur yazıçının əsəri dilimizdə ABŞ-da yaşayan əfqan əsilli məşhur yazar Xalid Hüseyninin yeni kitabı olan "Və dağlardan səda gəldi" romanı azərbaycanca tərcümə edilib. Kitab yaxın günlərdə "Qanun" nəşriyyatında çap edilib. Bu haqda "Qanun" nəşriyyatının rəsmi feysbuk səhifəsində məlumat verilib. Dünyada 38 milyon nüs... |
2013-09-05 | 135 | Qızıl Koza Film Festivalı başlayır | Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsi Beynəlxalq Qızıl Koza Film Festivalı keçirəcək. Festivalda nümayiş ediləcək filmləri tamaşaçıların izləməsi də mümkün olacaq. Bu il ötən illərdən fərqli olaraq Skandinaviya ölkələrində çəkilən filmlərin xüsusi bölməsi yaradılıb. Ən önəmli və seçilmiş filmlərin yer aldığı bu bölmə... |
2013-10-14 | 136 | Hindistanlı heykəltəraş Türkiyədən ABŞ-a “get” dedi | Çağdaş dövrün tanınan sənət adamlarından olan hindistanlı heykəltəraş Aniş Kapurun İstanbulda sərgisi açılıb. Sərgini Sakıp Sabancı muzeyi gerçekləşdirir. "İstanbulda" adlanan sərgidə heykəltəraşın heç yerdə nümayiş olunmamış yeni əl işləri sərgilənəcək. Sərgidə heykəltəraşın daş işləri yer alıb. Həmçinin A.Kapur jurna... |
2013-09-05 | 137 | Cek Nikolson yaddaşını itirdi | Dünya kinosunun məşhur simalarından olan üç Oskar mükafatı sahibi 76 yaşlı aktyor Cek Nikolson son vaxtlar yaşadığı yaddaş problemlərilə bağlı kinodan getmək qərarı verdiyini bildirib. "Radaronline.com" saytının verdiyi məlumata görə, Cek Nikolson huşsuzluq problemi üzündən müxtəlif filmlərdə canlandırdığı obrazların r... |
2013-09-13 | 138 | Rihanna bir türkə aldandı | Rihanna bir türk pərəstişkarının tvitini pərəstişkarları ilə paylaşıb və bu, sosial mediada böyük rezonansa səbəb olub. Məsələ burasındadır ki, məşhur müğənni Rihanna Büşra adlı qızın türkcə yazdığı təhqiramiz sözü ("kaşara") anlamayıb. Büşra yazıbmış: "Ya şu kaşara spam atın amk hala pour it up çıkmadı". Tvitin içində... |
2013-09-14 | 139 | Tarkanın e-mailləri üzə çıxdı, ara qarışdı | Tarkanın uyuşdurucu istifadə etməsi iddiasıyla 2 ilə qədər həbs cəzasına məhkum olunduğu məhkəmədə "kokoin satmaq və tədarük etmək"lə 22.5 illik həbs olunması tələb olunan şübhəli iş adamı Murad Ərdoğanın vəkili Rezan Epözdəmir məşhur müğənninin müvəkkilinə əməliyyatdan dərhal sonra e-mail vasitəsilə ismarıc göndərdiyi... |
2013-10-14 | 140 | “Tibiliso”nu tərk etmə | "Bəyin oğurlanması" filmində məşhur bir səhnə var. Səməndər Rzayev camaata müraciətlə deyir ki, "Bu kino ki var, çox qəliz məsələdi: həm qəlizdir, həm də ki vacib". Bəli, çox vacib. Xüsusən də kino sahəsinin müasir dövrdəki durumu, son illərdə çəkilən filmlər. Müasir dövrdə çəkilən filmlərdən yazmağa adam ehtiyat edir.... |
2013-09-09 | 141 | Van Qoqun yeni rəsmləri sərgiləndi | Amsterdamda yerləşən Van Qoqun ev muzeyində dahi rəssamın yeni rəsmi sərgilənib. 1888-ci ildə Arslendə rəssamın yaradıcılığının ən qızğın dövründə çəkdiyi rəsm "Montmajorda qürub" adlanır. Muzeyin direktoru Aleks Rüger müsahibəsində bildirib ki, biz həmişə Van Qoqun bütün rəsmlərinin artıq bəlli olduğunu düşünmüşük. An... |
2013-09-04 | 142 | Kristi ailəsi Puaronun dirilməsinə razılıq verdi | Aqata Kristinin ölümündən sonra onun ailəsi bu işin yazar Sofi Hanna tərəfindən davam etdirilməsinə izn verib. Yeni romanda 39 il istefada istirahət edən Herkul Puaro, nəhayət, Aqata Kristi ailəsinin kitabın yazılmasının davam etdirilməsinə verdiyi razılıqdan sonra yeni cinayət işi götürür. Kitabı Kristinin 38 il əvvəl... |
2013-09-17 | 143 | Ayrılan 2 milyon Şah sarayı və Qız Qalasının payına düşdü | Prezident İlham Əliyev "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində muzey ekspozisiyalarının yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, İçərişəhər ərazisində muzey ekspozisiyalarının yenidən qurulması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsin... |
2013-09-11 | 144 | AFFA-dan sonuncu yer tutan millimizə milyonluq mükafat... | Dünya çempionatının seçmə mərhələsində mübarizə aparan Azərbaycan milli komandası son qarşılaşmada İsrail səfərindən 1 xalla döndü. Millimiz ikinci hissədə Rahid Əmirquliyevin vurduğu qolla önə keçsə də, bu üstünlüyü sona qədər qoruya bilmədi və nəticədə rəqib komanda hesabı bərabərləşdirdi. Bu arada xəbər yayıldı ki, ... |
2013-09-10 | 145 | AFFA Sakit Alıyevə yardım edəcək | Sakit Alıyev uzun illər Azərbaycan futbolunun üzdə olan simalarından olub. Vaxtilə Tovuzun "Turan" klubunun formasını geymiş Alıyev daha sonra doğma komandasında məşqçi kimi fəaliyyət göstərib. 2011-ci ilin mayında komandasına məşq keçdiyi zaman insult keçirərək məşqçi karyerasına son qoyub. Artıq xeyli vaxtdır ki, vet... |
2013-09-15 | 146 | “Topaz”ın oyun alverində növbəti şübhə | Sentyabrın 14-ü ölkə Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən "Xəzər Lənkəran" – "Bakı" oyunu Lənkəran klubunun 2:1 hesablı qələbəsi ilə başa çatdı. Bu, həm də lənkəranlıların mövsümdə ilk qalibiyyəti idi. Amma əsas məsələ "Xəzər Lənkəran"ın qələbəsi yox, matçdan əvvəl oyun ətrafında baş verən müəmmalı proses... |
2013-09-09 | 147 | Kamerun Samuel Etonu itirdi | Bu yaxınlarda "Anji"dən "Çelsi"yə transfer olunan Samuel Eto vacib qərar qəbul edib. Ulduz futbolçu beynəlxalq futbol karyerasını bitirmək qərarına gəlib. Eto bunun səbəbini eyni zamanda həm millidə, həm də klubda mübarizə aparmaq iqtidarında olmadığı ilə əsaslandırıb və "Çelsi"nin lehinə seçimini edib. Xatırladaq ki, ... |
2013-09-04 | 149 | Ukraynalı futbolçu “Qaziantepspor”da | Ukraynalı futbolçu Milevskinin "Qaziantepspor" klubuna keçidi haqda söz-söhbətlər Türkiyə mediasında çoxdan dolaşırdı. Ehtimal olunurdu ki, futbolçunun türk klubuna transferi bu gün baş tutsun, amma nədənsə keçid ehtimal edilən gün baş tutmayıb. Türkiyənin "Fanatik" saytının verdiyi məlumata görə, tərəflər arasında bəz... |
2013-09-06 | 150 | Azərbaycan İsraillə üz-üzə | Sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamız səfərdə İsrail yığması ilə qarşılaşacaq. Qarşılaşma ərəfəsində vaxtilə millimizi çalışdırmış bəzi təcrübəli mütəxəssislərin fikrini öyrəndik. Təcrübəli mütəxəssis Ağasəlim Mircavadovun fikrincə, Ş.İrlandiyanın Rusiya üzərindəki qalibiyyəti sabahkı ... |
2013-09-17 | 151 | Heydər Əliyev prospektində kameralar niyə işləmir? | Dövlət Yol Polisinin yüksək rütbəli əməkdaşı sentyabr ayının 10-da paytaxtın ən böyük - Heydər Əliyev prospektində baş verən qəzadan sonra aciz olduğunu söyləyib. Tanınmış şair, tarix üzrə fəlsəfə doktoru Həyat Şəmi (Şamiyeva Həyat Rəhman qızı) 10 UR 704 dövlət nömrə nişanlı "Toyota Yaris" markalı avtomobillə "Koroğlu"... |
2013-09-14 | 153 | Rüstəmxanlıdan “Azərbaycan”a ağır ittihamlar | Sabir Rüstəmxanlı: "Bu gün dərc olunan "Azərbaycan" qəzeti Cümhuriyyət dövründə dərc olunan "Azərbaycan"ın davamçısı deyil" "Azərbaycan" qəzetinin ötən günkü sayında qəzetin 95 illiyi münasibətilə geniş yazı dərc olunub. Yazının müəllifi "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovdur. Məqalədə ... |
2013-09-14 | 154 | Makkeyn Putinin cavabını “Pravda”da verəcək! | Rusiya Prezidenti Vladimir Putinin "Nyu York Tayms" qəzetinə yazdığı məqaləyə ABŞ senatoru Con Makkeyn "Pravda" qəzetində cavab verəcək. Com Makkeyn bu məqaləni Putinin liderliyinə qarşı hücum üslubunda yazacaq. Buna baxmayaraq, "Pravda" qəzetinin redaktorları həmin məqaləni dərc etməyə hazır olduqlarını bildiriblər. "... |
2013-09-09 | 155 | Seçkilərdən kənarda qalan namizədlər bəlli oldu | 2013-cü ildə keçiriləcək prezident seçkilərinə 22 nəfər namizədliyini irəli sürüb və R.İbrahimbəyov istisna olmaqla, 21 nəfərin namizədliyi təsdiqlənib. Namizədliyi qeydə alınanlar Namizədliyinin qeydə alınması üçün imza vərəqələrini təhvil verənlər: 10. İlqar Məmmədov 11. Sərdar Cəlaloğlu Namizədliyini geri götürənlər... |
2013-09-10 | 156 | MTN türk polisinin iddialarına sərt reaksiya verdi | Türkiyənin "Haberturk" saytı bu il avqustun 17-də Bağçaşəhər bölgəsində işgəncə ilə öldürülən azərbaycanlı iş adamı Əli Həmidovun ölümünün təfərrüatları barəsində məlumat verib. Saytın xəbərinə görə, öldürüldüyü zaman Əli Həmidovla birgə olan və ağır yaralanan sevgilisi Asiyət Alaşova ölümündən əvvəl onun "Rövşən Lənkə... |
2013-09-05 | 157 | “Çingiz Mustafayev”i doğrayacaqlar | ADNŞ-nin tərkib hissəsi olan Xəzər Dəniz Neft Donanma (XDND) idarəsindən aldığımız məlumata görə, mütəxissilərin yaş həddinə görə pensiyaya göndərilməsi və vəzifələrin ixtisara salınmasının ardınca Donanmanın bir çox gəmilərinin də doğranaraq Poladəritmə Zavoduna metalalom kimi veriməsi planlaşdırılır. Doğranacaq gəmil... |
2013-09-10 | 159 | Türkiyə polisi İstanbuldakı qətldə Rövşən Lənkəranskinin izini tapdı | Lənkəranskiyə azərbaycanlı MTN-çi yardım edib? "Haberturk" saytı Türkiyə MİT-ində olan qaynaqlara istinadən, ilginc məlumat yayıb. Sayt azərbaycanlı iş adamı Əli Həmidov 2013-cü ilin 17 avqustda İstanbulun Baxçaşəhər bölgəsində lüks bir binanın hovuzunda döyüldükdən və işgəncələrə məruz qaldıqdan sonra güllələnərək öld... |
2013-09-10 | 160 | O cocuq siyasətdə yoxdur | Qafqazinfo.az saytında Demokratik Milli Birlik Partiyasının sədri Elşən Musayev "Əvəz Temirxanı iqtidarın bəzi yarıtmazlarına bənzədirəm" adl müəllif yazısı ilə çıxış edib. Yazıda müəllif Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxana xitabən bu sözləri deyir: "Düzdür, burada bir başqa nüans da var - Lalə xa... |
2013-09-14 | 161 | İlyas İsmayılovdan MSK-ya ittiham | Dünən prezidentliyə namizədlərin İctimai radioda ilk debatı baş tutub. Xatırladaq ki, namizədlər efir vaxtından pulsuz yararlanıblar. Amma nədənsə, digər namizədlərdən fərqli olaraq, İlyas İsmayılov və ya onun nümayəndəsi İctimai radionun namizədlər üçün yaratdığı bu şəraitdən istifadə etməyib. Debatda iştirak etməməsi... |
2013-09-05 | 162 | Siyasilərin seks qalmaqallarında yeni ad | Moskvanın meri postuna namizəd olan məşhur bloqqer Aleksey Navalnının seçki qərərgahının rəhbəri Leonid Volkovun adı siyasilərin seks-qalmaqalları siyahısına düşüb. "Life News" jurnalistləri Leonid Volkovu Moskvanın məşhur elit striptiz klublarından sayılan "Point Rouge"də istirahət edərkən çəkiblər. Videoda aydın görs... |
2013-09-09 | 163 | Qafqaz Müsəlmanları “Azal”dan niyə imtina edib? | Bu il də Həcc ziyarətinə yollanan zəvvarlarımız, ötən il olduğu kimi, "AZAL"ın deyil, Fransanın avia şirkətlərindən birinin xidmətindən bəhrələnəcək. Səbəbini aydınlaşdırmaq üçün Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq. QMİ Həcc ziyarəti şöbəsinin müdiri Hacı Vidadi bu barədə məlumatı olmadığını söylədi. "AZAL"ı... |
2013-09-03 | 164 | Təyyarə gövdəsi üstünə düşdü | Türkiyənin "Hürriyet" qəzetinin verdiyi məlumata görə, Europejet Hava Yolları şirkətinə məxsus "Challenger 850" tipli təyyarə Moskvanın Vnukovo aeroportunda yerə enərkən gövdəsi üstündə düşmək məcburiyyətində qalıb. Hadisənin bu cür baş verməsinə səbəb təkərlərin açılmaması olub. Ön hissədə yerləşən təkər açılsa da, gö... |
2013-09-14 | 165 | Əvəz Temirxan İsa Qəmbərə sataşdı | ALP ilə "Yeni Müsavat" qəzeti arasında söz atışmaları davam edir. ALP-nin sədr əvəzi Əvəz Temirxan Müsavat başqanın müavini, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun və Müsavat başqanının ünvanına feysbukda növbəti dəfə daş atıb. Ə.Temirxanın statusundan: "22 avqust 2000-ci ildə, Elçibəyin öldüyü gün, pa... |
2013-09-16 | 166 | Eldar Namazov Milli Şura üzvlərini məsuliyyətli olmağa çağırdı | Mətbuatda yayılan xəbərlərə görə, Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla "EL" hərəkatının sədri Eldar Namazov arasında gərginlik yaranıb. Münasibətlərin gərginləşməsinə səbəb isə tərəflər arasında maliyyə məsələsinin olduğu bildirilir. Rüstəm İbrahimbəyovun Londona səfər etməməsi və daha sonra Tiflisə gəlib Cəmil Hə... |
2013-09-14 | 167 | Duran adam mükafat aldı | Gəzi parkı hadisələrində "duran adam" kimi məşhurlaşan rəqqas və xareoqraf Erdem Gündüz Almaniyada xüsusi mükafata layiq görülüb. Türkiyənin "Cumhuriyyet" qəztinin verdiyi xəbərə görə, Almaniyanın Potsdam şəhərində "Sanssouci" Sarayında keçirilən tədbirdə "M100 Medya Award" mükafatı Erdem Gündüzə təqdim edilib. Tədbird... |
2013-09-05 | 168 | İctimai TV “yola verməkdə” davam edir | İctimai Televiziya və Radio yayımları şirkətində kadr dəyişiklikləri davam edir. Bu gün işdən azad olunanlar sırasında Analitik Proqramlar departamentinin direktor müavini, tanınmış jurnalist Telman Məmmədov da var. Aparıcının işdən çıxarılması ilə bağlı İTV rəhbərliyi növbəti və ənənəvi cavabını açıqlayıb. Sorğumuza c... |
2013-09-17 | 169 | ABŞ əsgəri cinsiyyətini dəyişdi | Amerikalı snayper, keçmiş əsgər Çarlz Pontiero aşiq olduğu xanımın lezbiyan olduğunu öyrənəndən sonra cinsiyyətini dəyişib. "Dailymail"in xəbərinə görə köhnə snayperçinin həyatı eşq üzündən tamamilə dəyişib. ABŞ ordusunun snayperi Çarlz İngiltərədə yaşayan 29 yaşlı tələbəyə aşiq olub. Ancaq qızın lezbiyan olduğunu bilə... |
2013-09-10 | 170 | Qaçqın ailə yenidən qaçqın gününə düşdü | Bu gün saat 02.45 də Xırdalan şəhəri Quşçuluq massivində yanğın baş verib. Güclü yanğın Füzuli rayonundan məcburi köçkün Həbibov İbrahimə məxsus 5 otaqlı mülkdə baş verib. Yanğın baş verərkən ailə üzvüləri yuxuda olub. Mətbəxdən başlayan alov qısa müddətdə bütün otaqları bürüyüb. FHN-nin yanğından mühafizə dəstəsinin x... |
2013-09-06 | 171 | Antalyada böyük yanğın | Türkiyənin kurort şəhərlərindən olan Antalyanın Kumluca qəsəbəsində dünən günorta saatlarında yanğın baş verib. İki ayrı-ayrı nöqtədə, Ortaköy və Karacaören kəndlərində başlayan və iki gündür davam edən yanğın 100 hektardan çox əraziyə ziyan vurub. Bu gün yanğınsöndürənlər tərəfindən nəzarətə götürülsə də, yanğının tam... |
2013-09-30 | 172 | İyirmi min azərbaycanlı “havada” yaşayır | Redaksiyamıza 20 ildir şəxsiyyət vəsiqəsi ala bilməyən vətəndaş şikayət edib. Böyükşor qəsəbəsi Pəhləvan Fərzəliyev küçəsinin sakini Hümbətov Rövşən Əziz oğlu 1993-cü ildən bu günə qədər heç bir sənədi olmadan yaşayır. Şikayətçi bildirir ki, neçə ildir bu problemdən yaxa qurtara bilmir. Uzun müddət Gürcüstan vətəndaşlı... |
2013-09-30 | 173 | Türkiyə meydan oxuyur | Türkiyə uzunmənzilli raket müdafiə sisteminin qurulması üçün ABŞ-ın qadağalar qoyduğu Çinin CPMIEC şirkətini seçib. Bu qərar Qərbdə narazılıqla qarşılanıb. "Defense News" "qayğı artır" deyərkən, "Financial Times", "Ankara NATO ortaqlarını təccübləndirdi",- deyə yazıb. "Defense News" bildirir ki, NATO prosesə dəstək ver... |
2013-09-14 | 174 | Şahzadə Diananın vəsiyyəti tapıldı | Türkiyə mediasının məlumatına görə, Ledi Diananın səs yazısı meydana çıxıb. Şahzadə ölümündən əvvəl oğlu və gəlini üçün vəsiyyət sayıla biləcək sözlər deyib: "Səni tanısaydım, əminəm ki, çox sevəcəkdim. Tez bir zamanda dost olardıq. Sən xüsusi birisən. Elə olmasaydın Vilyam ilə evlənə bilməzdin. Uşaqlarınıza yaxşı baxı... |
2013-09-30 | 175 | Atalar öz qızları ilə evlənə bilər – İranda | İran parlamentinin qəbul etdiyi qanun layihəsinə görə, atalar övladlığa götürdüyü qızlarla 13 yaşından başlayaraq evlənə biləcəklər. "Axar.az"ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu qanun layihəsinin təqdimatına səbəb olaraq "uşaqların haqlarının qorunması" göstərilib. İranda oğlanlar 15, qızlar 13 yaşında ev... |
2013-09-30 | 176 | İran çanaq antenlərini nanklarla əzdi | Peyk televiziyalarının qadağan olunduğu İranda polis topladığı yüzlərlə çanaq antenini tankın altında əzib. "Doğan Xəbər Agentliyi"nin məlumatına görə, təkcə Şiraz şəhərində 800 çanaq anteni məhv edilib. Polisin antenlərin üzərinə yazdığı "Atəşi evinizdən uzaqlaşdırın", "Seriallar həyasızlıq yayır", "Ölüm olsun Amerika... |
2013-09-28 | 177 | 34 il sonra ilk dəfə | ABŞ prezidenti Barak Obama İran prezidenti Həsən Ruhani ilə telefon danışığı aparıb. İki ölkə arasında dövlət başçıları səviyyəsində 34 il sonra ilk danışıq baş tutub. Sonuncu belə danışıq 1979-cu ildə Cimmi Karterin hakimiyyəti dövründə baş tutub. "Radikal" qəzetinin xəbərinə görə Obama, İranla əhatəli bir həll yolu t... |
2013-10-14 | 178 | Qurban bayramının mahiyyəti; Qurbanlar harada kəsiləcək? - SİYAHI | Oktyabrın 15-i bütün müsəlman aləmi müqəddəs Qurban bayramını qeyd edəcək. Qurban bayramı və ya dini qurban kəsmə İslam aləmində ən müqəddəs bayramlardan biridir. Hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayan bayram üç gün davam edir. Azərbaycanın 21 illik müqəddəs bayramı Dini qurban kəsmə İbrahim p... |
2013-09-28 | 179 | Türkan Sultan və “Qadınlar da vardır” | Türkan Şoray 2007-ci ildə rol aldığı "Suna" filmindən sonra ilk dəfə çəkiliş meydanındadır. Bu dəfə kamera önündə deyil, kamera arxasında olacaq. Xatırladaq ki, türk filminin sultanı bundan öncə də dörd filmdə rejissorluq edib. "Sabah" qəzetinin məlumatına görə, Türkan Şoray qadınların həyatını işıqlandıracaq. Komandas... |
2013-09-30 | 181 | Polis döyülən qadının ekspertiza rəyini “itirib” | Binəqədi rayon "DSK 4" adlanan yataqxananın sakini Həsrət Əliyeva "Axar.az"a müraciət edərək, başına gələnləri nəql etdi. Həsrət xanım söhbətində bildirdi ki, müxtəlif ağır fiziki iş tələb edən yerlərdə işləyib. Hazırda daş karxanasında işləyir Həsrət xanım. "Qobustan Balıq Evi" kafesində zorakılıq Həsrət xanım bir ild... |
2013-09-30 | 182 | 1.5 milyon erməni müqəddəs elan edilir | Birinci Dünya Müharibəsi illərində Osmanlı türkləri tərəfindən öldürüldüyü idda edilən 1.5 milyon erməni müqəddəs elan ediləcək. Avrasiya Strateji Araşdırmalar Mərkəzinin yaydığı xəbərə görə, erməni kilsələri 400 il sonra bir araya gələ bilib. Bir çox məsələlərdə müzakirə aparan kilsənin üstündə ən çox durduğu məsələ O... |
2013-09-30 | 183 | BMT-də etiraz doğuran çıxış | BMT Parlament Assambleyasında danışan Qambiya dövlət başçısı Yahya Jammeh eynicinsliləri təhdid edib: "Eynicinslilər insanlıq üçün təhdiddir. Bu xəstəliklə bir müsəlman və afrikalı olaraq sona qədər mübarizə aparacağam. Bu, Allaha və insanlığa qarşı pis bir davranışdan başqa bir şey deyil". Nyu Yorkdakı homoseksualları... |
2013-09-30 | 184 | BDU-da Hafiz Hacıyevin mitinqinə hazırlıq gedib | Dünən "İnşaatçılar" metrosu yaxınlığındakı "Məhsul" stadionunda prezidentliyə namizəd Hafiz Hacıyevin seçicilərlə görüş-mitinqi baş tutub. Mitinqə universitet tələbələrinin məcburi şəkildə qatılması barədə aksiya ərəfəsində yayılan xəbərləri isə BDU-nun Jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev görüşdə iştirakı il... |
2013-09-28 | 185 | Namizədlərin plakatlarını külək cırır? | "Azadlıq" qəzetində yayılan məlumatda bildirilb ki, Ağdaş və Masallıda seçki təbliğatı üçün nəzərdə tutulmuş plakatlar cırılır, yazıların üstünə əlavə yazılar əlavə olunur. Milli Şuranın Mərkəzi Seçki qərargahının rəhbəri Gözəl Bayramlı bildirib ki, rayonlarda Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin seçki plakatl... |
2013-09-30 | 186 | Tələbə yataqxanasına hücum – 50 ölü | Nigeriyada terror aktları davam edir. "Haberler.com"un xəbərinə görə, bir qrup silahlı gecə saat bir radələrində Gujba bölgəsindəki Universitetə hücum edib. Atəş altında qalan tələbələrdən min nəfər qaçaraq qurtulub. Polis 50 cəsəd tapıb və axtarışlara davam edir. Ölü sayının artacağı gözlənilir. Terror aktına göə "Əl-... |
2013-09-19 | 191 | DİN işgəncə görən uşağın izinə düşə bilmir | Feysbuk sosial şəbəkəsində bir xanım istifadəçi Bakıda bina evlərindən birində uşağın atası tərəfindən döyülməsi ilə bağlı ürəksızladan məlumat və foto yayıb. Məlumatda deyilir ki, bu uşaq hər gün atası tərəfindən işgəncəyə məruz qalır, sifəti zərbələrdən tanınmaz hala salınır. Məlumatı paylaşan xanım uşağına işgəncə v... |
2013-09-24 | 193 | “Pasha Bank” Türkiyə bazarına girir? | "Hüriyyet"in verdiyi xəbərə görə, iyun ayında mərkəzi Bəhreyndə yerləşən TAİB bankını Dubay şeyxi Əl Maqtumdan alan Aksoy Holdinq bankın sərmayəsini 80 milyon artıraraq əksər hissəsini satmağı planlaşdırır. Aksoy Holdinqin başçısı Ərdal Aksoy sərmayə artımını və Azərbaycandan bir bankla görüşlər keçirdiyini təsdiqləsə ... |
2013-09-24 | 194 | Məşhur yazar vəfat etdi | Kolumbiyalı yazıçı və şair Alvaro Mutis 90 yaşında vəfat etdi. Alvaro Mutis Nobel mükafatı almış Qabriel Qarsia Markesdən sonra Latın Amerikasında sevilən və dünya şöhrət qazanmış yazıçıdır. "Mutis Servantes", "Xavier Villaurratia" və bir çox başqa mükafatlara layiq görülmüşdü. Film prodüsseri, nəşriyyat rəhbəri və köş... |
2013-09-17 | 195 | Metroda terror həyacanı | İndiyə qədər üç mindən artıq adam saxlanılıb Moskva polisi iki gündür ki, metroda terrorçu ovuna çıxıb. "Axar.az"ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, iki gün ərzində mühafizəçilər metrodan istifadə edən 3122 sərnişini şübhəli şəxs qismində saxlayıb. Antiterror əməliyyatının başlanmasına səbəb isə cümə ... |
2013-04-24 | 196 | KXCP sədri mitinqdə tribunaya çıxmamasına aydınlıq gətirdi | Milli Şuranın 22 sentyabr mitinqində Milli Şurada təmsil olunan KXCP-nin sədri Mirmahmud Mirəlioğlu həmkarlarından fərqli olaraq tribunada görünmədi. KXCP sədri mitinq iştirakçıları arasında dayanıb, aksiyanı seyr edirdi. Bu isə Milli Şura ilə KXCP arasında soyuqluğun yaranması haqda söz-söhbətə yol açmışdı. Məsələ ilə... |
2013-09-24 | 197 | Araz Əlizadə “Yeni Musavat”ın oxucularını Rauf Arifoğluna bənzətdi | "Musavat.com"un iddiasına görə, prezidentliyə namizəd ASDP sədri Araz Əlizadənin təbliğat kampaniyasında qanunsuz olaraq "Yeni Musavat" və "Azadlıq" qəzetindən istifadə edilir. Sayt xəbər verir ki, "Qaya" MY-nin köşklərində satılan qəzetlərin arasında Araz Əlizadənin təşviqat bukletləri də oxuculara verilir. Saytın yay... |
2013-09-24 | 198 | Orxan Pamuk muzeydə bələdçilik edəcək | Oktyabr ayından etibarən Məsumiyyət Muzeyini Orxan Pamukun öz səsindən dinləyərək gəzmək mümkün olacaq. Səsləndirmə türk və ingilis dillərində aparılacaq. Əsəri türk dilində Orxan Pamuk, ingilis dilində isə "British Council"in bölgəsəl sənət direktoru Qriqori Naşini səsləndirəcək. Qeyd edək ki, Məsumiyyət Muzeyi 2012-c... |
2013-10-16 | 199 | Namiq Qaraçuxurlunun gənc qızla çəkdirdiyi şəkil aranı qatdı | Sosial şəbəkədə Namiq Qaraçuxurlunun gənc bir xanımla şəkii yayılıb. Şəkildə N.Qaraçuxurlunun əli xanımın belindədir. Şəkil müxtəlif şayiələrə səbəb olub. Editor.az saytına istinadən deyə bilərik ki, dolaşan şayiələrə aydınlıq gətirmək üçün meyxanaçı ilə əlaqə saxlanılıb. Namiq Qaraçuxurlu "O qızı heç tanımıram. Sadəcə... |
2013-09-24 | 200 | KİV rəhbərlərindən DİN-ə sərt cavab | İttiham olunası bir qurum varsa, o da DİN-dir DİN-in rəsmi saytında ölkəmizdəki cinayət hadisələrinin statistikasını göstərən mətnin yarımbaşlıq hissəsində KİV-lə bağlı bir ittiham da yer alıb: "Son vaxtlar müxtəlif kütləvi informasiya vasitələrində və ayrı-ayrı şəxslərin çıxışlarında ölkədəki kriminogen durumla, xüsus... |
2013-09-24 | 201 | YAP sədri ARDNŞ-dan narazılıq edir | Binəqədi kənd sakinlərinin şikayətlərinə baxılmır "Sizin heç insafınız yoxdurmu? Niyə gəlib yaşayışımızı görmək istəmirsiz? Niyə səsimizi eşitmirsiz? Heç olmasa, siz bizi dinləyin!" Telefonda deyilən bu ürəkağrıdıcı sözlərin ardınca Binəqədi kəndi, Mikayıl Ələkbərov-7-də yaşayan Bağırova Ümidə Əlimirzə qızının yaşadığı... |
2013-09-24 | 202 | Əsəd narahat deyil | Suriya prezidenti Bəşər Əsəd Çinin rəsmi televiziya kanalı olan "CC TV"yə verdiyi müsahibədə BMT Təhlükəsizlik Şurasının çıxaracağı qərardan narahat olmadığını deyib. "Milliyet"in xəbərinə görə, Fransa, İngiltərə və ABŞ Əsədin kimyəvi silahların məhvi planına əməl etməyəcəyi təqdirdə BMT Təhlükəsizlik Şurasından Suriya... |
2013-09-27 | 203 | Pulqabını qaytarmadı, millətini rüsvay etdi | Dünyanın ən məşhur kültür dərgiləridən biri "Readers" dünyanın ən dürüst millətlərinin siyahısını tərtib edib. 16 ölkənin paytaxtlarında ən işlək meydanlara içində pul və sənədlər olan pulqabılar qoyulub, onları tapanların nə edəcəyi izlənilib. 12 pulqabından 11-inin geri verildiyi Finlandiya dünyanın ən dürüst ölkəsi ... |
2013-09-28 | 204 | Senator 21 saat danışdı - Rekord | Bütün dünyanın diqqəti BMT Baş Assambleyasında ikən Amerika senatında daha maraqlı bir hadisə baş verib. Prezident Barak Obamanın səhiyyə sahəsindəki islahatlarına etiraz edən senator Ted Kruz 21 saat danışaraq senatın işləməsinə mane olub. "Gücüm tükənənə qədər danışacağam" deyən senator kürsüdən sadəcə siyasi bəyanat... |
2013-09-27 | 205 | Alim Qasımovu təhqir edən şəxs məlum oldu | Hüquqşünas Mehman Muradlı feyzbuk profilində Alim Qasımovun posterini yayıb. Posterdə Alim Qasımovun şəkli və "mən qoyunam" sözləri həkk olunub. M.Muradlı bu şəkli paylaşaraq posterin Müsavat Divanının üzvü Tural Abbaslının əl işi olduğunu bildirərək təhqir edib. Məsələ ilə bağlı posteri hazırladığı iddia edilən Tural ... |
2013-10-24 | 206 | İcra şöbəsinin rəisi icra üçün rüşvət istəyir – iddia - foto | Binəqədi rayon Rəsulzadə qəsəbə sakini Namiq Şahmalı oğlu Rəhimlini redaksiyamıza qarşılaşdığı məmur özbaşınalığı gətirmişdi. O, "Axar.az"a söhbətində süründürməçilikdən bəhs etdi, Ədliyyə Nazirliyinin Binəqədi rayonu üzrə məhkəmə qərarlarının icra şöbəsi idarəsindən şikayətini bildirdi. Məhkəməyə müraciət etdim - Binə... |
2013-09-27 | 207 | Dünya çempionatınadək 4 min işçi öləcək | 2022-ci il Dünya Futbol Çempionatına ev sahibliyi etmək istəyən Qətər ölkəni böyük bir inşaat sahəsinə çevirib. Əsasən qaçqınlardan ibarət işçilər "modern köləlik" şəraitində çalışdırılır. Hələ də davam edən inşaat meydanlarında həftədə 22 nəfər həyatını itirir. Əgər iş şəraiti düzəlməzsə, çempionata qədər 4 min işçini... |
2013-09-27 | 208 | Bakıda 17 yaşlı yeniyetmə təzyiqlərə dözməyib intihar etdi | Dünən Binəqədi rayonunda intihar hadisəsi baş verib. Gülüstan küçəsi, döngə 12, ev 20 ünvanında faktiki qeydiyyatda olan 17 yaşlı Natiq Elxan oğlu Soltanov saat 12:30-da yaşadığı ünvanda intrihar edib. Əldə etdiyimiz məlumata görə, intihara səbəb 17 yaşlı Natiqlə ata babası Soltanov Tofiq Xanəhməd oğlu arasında konflik... |
2013-09-27 | 209 | Ərdoğanla generalın “çanta müharibəsi” | Türkiyədə uzunmənzilli raket müdafiə sisteminin qurulması müzakirə olunan toplantıda çantalar qarışıb. Baş nazir R.T.Ərdoğan və ordu generalı Necdət Özəl eyni rəngdə və markada olan çantalarını yan-yana qoyublar. General Nejdət Özəl Baş nazirin çantasını açıb əşyalarını tapmayanda səhv etdiyini anlayıb. Bu kiçik səhv h... |
2013-09-27 | 210 | Alen Markaryan həbs edildi | İl yarım öncə İstanbulda Fənərbaxça-Galatasaray oyunundan sonra baş verən münaqişəni araşdıran polis əməliyyat keçirib. 500 polisin iştirak etdiyi əməliyyatda 60 nəfər həbs olunub. Həbs olunanlar Galatasaray, Fənərbaxça, Beşiktaş klublarının tərəfdar qrup üzvləridir. Saxlanılanlardan biri də Beşiktaş–Çarşı qrupunun lid... |
2013-09-26 | 211 | Daha bir türk serialı zirvədə | İlk bölümü dünən Kanal D-də yayımlanan "A.Ş.K." serialı sosial mediada zirvəni aldı. Həm Türkiyədə, həm də dünyada tvitterdə trend topikə, yəni ən çox müzakirə olunan mövzuya çevrildi. Daha çox müsbət fikirlərlə qarşılanan "A.Ş.K." durmadan reytinq itirən "Kanal-D"nin axtardığı "təzə nəfəs" olduğunu da sübut etmiş oldu... |
2013-09-26 | 212 | Qatil həkimlərin siyahısı hazırlanır | Ədalət qəzetinin redaktoru Ceyhun Musaoğlu sosial şəbəkədə verdiyi məlumatda belə deyir. Təşəbbüs "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncaydan gəlib. Səbəb isə bu günlərdə Anar Niftəliyevin ailəsində baş verən faciə və anoloji hadisənin Ağcabədi və Gəncədə də olmasıdır. C.Musaoğlu bildirir ki, kimdə belə faktlar, h... |
2013-09-14 | 213 | Faiq Sücəddinov uşaqları başına yığır | Sentyabrın 15-i saat 18:00-da Yaşıl teatrda Faiq Sücəddinovun rəhbərliyi ilə xeyriyyə konserti olacaq. Axar.az xəbər verir ki, konsert kimsəsiz və əlil uşaqlara dəstək məqsədilə təşkil olunub. Gənc müğənnilərin iştirakı ilə baş tutacaq konsertdə əsasən uşaqlar evinin işçiləri yer alacaq. Faiq Sücəddinov konsertə böyük ... |
2013-09-18 | 214 | Qızıl ucuzlaşacaq | Dünya bazarında qızılın qiymətində qeyri-stabillik müşahidə olunduğu vaxt ölkəmizdə qızılın payız aylarında ucuzlaşması gözlənilir - ekspertlərin verdiyi proqnozlardan belə qənatə gəlmək olar. Ekspertlər dünya bazarında qızılın qiymətinin qeyri-sabitliyini investorların qızıla olan tələbatının azalması ilə əlaqələndiri... |
2013-09-18 | 215 | Bəşər Əsədin şəxsi hesabları hansı banklardadır? - Siyahı | Senatorlar ABŞ-ı Rusiya banklarına qadağa qoymağa səslədi Senator Riçard Blumental ABŞ Prezidenti Barak Obama administrasiyasını Suriya rejiminə yardım edən Rusiya banklarını cəzalandırmağa çağırırb. Onun sözlərinə görə, Rusiya maliyyə təşkilatlarının yardımı olmadan Bəşər Əsəd müharibəni davam etdirə bilməzdi. "Axar.a... |
2013-09-18 | 216 | Rus qoşunları Tacikistandan çıxmadı | Bu gün Tacikistan prezidenti İmaməli Rəhman 201-ci Rus Hərbi Bazasının (RHB) Tacikistanda yerləşməsinin status və şərtləri haqda Rus-Tacik Razılaşmasını ratifikasiya olunmaq üçün Parlamentə göndərib. Rus hərbi bazasının 2042-ci ilə kimi Tacikistanda yerləşməsi haqda həmin razılaşma ötən ilin oktyabrında iki ölkə rəhbər... |
2013-10-16 | 217 | Aktyor Fikrət Quliyevdən qara xəbər var | Azərbaycan kinosunun 115 illik tarixində yüzlərlə film çəkilib. Ancaq yaddaşlardan uzaqda qalan filmlərimiz də az deyil. Onlardan biri də 1972-ci ildə Şamil Mahmudbəyovun lentə aldığı "Həyat bizi sınayır" filmidir. Axar.az xəbər verir ki, filmin ssenari müəllifi Vidadi Babanlı və Mixail Papova, operatoru isə Arif Nərim... |
2013-10-18 | 218 | Ağacların soyqırımı, məktəbli uşaqların tıxacı… - FOTO | Xətai rayonu Gəncə prospektində yaşayan, 35 saylı Xətai 3-cü Seçki Dairəsinin 17 və 18 saylı məntəqələrinin bir qrup seçicisinin redaksiyamıza ünvanladığı şikayət ərizəsinin izi ilə adı çəkilən əraziyə baş çəkdik. Seçicilərin narahatlığı Gəncə prospektinin abadlaşması zamanı piyada yolunun tamam daraldılması, uzun bir ... |
2013-10-18 | 219 | Qaçqın yataqxanasından dəhşətli mənzərələr - FOTO | Binəqədi rayonunda yerləşən Daş bazarının yaxınlığında bir yataqxana var. Ünvanını soruşduqda, eləcə, "Binəqədi, DSK 4-ün binası" deyirlər. Bu bina heç də yataqxana adına tikilməyibmiş. Xatirələrin əsiri olanda Sakinləri Dağlıq Qarabağdan və işğal olunmuş ətraf rayonlardan olan bu yataqxananın miskin görkəmi elə ilk ba... |
2013-09-23 | 220 | Türkiyənin sərhədləri dəyişir | "Star" qəzetinin məlumatına görə, Türkiyənin xəritəsi dəyişəcək. Ətraf və Şəhərçilik Nazirliyi koordinasiyasında icra edilən iş daxilində şəhər, mahal və kənd sərhədlərini yenidən təyin edəcək bir addım atılır. Avropa Birliyinə uyğunlaşma məqsədilə 81 şəhərdə olan təxminən 953 mahal və 34 min kəndin sərhədləri tamamilə... |
2013-09-23 | 221 | Xədicə İsmayılın münasibəti qalmaqal yaratdı | Respublikaçı Alternativ Hərəkatının (REAL) idarə heyətinin üzvü Natiq Cəfərlinin geyzbuk səhifəsində yazdığı status böyük rezonansa səbəb olub. Xatırladaq ki, Natiq Cəfərli yazdığı statusda Milli Şuranın 22 sentyabr mitinqini tənqid etmişdi. Natiq Cəfərlinin statusuna münasibət bildirən tanınmış jurnalist Xədicə İsmayı... |
2013-09-23 | 222 | “Oskar”ın rəqibi “Emmi” sahiblərinə verildi | Dünən gecə dünyada "Oskar" film mükafatına rəqib kimi göstərilən "Emmi" mükafatı 65-ci dəfə öz sahiblərinə verilib. "Tiyms"ın xəbərinə görə, 65-ci "Emmi" mükafatının "ən yaxşı dram serialı" üzrə mükafatı "Breaking Bad" filminə verilib. "Ən yaxşı komediya serialı" mükafatını isə dördüncü dəfə "Müasir ailə" serialı alıb.... |
2013-09-21 | 223 | Biznesmen 310.000 avroluq maşınıyla basdırılacaq | Fironları təqlid edən Brazilyalı biznesmen Kaunt Skarpa lüks avtomobiliylə basdırılmaq istədiyi üçün əvvəlcədən malikanəsinin bağçasına qəbir qazdırıb. "Dailymail"in yazdığına görə, brazilyalı milyarder biznesmen Kaunt Skarpa öləndə "o dünyada da istifadə etməkçün" avtomobilinin də özüylə basdırılmasını istəyir. Fironl... |
2013-09-21 | 224 | İlhamədən İlham Əliyevə dəstək mahnısı gəlir | Bəstəkar Gövhər Həsənzadənin Türkiyədə sənətçilərlə işbirliyi davam edir. "Tual" qrupunun solisti Sezi Çeşitli Nilüferin yeni mahnı seçimində İzzət Bağırovun repertuarından sözləri və musiqisi Gövhər Həsənzadəyə məxsus "Bəs mən indi neyləyim" adlı mahnısını bəyənərək alboma daxil edib. Bəstəkar "Axar.az"a Reyhan Karaca... |
2013-09-15 | 225 | Timaşenko 34-cü evlilik ildönümünü məhbəsdə qeyd etdi | Ukraynanın keçmiş Baş naziri Yuliya Timaşenko 34-cü ildönümünü həbsxanada keçirib. Ana Vətən partiyasının rəhbəri, Y.Timaşenkonun həyat yoldaşı Aleksandr Timaşenko keçirdiyi mətbuat toplantısında mətbuat vasitəsi ilə həyat yoldaşına səslənib: - Evliliyimizin 34-cü ildönümü münasibəti ilə səni təbrik edirəm. Haqq-ədalət... |
2013-09-16 | 226 | Volkan Konak musiqidən gedir | Türkiyənin məşhur və sevilən sənətçisi Volkan Konak musiqi sahəsində fəaliyyətinə son verəcəyini açıqlayıb. Qaradəniz türkülərinin peşəkar ifaçısı olan Volkan Konak qərarını Kiprdə verdiyi konsertdən sonra jurnalistlərə bildirib: "Tamaşaçılarla səmimi olmaq lazımdır. Əgər səhnəyə çıxanda mahnını ürəkdən ifa edə bilməyə... |
2013-09-19 | 227 | 17 türk zabiti həbs edildi | Türkiyənin Maliyyə cinayəti ilə mübarizə şöbəsi irimiqyaslı həbslər həyata keçirib. Türk mediasının xəbərinə görə, Anadolu bölgəsindəki hərbi hissələrin qida tenderlərindən sui-istifadəyə dair ölkə prokurorluğuna edilən şikayət əsasında maliyyə cinayəti ilə mübarizə şöbəsi araşdırmaya başlayıb. Bundan sonra fiziki və t... |
2013-09-19 | 228 | Azərbaycanlı jurnalistlər beynəlxalq mükafatın finalında | "Global Shining Light Award" jurnalistika mükafatının 8 finalçısı müəyyən edilib. Mükafat fəaliyyəti üçün təhdid, ağır şərtlər olan araşdırmaçı jurnalistlər üçün nəzərdə tutulub. Səkkizliyin içində azərbaycanlı jurnalistlər - "Azadlıq Radiosu"nun əməkdaşları Xədicə İsmayıl və Nüşabə Fətullayeva. Mükafatın kimə veriləcə... |
2013-09-19 | 229 | “Bakı” “Atletiko”nun futbolçusunu cəzalandıracaq! | Dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutan "Atletiko" (Madrid) – "Zenit" qarşılaşmasının 79-cu dəqiqəsndə meydana sonradan çıxan və komandasının 3-cü qoluna imza atan "Atletiko"nun futbolçusu Leo Baptistonun üzərindəki forma diqqəti cəlb edib. Belə ki, futbolçunun formasında ənənəvi olaraq "Land o... |
2013-09-19 | 230 | Xəbər aparıcısı canlı yayıma iPad yerinə kağızla çıxdı | İngiltərənin BBC televiziya kanalının aparıcısı Simon Makkoyun canlı yayımdakı səhvi tamaşaçıları güldürüb. "Haberler.com"a görə xəbər aparıcısı olan 51 yaşlı Simon Makkoy canlı yayıma əlində iPad tutaraq çıxmalıymış. Ancaq Makkoy kamera qarşısına fikirli halda əlində iPad əvəzinə bir paket kağızla çıxıb. BBC-yə açıqla... |
2013-09-19 | 231 | ARDNŞ son bir aya 25 milyon pulumuzu yandırdı | Avqustun 17-də "Bulla-dəniz" qaz yatağında 90 saylı quyuda başlayan yanğın hələ də davam edir. Sentyabrın 3-də ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev qaz quyusunun xilas edildiyini bildirsə də, ARDNŞ və FHN-in yanğının söndürülməsi istiqamətində fəaliyyəti nəticə verməyib. Xatırladaq ki, yanğın ocağının suvarma yolu il... |
2013-09-19 | 232 | Cəmil Həsənlinin vəkil siyahısı açıqlandı | Milli Şuranın vahid namizədi Cəmil Həsənlini prezident seçkisində təmsil edəcək vəkillərin adları bəlli olub. Axar.az xəbər verir ki, MSK tərəfindən təsdiq olunan vəkillər bunlardır: 1. Qəmbər İsa 2. İbrahimbəyov Rüstəm 3. Namazov Eldar 4. Kərimli Əli 5. Hacılı Arif 6. Abbasova Vəfa 7. Sadıxlı Nüşabə 8. Məmmədova Almaz... |
2013-09-19 | 233 | Məhəmməd Əlinin çənəsini sındıran boksçu dünyasını dəyişdi | 1970-ci ildə dahi boksçu Məhəmməd Əlini məğlub edən keçmiş dünya çempionu Ken Norton 70 yaşında həyatla vidalaşıb. Norton son illər xərçəng xəsəliyindən əziyyət çəkirdi və bir neçə dəfə infakt keçirmişdi. "Nyu York Tayms"ın yazdığına görə, keçmiş dünya çempionu Las Veqas yaxınlığındakı Nevada ştatında vəfat edib. Norto... |
2013-09-19 | 234 | Elçin Məmmədovdan AFFA-nın baş katibinə sərt ittihamlar | Beynəlxalq dərəcəli hakim Elçin Məmmədov FİFA dərəcəsindən imtina edib. Bu da onu futzal üzrə beynəlxalq dərəcəli oyunları idarə etməkdən məhrum edib. Bu haqda "Sportal.az" saytı xəbər verib. Məsələ ilə bağlı Elçin Məmmədovun özü ilə əlaqə saxladıq. Keçmiş FİFA referisi hakimlikdən imtina etmə səbəblərini AFFA-nın baş ... |
2013-09-19 | 235 | Əl-Qaidə Türkiyəni təhdid edir | Əl Qaidəyə bağlı İraq-Dəməşq İslam Dövləti qruplaşması Suriyanın şimalında mövqelərini gücləndirib. Türkiyənin sərhədi yaxınlığında yerləşən Azez qəsəbəsini ələ keçirən silahlılar Türkiyə üçün təhlükə yaradır. Terror qruplaşması Azad Suriya Ordusunu hədəfə alıb. Azad Suriya Ordusunun Əsədə qarşı döyüşən silahlı qruplar... |
2013-10-19 | 237 | Bakı Metropolitenindən mətbuata ittiham! | Sentyabrın 18-i axşam saatlarında Bakı Metropolitenində qatar təxminən 15-20 dəqiqə tuneldə qalıb. Dünən mətbuatda yayılan məlumata görə, hadisə "28 May" və "Nizami" stansiyaları tərəfdə yaşanıb və yüzlərlə sərnişin havasız yerdə qalıb. Bundan başqa qatar hərəkət etdiyi stansiyalara gec çatdığına görə, sərnişin sıxlığı... |
2013-09-19 | 238 | Rus diplomatın qatili Gürcüstanda tapıldı | 9 sentyabrda Abxaziyada öldürülən Rusiya diplomatı Dmitri Vişernevin qatili Gürcüstanda tapılıb. "İnterfaks" xəbər verir ki, saxlanılan şəxs Çeçenistan respublikasının sakini Yusup Lakayevdir. Rusiya vətəndaşıdır. Həmin şəxs Gürcüstandan Türkiyəyə sərhədi qanunsuz şəkildə keçmək istəyərkən saxlanılıb. Qatil rus diploma... |
2013-10-16 | 239 | Azərbaycan hansı silahları alır? | Rusiyalı politoloq Aleksandr Xramçixin Azərbaycan tərəfindən Rusiyaya 2C31 Vena topçu sistemlərinin sifariş verilməsi məsələsinə münasibət bildirib. Axar.az xəbər verir ki, Ermənistanın "Nyus.am" saytına açıqlamasında rus mütəxəssis "Azərbaycan Qarabağı geri qaytarmaq üçün hər cür silah əldə edir" deyib. Azərbaycanın D... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.