date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-03-07
839,143
Həsənov Ankarada, Papikyan Tehranda: Müharibə hazırlığı?..
Cənubi Qafqazda geosiyasi mübarizənin kəskinləşdiyi və Ermənistanın Azərbaycana qarşı müharibə hazırlığının müşahidə edildiyi dövrdə Bakı və İrəvanda hərbi rəhbərliyin səfər marşrutları diqqətdən yayınmır. - Azərbaycan müdafiə naziri Zakir Həsənov dünən Türkiyəyə səfər etdi; - Ermənistan müdafiə naziri Suren Papikyan e...
2024-03-07
839,145
Bakıda bu yola qoyulan məhdudiyyət aradan qaldırıldı
Bakıda Teymur Elçin küçəsi, Teleteatrın qarşısı, Mehdi Hüseyn küçəsi istiqamətində qazıntı işləri səbəbindən yolda qoyulan məhdudiyyət aradan qaldırılıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb. Xatırladaq ki, həmin hissədə nəqliyyatın hərəkəti ...
2024-03-07
839,147
Neft yenidən bahalaşdı
Dünya birjalarında neft yenidən bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 82,87 dollara, yüngül neftin bir barreli isə 79,06 dollara təklif olunur.
2024-03-07
839,150
Bakıda bu prospektdə hərəkət bərpa edildi
09:50 "Koroğlu" yol ötürücüsü üzərində bütün istiqamətlərdə qoyulan hərəkət məhdudiyyəti aradan qaldırılıb. Axar.az xəbər verir ki, artıq Qara Qarayev prospektindən Ziya Bünyadov və Heydər Əliyev prospekti istiqamətində hərəkətə heç bir maneə yoxdur. Hərəkətin bərpa olunmasına baxmayaraq, sıxlıq müşahidə olunur.
2024-03-07
839,151
Bu rayonlarda da qaz olmayacaq
Bu gün bir sıra rayonların qaz təchizatında fasilə olacaq. Axar.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb. Bildirilib ki, bu gün saat 09:30 "Bərdə" ölçü qovşağından qidalanan daşıyıcı qaz kəməri üzərində olan siyirtmənin dəyişdirilməsi, saat 10:00-dan Samux şəhəri və Füzuli kəndində Təmiz Qaz QSC tərəfindən...
2024-03-07
839,153
Nicata hökm oxundu: 5 il, məntəqə tipli... - Video
09:55 Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən “Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Axar.az xəbər verir ki, proses hakim Samir Əliyevin sədrliyi ilə keçirilir. Prosesdə N.Şakirlinin vəkili çıxış edir. **...
2024-03-07
839,155
DİN-dən əməliyyat: 5 milyonluq narkotik ələ keçirildi - Video
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi “Narkotələ-40” adlı əməliyyatlar keçirib, 5 milyon manatlıq narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, fevral ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və b...
2024-03-07
839,159
Pensiyaçıların nəzərinə: Bakı, Sumqayıt...
Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar ödənilib. Axar.az xəbər verir ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
2024-03-07
839,161
Türkiyə PKK-ya qarşı böyük əməliyyata hazırlaşır
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terrorçularına qarşı genişmiqyaslı quru əməliyyatına hazırlaşır. Axar.az xəbər verir ki, bunu Türkiyənin “Hürriyət” qəzetinin yazarı Əbdülqədir Selvi yazıb. “Pəncə-Kilid” əməliyyat bölgəsində genişmiqyaslı quru əməliyyatı həyata keçiriləcək. Əməliyyatdan əvvəl İraqın mərkə...
2024-03-07
839,162
Bakıda görünüş məsafəsi məhdudlaşdı
Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Axar.az-a bildirib ki, görünüş məsafəsi Bakı və Abşeron yarımadasında, Qobustan, Quba, Qusar, Zərdab, İmişli, Cəfərxan, Biləsuvar, Lənkəranda 500 metrədək məhdudlaşıb. Xidmət rəisinin sözlərinə görə, d...
2024-03-07
839,166
Kim Çen orduya xüsusi tapşırıq verdi
Şimali Koreya lideri Kim Çen İn çevik əməliyyat təlimləri üçün nəzərdə tutulan ordu bazasına baş çəkib və təlim obyektlərinə baxış keçirib. Axar.az xəbər verir ki, bu barədə KCNA məlumata yayıb. Məlumata görə, o, hərbçilərə müharibə vəziyyətində döyüş hazırlığını tez bir zamanda təkmilləşdirmək üçün təlimləri gücləndir...
2024-03-07
839,169
“Qarabağ” “Bayer”ə, “Sparta” “Liverpul”a qarşı...
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları bu gün də davam edəcək. Axar.az xəbər verir ki, bu gün 7 oyun baş tutacaq. UEFA Avropa Liqası 1/8 final mərhələsi İlk oyunlar Saat 21:45 "Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya) Saat 21:45 "Roma" (İtaliya) - "Brayton" (İngiltərə) Saat 21:45 "Sparta" (Çexiya) ...
2024-03-07
839,172
Maşındakı partlayıcı qurğu belə zərərsizləşdirildi - Foto
Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi plana uyğun olaraq, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Keçirilən məşğələlər zamanı istehkamçılar silahlanmada olan müasir mühəndis avadanlıqlarından ist...
2024-03-07
839,176
Terrorçuluğu maliyyələşdirən azərbaycanlı həbs olundu
Azərbaycan vətəndaşı terrorçuluğu maliyyələşdirməyə görə həbs edilib. Axar.az xəbər verir ki, bu barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul olunub. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan Respublikasının vətəndaşı Abit Mərdanov Cinayət Məcəlləsinin 214-1-ci m...
2024-03-07
839,177
FHN-dən kənd təsərrüfatı ilə məşğul olanlara müraciət
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən respublikada yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Axar.az FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, ölkədə kənd təsərrüfatı fəaliyyəti ilə əlaqədar baş vermiş yanğınların Nazirliyin Dövlət Yanğın N...
2024-03-07
839,178
Çoxları bilmir: bu uşaqlar 120 manat müavinət almalıdır
“Sosial müavinətlər haqqında” Qanuna son dövrlər edilən dəyişikliklərdən biri də müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların uşaqlarına müavinətin verilməsidir. Belə ki, həmin qanunun 4-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına aylıq müavinətin verilməsi həyata keçiril...
2024-03-07
839,179
“Prado” elektrik dirəyinə, sonra evə çırpıldı: 5 nəfər... - Foto
Qubada yol-nəqliyyat hadisəsi baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zizik kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prado” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq elektrik dirəyinə, daha sonra fərdi yaşayış evinə çırpılıb. Ha...
2024-03-07
839,182
İrəvan qısa zamanda AB-yə namizəd olacaq
Nikol Paşinyanın hakim partiya üzvləri ilə qapalı görüşləri ardıcıl olaraq keçirilir. Bu gün Baş nazir və nazirlər hakim qanadın deputatları ilə qapalı görüş üçün yenidən parlamentə gedəcəklər. Bu, hakim komanda üzvlərinin son günlər Nikol Paşinyanla üçüncü görüşüdür. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “Jox...
2024-03-07
839,184
Rusiyanın üç bölgəsinə PUA hücumu edildi
Ukrayna ordusu Rusiyanın Kursk, Bryansk və Tula vilayətlərinə PUA hücumu edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Bryansk vilayətində üç, Tula bölgəsində iki PUA məhv edilib. Kursk vilayətində isə bir PUA ələ keçirilib. Hücumun nəticələri barədə məlumat yoxdur.
2024-03-07
839,186
Yeni “SuperSən” tarifində daha çox internet, ölkədaxili zəng...
"Azercell" abunəçiləri balanslaşdırılmış mobil internet və danışıq dəqiqələrini yeni “SuperSən” tarifində əldə edəcəklər Mobil rabitənin trendlərini nəzərə alan "Azercell" mütəmadi olaraq abunəçilərə daha əlverişli və rahat istifadə imkanı təmin edir. Lider mobil operator 06.03.2024-cü il tarixindən etibarən fakturasız...
2024-03-07
839,187
Ermənistanın Ukraynaya çevrilməsi... - Korotçenko
Rusiyanın İrəvana qarşı şifahi müdaxilələri hələ ki, təsirini göstərməyib. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib. “Ermənistanın kursu hələ də Qərbə doğrudur. Bizim erməni “tərəfdaşlarımız” isə bu istiqamətdə hətta kəskin şəkildə sürətləniblər. Deməli, biz təsir üçün başqa variantları düş...
2024-03-07
839,188
Qurbanov Alonsoya Qarabağ xalçası verdi - Foto
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “Bayer”in çalışdırıcısı Xabi Alonso ilə görüşüb. Axar.az Ağdam təmsilçisinin saytına istinadən xəbər verir ki, görüş “Bayer”in Bakıya səfərindən qısa müddət sonra komandanın qaldığı “Hilton” otelində baş tutub. Qurbanov uzun yol qət etmələrinə baxmayaraq, görüşməyə razılıq verdi...
2024-03-07
839,190
Universitetlərlə bağlı yeni qaydalar təsdiqləndi
Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti...
2024-03-07
839,193
İran 3 ada ilə bağlı BƏƏ-yə xəbərdarlıq etdi
İran Küveyt və BƏƏ-nin üç ada və mübahisəli neft yatağı ilə bağlı bəyanatını rədd edərək, onu ərazi bütövlüyünə müdaxilə kimi xarakterizə edib. Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib. “Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adası İran torpağının ayrılmaz və əbədi hissəsi...
2024-03-07
839,195
743-cü gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 743-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 421 430 hərbçi, 6 695 ədəd tank, 12 779 ədəd zirehli döyüş maşını, 10 350 ədəd artilleriya sistemi, 1009 ədəd RYAS (reaktiv...
2024-03-07
839,197
Rusiyaya işləyən casus politoloq haradadır?
Xarici ölkəyə casusluqda ittiham olunaraq, ötən ilin oktyabrın 20-də Səbail Rayon Məhkəməsi tərəfindən barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən, ictimaiyyətdə politoloq kimi tanınan Nəzakət Məmmədovanın həbs müddəti fevralda başa çatırdı. Buna baxmayaraq, fevralın 20-də onun haqda heç bir məlumat yayılmadı. Səba...
2024-03-07
839,198
Sahibi olan mənzilləri digər vətəndaşlara satıblarmış...
Avro Qrand MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Avro Qrand Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz yollarla vətəndaşların pulunu ələ keçirmələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarş...
2024-03-07
839,199
Məşhur xalq artisti Şuşaya köçür - Video
Şuşada böyük məmnuniyyətlə həm gedib yaşayacam, həm yaradacam, həm də ürəyimdə bəzi arzularım var ki, onları həyata keçirəcəm. Kult.az verir ki, bu sözləri xalq artisti Firəngiz Mütəllimova Böyük Qayıdış haqqında rəy və təəssüratlarını bölüşərkən deyib. Qarabağa insanların böyük həvəslə qayıtmasından fərəh hissi keçird...
2024-03-07
839,200
Tələbələr bu hallarda universitetdən xaric oluna bilər
Ali təhsil müəssisəsindən xaric olunma ilə bağlı qaydalar dəyişib. Axar.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Tələbələr aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir: - öz arzusu ilə; - ali təhsil müəssisəsini dəyişdikdə; - ali təhsil müəssisəsinin daxili ...
2024-03-07
839,202
Rabitəbankdan xanım sahibkarlar üçün sərfəli biznes kredit!
Ölkədə sahibkarlığın inkişafına dəstək olan Rabitəbank öz biznesini qurmaq istəyən xanımların daim yanındadır. Belə ki, bank aşağı faiz və yüksək məbləğli biznes krediti təklif etməklə sahibkarlıq istiqamətində qadınların aktiv iştirakını hədəfləyib. “Güc xanımlarda!” biznes kreditinin illik faizi 12,9%-dən, maksimal m...
2024-03-07
839,207
QMİ Ramazan ayı ilə bağlı fitva verdi
Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda Ramazan ayının başlaması ilə bağlı fitva verib. Axar.az xəbər verir ki, fitvaya əsasən, Azərbaycanda Ramazan ayı martın 11-də başlanır. Martın 28-i və 30-u, eyni zamanda aprelin 1-i və 5-i Qədr gecələridir.
2024-03-07
839,211
İrəvan Rusiyaya sanksiyaya qoşulacaq - Babiç
AB-yə üzvlüklə Rusiya ilə normal münasibətlər, xüsusən də KTMT-yə üzvlük bir araya sığmır. Rusiya uzun illərdir ki, bunların bir-birinə sığmasını təmin etməyə çalışdı. Amma Ukrayna nümunəsində Avropa Birliyi belə bir seçim vermədiyini göstərdi. Ukrayna ilə bağlı hadisələr də təsdiqlədi ki, bu mümkün deyil. Axar.az xəbə...
2024-03-07
839,216
Prezidentin Təhlükəsizlik Xidməti ilə bağlı - Fərman
“Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi emblemi haqqında Əsasnamə” təsdiq edilib. Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəsmi embleminin təsviri” də təsdiq edilib.
2024-03-07
839,217
“Qarabağ” “Bayer”i keçərsə, nə qədər qazanacaq?
UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Qarabağ”ın Almaniya “Bayer”ini keçəcəyi təqdirdə qazanacağı məbləğ məlum olub. Axar.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Belə ki, əgər “Qarabağ” “Bayer 04” komandasına qalib gələrsə, 1 milyon 200 min avro (2 milyon 194 min 800 manat) qazanaca...
2024-03-07
839,221
Ramazan ayının təqvimi - Foto
Ramazan ayının təqvimi açıqlanıb. Axar.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Təqvimi təqdim edirik:
2024-03-07
839,222
Naxçıvanda cinayətkar qrup üzvləri saxlanıldı
Naxçıvanda cinayətkar qrup halında Naxçıvan şəhər sakini Orxan Qurbanovu (ad şərtidir) bıçaqla hədələyən, şəhər ərazisindən kənarda güc tətbiq edərək, video çəkilişini aparan şəxslər saxlanılıb. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, polis əməkdaşları tərə...
2024-03-07
839,226
İrəvan, KTMT-ni tərk etmək istəyirsən? Onda get... - Bezpalko
Bu, Ermənistanın mövqeyinə əminlik vermək cəhdidir. KTMT-dən ayrılırsınızsa, onda gedin! Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Boqdan Bezpalko Ermənistan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığını şərh edərkən deyib. “Diqqətinizi Fransaya yönəltmək istəyirsinizsə və silah almağa hazırsınızsa...
2024-03-07
839,227
Evdən 3 min avro çıxdı: no-olsun, həbs səbəbidir?
Son aylar xüsusilə bəzi media nümayəndələrinə qarşı DİN-in keçirdiyi əməliyyatlara həm də beynəlxalq qurumlar həssaslıqla reaksiya verirlər: çünki ortada “media”, “jurnalist” sözü var və bunlar söz azadlığına, insan haqlarına, ifadə özgürlüyünə assosiasiya olunur. DİN əməliyyat keçirirsə, yəqin ki, burada daxil olan mə...
2024-03-07
839,228
AB sabitlik istəyirsə, Rusiya uduzmalıdır - Podolyak
Müharibənin üçüncü ili yerimizi müəyyən edəcək. Bu, təkcə bizim deyil, bir çox ölkənin, siyasi qurumun gələcəyini də təyin edəcək. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib. “Əgər Rusiya uduzmasa, o zaman Avropa əbədi müharibə təhlükəsi ilə üz-üzədir. Belə bir vəz...
2024-03-07
839,231
Ədliyyə Nazirliyinə yeni səlahiyyət verildi
Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında d...
2024-03-07
839,233
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb külə...
2024-03-07
839,236
Suqovuşana köç nə vaxt başlayır?
Artıq Talış kəndinə 20 ailə köçürülüb. Buradakı ailələrin hamısı işlə təmin olunub. Suqovuşan qəsəbəsində 5 ədəd beşmərtəbəli çoxmənzilli bina inşa edilir. İlin sonunədək Suqovuşan qəsəbəsinə də keçmiş məcburi köçkünlərin köçü nəzərdə tutulur. Axar.az xəbər verir ki, bunu Şuşa şəhərində "Böyük Qayıdışa dair I Dövlət Pr...
2024-03-07
839,240
Emin Hüseynova yüksək vəzifə verildi
Emin Zamin oğlu Hüseynov Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla “Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Pr...
2024-03-07
839,241
Prezident onu Xankəndidə xüsusi nümayəndəsi təyin etdi
Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
2024-03-07
839,244
Prezidentin Xankəndidəki xüsusi nümayəndəsi - Dosye
Xəbər verdiyimiz kimi, Elçin Mustafa oğlu Yusubov Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib. Axar.az xəbər verir ki, E.Yusubov 1975-ci il 8 avqust tarixində anadan olub. O, 1996-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu idarəetmənin təş...
2024-03-07
839,246
Ermənistanda ölənlərin sayı artdı
Ermənistanda 2024-cü ilin yanvarında doğum səviyyəsi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7% azalıb. Axar.az xəbər verir ki, bu barədə ölkənin Statistika Komitəsinin hesabatında qeyd olunub. Bildirilib ki, bu ilin yanvar ayında 3108 doğum halı qeydə alınıb. Ötən ilin analoji dövründə isə bu rəqəm 3229 olub. Komitən...
2024-03-07
839,247
“Nikosayağı” özünü onsuz da cəzalandırıb, 5 il az deyil
Məntəqə tipli cəzacəkmə müəssiəsi şərti deyil. Orda saxlanılırlar. Sadəcə, şəraiti nisbətən yüngüldür. Bu sözləri Axar.az-a tanınmış vəkil Əkrəm Həsənov “Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirliyə oxunan hökmü şərh edərkən deyib. “Bəziləri hesab edir ki, bloger azadlıqda gəzəcək, məntəqə tipli cəzacəkmə müəs...
2024-03-07
839,249
Avropa ölkələri “Su müharibəsi”nə başlayır
Avropa Komissiyası hesab edir ki, AB ölkələri qlobal istiləşmə fonunda su ehtiyatlarına görə bir-biri ilə münaqişəyə girə bilər. Axar.az xəbər verir ki, bu barədə “Politiko” qəzeti əldə etdiyi sənədə istinadən məlumat yayıb. “Bu iqlim riskləri müxtəlif formalarda ola bilər. Bunlardan bəzilərinə iqtisadi sektorlar arası...
2024-03-07
839,251
Bu türk ölkəsində 1 Putin, 1 Tramp və 8 Bayden var
Qazaxıstan vətəndaşları arasında bir Putin, bir Tramp və səkkiz Bayden adını daşıyan var. Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın “ranking.kz” saytı məlumat yayıb. “Siyasi xadimlər ənənəvi olaraq valideynləri uşaqlarına ad qoymağa ruhlandırırlar. Belə ki, respublikada Putin adlı bir, Tramp adlı bir, Bayden adlı ...
2024-03-07
839,254
Universitet üçün ayrılan torpağı Mehdiyevlə Şeyx "yedi"
Bir müddət öncə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Abşeron rayonu ərazisində İlahiyyat Universiteti üçün yeni inzibati bina və kampus-kompleksi tikilməsi üçün müraciət edib. Axar.az Unikal-a istinadən xəbər verir ki, məhz bu məqsəd üçün Xırdalan şəhəri ərazisində, Ceyranbatan su anbarı...
2024-03-07
839,256
Prezident bir qrup qadını təltif etdi
Bir qrup qadın Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Atamoğlanova Natəvan Dəmirçi qızı Behbudova Gülşən Behbud qızı Əhmədova Kəhlik Talış qızı Əliyeva Gültəkin Budaq qızı Haqverdiy...
2024-03-07
839,257
Prezident daha bir sərəncam imzaladı
Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında sərəncam imzalayıb. Axar.az-ın məlumatına əsasən, sərəncamda qeyd edilib ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektri...
2024-03-07
839,259
Bayramov Fidanın müavini ilə görüşdü
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər nazirinin müavini Yasin Əkrəm Serim ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb. Bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli, regional və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, bölgədəki cari v...
2024-03-07
839,261
Azərbaycanda nadir tapıntı misin kəşf tarixini dəyişdi
Şərqi Azərbaycan əyalətinin Leylan bölgəsində nadir tarixi əsərlər aşkar edilib. Kult.az xəbər verir ki, bu barədə İranın mədəni irs və turizm naziri İzzətullah Zərğami açıqlamasında bildirib. Tapıntı misin kəşfi ilə bağlı bu günə kimi olan nəzəriyyələrin dəyişməsinə səbəb olub. Bildirilib ki, bir qadın və bir kişinin ...
2024-03-07
839,265
İranda neft emalı zavodunda partlayış: ölənlər var
İranın Bəndər Abbas şəhərində neft zavodunda neft emalı sobalarından birinin alışması nəticəsində partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən, səhər saatlarında baş verən partlayışda bir neçə nəfər həlak olub. İlkin məlumata əsasən, partlayışın səbəbi soba ...
2024-03-07
839,267
“Qarabağ”-“Bayer”: hesab necə olacaq? – Proqnoz
“Qarabağ”ın bugünkü oyununa iki aspektdən yanaşmaq olar. Birincisi, real baxış olsa, sözsüz ki, rəqibin gücü bəllidir. Amma ümumən baxanda futbolda istək amili var ki, bu gün “Qarabağ”ın istəkli olacağı şübhəsizdir. Bu sözləri Axar.az-a açıqlamasında idman eksperti Amal Abuşov bu gün keçiriləcək “Qarabağ”-“Bayer” matçı...
2024-03-07
839,269
Arif Quliyevin Gülbadamı vəfat etdi
Aktrisa Naibə Əlibəyova ötən gecə vəfat edib. Kult.az xəbər verir ki, aktrisa bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılıb. Xatırladaq ki, N.Əlibəyova daha çox “Bəyin oğurlanması” filmindəki Gülbadam rolu ilə tanınıb. O, uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.
2024-03-07
839,270
Aştiani Papikyana Tehranda xəbərdarlıq etdi
Təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda o, bütün nəticə və təhdidlərlə fövqəldövlətlər arasında münaqişə meydanına çevriləcək. Axar.az xəbər verir ki, bu sözləri Suren Papikyanla Tehranda görüşü zamanı İranın müdafiə naziri Məhəmməd Rza Aştiani deyib. Aştiani bütün qonşularla münasibətlər...
2024-03-07
839,273
Bütün Qafqaz tezliklə türklərin olacaq - Zakaryan
İlham Əliyev 2024-cü ildə fevralın 14-də andiçmə mərasimində Bakı üçün ən mühüm beynəlxalq təşkilatlardan birinin Türk Dövlətləri Təşkilatı olduğunu bəyan etdi və türk dünyasını öz ailəsi adlandırdı. Eyni zamanda o, ilk dövlət səfərini Türkiyəyə etdi. Axar.az xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş müdafiə naz...
2024-03-07
839,274
Dumada tələb: Puqaçova xarici agent sayılsın!
Bir daha Rusiyadan pul ala bilməməsi üçün Alla Puqaçova xarici agentlər siyahısına salınmalıdır. Kult.az xəbər verir ki, bu təkliflə rusiyalı deputat Aleksey Juravlyov çıxış edib. “Bütün utanc hissini itirmiş Puqaçovanın nəhayət, xarici agent kimi tanınmasını tələb edirəm. Ona görə ki, daha nifrət etdiyi Rusiyadan pul ...
2024-03-07
839,278
Husiləri dayandırmaq üçün SEPAH-ı vurun! - İranlı ekspert
Bu böhranın əsas səbəbkarı Tehrandan gələn köməklərdir. Ona görə də husilər, Hizbullah, yaxud HƏMAS-la aparılan mübarizələr effektiv olmayacaq. Husilər ciddi hərbi qarşılıq görməyənədək hücumlara davam edəcək. Hər gün qarşılıqlı raket atmağın heç bir faydası yoxdur. Əgər ABŞ və müttəfiqləri SEPAH-a lazımi səviyyədə qar...
2024-03-07
839,282
Kazanda tank məktəbi yandı - Video
Rusiyanın Tatarıstan Respublikasının Kazan şəhərindəki Tank Məktəbinin ərazisində yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə yerli Teleqram kanalları məlumat yayıb. Yanğının görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Hadisə ilə bağlı ətraflı məlumat verilmir.
2024-03-07
839,284
Bakı metrosu sabah iş rejimini dəyişəcək
8 Mart - Beynəlxalq Qadınlar Günü qeyri-iş günü hesab edildiyindən Bakı Metropoliteni QSC-nin iş rejimində dəyişiklik ediləcək. Axar.az quruma istinadən məlumat verir ki, gün ərzində saat 07:00-dan 21:00-a qədər “Həzi Aslanov-28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək. Qırmızı və Yaşıl...
2024-03-07
839,287
Putin qırıcının sükanı arxasına keçdi - Video
Rusiya Prezidenti Vladimir Putin Krasnodar Ali Hərbi Aviasiya Məktəbində uçuş simulyatorunun sükanı arxasına keçib. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Daha sonra məktəbin məzunları ilə görüşən Putin etiraf edib ki, ömründə cəmi bir dəfə motodeltoplanda uçub, qalanları isə simulyator olub. ...
2024-03-07
839,289
Bakı onu hava limanında saxlayıb, Rusiyaya təhvil verdi
Rusiya Federasiyasının axtarışı ilə həbs edilən şəxs həmin ölkəyə ekstradisiya edilib. Bu barədə Axar.az-a Azərbaycan Baş Prokurorluğundan bildirilib. Qeyd edilib ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrin...
2024-03-07
839,292
Sahibkar: Xankəndidə mənə göstərdikləri 10 obyekt…
Mən mal, iş və xidmət həyata keçirməyim üçün yerlə təmin edilməliyəm və bununla bağlı da müqavilə bağlamalıyam. Həmin müqaviləni mənə təqdim etmədikləri üçün müraciət etmişəm. Müsabiqə başlayandan məni aldatdılar ki, bu gün-sabah həll edəcəyik. Müsabiqə qurtarandan sonra bildirdilər ki, xoş getdin. Bu barədə Axar.az-a ...
2024-03-07
839,298
Türk tələbə Gəncədə qəzaya düşdü - Foto
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Axar.az Report-a istinadən xəbər verir ki, şəhərin Ozan küçəsində Türkiyə vətəndaşı olan Ozan Alkanın idarə etdiyi "Mersedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə zərər dəyib. Sürüc...
2024-03-07
839,301
"Azərçay”dan şəhid xanımları üçün 8 Mart hədiyyəsi
Ölkəmizin tarixi, milli-mənəvi dəyərləri və mədəniyyətinə xüsusi həssaslıqla yanaşan doğma “Azərçay” 8 Mart - Beynəlxalq qadınlar günündə şəhid ailələri üçün tədbir təşkil edib. Vətənimizin bütövlüyü uğrunda öz canından keçmiş qəhramanların xanımları və onların övladları üçün keçirilən tədbirdə tanınmış müğənnilərin if...
2024-03-07
839,302
Mirzoyan təsdiqlədi: Rusiya sərhədçiləri çıxarılır!
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanın Zvartnots hava limanından rus sərhədçilərin çıxarılması ilə bağlı Moskvaya müraciət barədə açıqlama yayıb. Axar.az xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında deyib. Nazir bu məsələ ilə bağlı Təhlükəsizlik Şurası katibinin bəyanatını təsdiq edərə...
2024-03-07
839,306
Türk lider Putinlə görüşdü, cinayət işi açıldı
Qaqauz Elinin rəhbəri Yevgeniya Qutsul mərkəzi hakimiyyətin təzyiqlərinə baxmayaraq, Rusiyaya səfərindən sonra Moldovaya qayıdacağını bildirib. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Qeyd edək ki, Qutsulun Putinlə görüşü fonunda Moldova Baş Prokurorluğu Qaqauz Elinin rəhbərinə qarşı cinayət işin...
2024-03-07
839,308
Prezidentin nəvələrindən Qurbanova dəstək - Foto
Prezident İlham Əliyevin nəvələri - Əli və Mikayıl Ağalarovlar “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova dəstək nümayiş etdiriblər. Axar.az xəbər verir ki, bu barədə Mikayıl Ağalarov şəxsi İnstaqram səhifəsində paylaşım edib. O, Qurban Qurbanovu əsl əfsanə adlandırıb: “Əziz Qurban Qurbanova böyük ehtiramla... Əsl əfsan...
2024-03-07
839,309
“Sədərək” postunun əməkdaşlarına cinayət işi açıldı
Naxçıvanda “Sədərək” gömrük postundan müxtəlif adda dərman vasitələrinin Türkiyədən Azərbaycan ərazisinə nəzarətsiz keçirilməsində təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DGK) vəzifəli şəxslərinin məhkəməsi başlayır. Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Axar.az-a bildirilib ki, faktla bağlı istintaq olunan...
2024-03-07
839,312
13 din xadimi attestasiyadan keçə bilmədi
Azərbaycanda 13 din xadimi attestasiyadan keçə bilməyib. Axar.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, həmin din xadimlərinin bilikləri tutduğu vəzifə üçün qənaətbəxş sayılmayıb.
2024-03-07
839,313
"Shokki Mokki” şəhid xanımlarını təbrik etdi - Foto
Ölkəmizin ilk uşaq markası “Shokki Mokki” 8 Mart - Beynəlxalq qadınlar günü münasibəti ilə təşkil olunan tədbiri dəstəkləyib. Vətənimizin bütövlüyü uğrunda öz canından keçmiş şəhidlərimizin xanımları və onların övladları üçün keçirilən tədbirin təşkilində yaxından iştirak etmiş adıçəkilən marka uşaqların maraqlı vaxt k...
2024-03-07
839,318
Rusiya ABŞ səfirini çağırdı, nota verdi
ABŞ-ın Moskvadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib. Səfirə Rusiyada arzuolunmaz hesab edilən üç ABŞ QHT-sinə hər hansı yardımı dayandırmağı tələb edən nota da təqdim olunub. Səfirə bildirilib ki, Rusiyanın d...
2024-03-07
839,321
Bu rayona qar yağır
Martın 7-si saat 16:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti dəyişib. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı, Sumqayıt, Maştağa, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Gədəbəy, Ağstafa, Gəncə, Şəmkir, Tovuz, Şəki, Qax, Balakən, Mingəçevir, Yevlaxda yağış, Daş...
2024-03-07
839,323
İrəvanın tərəfdaşları ilə Kremlə qarşı yeni planı
Ermənistan hökuməti Rusiyanın təsirindən qurtulmanın planını sürətlə həyata keçirməyə başlayıb. Böyük ehtimalla bu planın hazılanmasında Brüssel, Paris və Vaşinqton iştirak edib. Bu üçlük Ermənistanı Rusiyadan qoparmağa çalışır. Plana görə, ilk növbədə Rusiya sərhədçilərinin İrəvandakı Zvartnots hava limanını tərki təl...
2024-03-07
839,325
Rəsmi Bakıdan Mirzoyana cavab
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi güdən bu kimi açıqlamaları reallıqları əks etdirmir. Axar.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Anadolu” agentliyi...
2024-03-07
839,328
“Qarabağ”dan kritik oyun öncəsi - Açıqlama
"Qarabağ"da ruh yüksəkliyi yüksək səviyyədədir. Bu sözləri Axar.az-a açıqlamasında “Qarabağ” futbol klubunun mətbuat katibi Anar Hacıyev Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Bayer 04” komandası ilə bu gün keçiriləcək oyun haqda danışarkən deyib. “Baxmayaraq ki, iki futbolçumuz (Julio Romao və Elvin Cəfərq...
2024-03-07
839,331
Qarabağda bələdiyyə seçkiləri keçiriləcək? – MSK sədri
7 fevralda keçirilən prezident seçkilərində öncəki seçkilərlə müqayisədə xaricdə səs verən vətəndaşlarımızın sayı iki dəfə çox olub. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. Qurum sədri bildirib ki, bu, MSK və Xarici İşlər Nazirliyin...
2024-03-07
839,332
Azercell “Mobil komandanın idarə edilməsi” həllini təqdim edir
Yeni həll çoxşaxəli sahə işlərinin təşkili, idarəsi və nəzarətdə saxlanılmasında şirkətlərin fəaliyyətini asanlaşdıracaq, rəqəmsal mühitə keçidi sürətləndirəcək “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədini rəhbər tutan Azercell, biznesdə ünsiyyəti daha əlçatan etmək üçün “Mobil komandanın ida...
2024-03-07
839,333
NATO sehirli qalxan deyil, Kiyevi qoruya bilməyəcək
Hətta NATO-ya daxil olmaq Kiyevə Qərb ordusunun müdafiəsinə zəmanət vermir. Axar.az xəbər verir ki, bunu Harvard Universitetinin professoru Stiven Uolt deyib. “Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi blokun üzvlərini başqa bir üzvün hücuma məruz qalacağı təqdirdə mübarizə aparmağa məcbur edəcək bir tətik deyil. ABŞ...
2024-03-07
839,337
Dünyanın ən böyük aclıq böhranı ilə bağlı xəbərdarlıq
Sudandakı vətəndaş müharibəsi dünyada ən böyük aclıq böhranı yarada bilər. Axar.az xəbər verir ki, bu barədə BMT-nin Dünya Qida Proqramı ilə bağlı Agentliyi məlumat verib. Məlumata əsasən, Sudan vətəndaş müharibəsi bu ölkədə yaşayan 25 milyondan çox insanı ərzaq çatışmazlığının çıxılmaz böhranı ilə üzləşdirə və ən böyü...
2024-03-07
839,338
“Qarabağ”-“Bayer” matçı: Qurbanov bir addım… - Ekspert
“Bayer”ə qalib gəlmək üçün Qurban Qurbanov rəqibə nəsə sürpriz eləməlidir. Əminəm ki, bunu fikirləşib. Xabi Alonso yaxşı mütəxəssisdir, əlindəki heyət, komanda da səviyyəlidir, bunu bilirik. Axar.az xəbər verir ki, bu sözləri idman eksperti Kənan Məstəliyev qeyd edib. “Ancaq sırf məşqçilik təcrübəsi baxımından Qurban Q...
2024-03-07
839,340
Kolleclərdə monitorinq aparıldı, nöqsanlar aşkarlandı
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri regionlarda yerləşən kolleclərdə monitorinq keçirib. Bu barədə Axar.az-a agentlikdən məlumat verilib. Agentliyin Orta ixtisas təhsili müəssisələri ilə iş sektorunun müdiri Səbinə Ənvərli və Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə Zaqatala Dö...
2024-03-07
839,341
DSX-dən İranla sərhəddə əməliyyat: 11 kq narkotik...
Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Axar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, mart ayının 6-da saat 06:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkot...
2024-03-07
839,342
Ukrayna Rusiyanın bu zavodunu vurdu
Ukrayna ordusu Rusiyanın Voloqda vilayətinin Çerepovets rayonuna PUA-larla zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, “Severstal” zavodu vurulub.
2024-03-07
839,347
Nazirlik 586,9 milyonluq əsassız ödənişlər aşkarladı
2023-cü ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 126 təşkilatda nəzarət tədbirləri həyata keçirilib. Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, həmin dövrdə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzar...
2024-03-07
839,348
Putin əlində gül Şoyqu ilə zarafat etdi - Video
Rusiya Prezidenti Vladimir Putin martın 7-də Krasnodar Ali Hərbi Aviasiya Məktəbinə baş çəkib. Axar.az xəbər verir ki, o, Krasnodara səfəri zamanı qadın kursantları 8 Mart - Beynəlxalq qadınlar günü münasibətilə təbrik edib. O, həmçinin əlində gül Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə zarafat edib. Putin, "Sergey K...
2024-03-07
839,349
Zəngəzur dəhlizinin açılması... - Fidanın müavini
Türkiyə və Azərbaycanın rəhbərliyi altında Zəngəzur dəhlizinin açılması ilə türk dünyasının əsri başlayacaq. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər nazirinin müavini Yasin Əkrəm Serim türkiyəli investorlar və iş adamları ilə görüşündə deyib. Onun sözlərinə görə, Türkiyə ilə Azə...
2024-03-07
839,350
Bayramovla yeni görüşün tarixi... - Mirzoyan
Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın iki ölkə arasında münasibətlərin normallaşması üçün yeni görüşünün tarixi müəyyən oluna bilər. Axar.az xəbər verir ki, bu barədə A.Mirzoyan "Anadolu" agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, yeni görüşün...
2024-03-07
839,351
Abşeronda şəhid ailələrinin xanım üzvləri üçün tədbir - Foto
8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə Abşeron rayonunda şəhid anaları, həyat yoldaşları və əmanətləri olan qiz övladları üçün “Dünyada ən uca zirvədir - Qadın” mövzusunda bayram şənliyi keçirilib. Axar.az xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində baş tutan tədbir...
2024-03-07
839,354
743-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Rusiya müharibənin 743-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 576 təyyarəsi, 267 helikopteri, 14 563 PUA-sı, 482 zenit-rake...
2024-03-07
839,356
“Abzas media” işi: Onların həbs müddəti uzadıldı
“Abzas media” işi çərçivəsində saxlanılan Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti üç ay uzadılıb. Axar.az xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib. Xatırladaq ki, H.Babalı dekabrın 13-də saxlanılıb. Ötən il dekabr ayının 14 də onun barəsində məhkəmə 3 a...
2024-03-07
839,359
İsveç rəsmən NATO-ya üzv oldu
İsveçin NATO-ya daxil olması ilə bağlı protokol cümə axşamı rəsmi olaraq qüvvəyə minib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. “2024-cü il martın 7-də İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolun ikinci maddəsində göstərilən qüvvəyəminmə şərtləri yerinə...
2024-03-07
839,360
Şahin Mustafayev Mger Qriqoryanla razılığa gəldi
Bu gün Azərbaycanla Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və...
2024-03-07
839,361
FHN əməkdaşı faciəvi şəkildə öldü
Şirvanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə şəhərin Çılpaqlı qəsəbəsində qeydə alınıb. Belə ki, sürücü avtomobili arxaya sürərkən Şirvan şəhər sakini Fərid Asif oğlu Həzrətquliyevi yaxınlıqdakı divara sıxaraq öldürüb. Həyatını itirən F...