passage_id
stringlengths
16
16
title
stringlengths
1
88
content
stringlengths
200
2k
f40faf58dd8fa948
Soyuq müharibə
Bir mərhələdə yalnız bir tərcüməçinin müşayiəti ilə hər iki ölkənin nüvə arsenalını 50 faiz azaltmaq barədə prinsipcə razılaşdılar. 1986-cı ilin oktyabrında İslandiyanın Reykjavik şəhərində ikinci zirvə görüşü keçirildi. Diqqəti Reyqanın Qorbaçovun ləğv etmək istədiyi Strateji Müdafiə Təşəbbüsünə keçirməyincə danışıqla...
c75b6449a2423fce
Soyuq müharibə
3 dekabr 1989-cu ildə Gorbachev və George H. W. Buş Malta sammitində Soyuq Müharibə elan etdi. Bir il sonra iki keçmiş rəqib İraqa qarşı Körfəz müharibəsində (1990 Avqust — 1991 Fevral) tərəfdaş oldular. Şərqi Avropa dağılır 1989-cu ilə qədər Sovet İttifaqı sistemi dağılmaq ərəfəsində idi və Sovet hərbi dəstəyindən məh...
69e2eb81ce38be4d
Soyuq müharibə
kommunizmin süqutundan əvvəl olduğu yerə çatmaq.Soyuq Müharibə dünya işlərinə təsir etməyə davam edir. Soyuq Müharibədən sonrakı dünya birmənalı hesab olunur, ABŞ-nin yeganə qüdrətli gücüdür. Soyuq Müharibə, İkinci Dünya müharibəsindən sonra Birləşmiş Ştatların siyasi rolunu 1989-cu ilə qədər müəyyən etdi. Amerika Birl...
8c90ece6723cbf0c
Soyuq müharibə
Yerli qarşıdurmalar üçün vəkil müharibələri və subsidiyaların əksəriyyəti Soyuq Müharibə ilə birlikdə başa çatdı; soyuq müharibədən sonrakı illərdə dövlətlərarası müharibələr, etnik müharibələr, inqilab müharibələri, həmçinin qaçqın və köçkünlər böhranları kəskin şəkildə azaldı.Ancaq Soyuq Müharibənin nəticəsi bitmiş h...
50039e0855fbd750
Soyuq müharibə
Amerika Birləşmiş Ştatlarında öz növbəsində "Marşal planı" və "Trumen doktrinası"nı qəbul edildi. Amerika Birləşmiş Ştatlarının bu addımı Soyuq müharibənin başlanması üçün real addım oldu.Hər iki qütb tezliklə öz hərbi təşkilatını yaratdı. Kapitalist ölkələr başda Amerika Birləşmiş Ştatları olmaqla NATO, Sosialist ölkə...
ff5fafe79fcb5387
Soyuq müharibə
1968, 1971, 1972-ci illərdə nüvə silahını yaymamaq haqqında müqavilə imzalandı. Amerika Birləşmiş Ştatları və SSRİ-nin "silahlanma yarışı" Sovet iqtisadiyyatını çökdürdü və SSRİ parçalandı. Soyuq müharibə sona yetdi. Tezliklə Sosialist düşərgəsinin üzvlərinin bir-neçəsi NATO-ya daxil oldu, Qarşılıqlı İqtisadi Yardım Şu...
be21ef233dbe4216
Romans
Romans (isp. romanse – roman dilində, yəni ispanca)- 1) instrumental müşayiətlə solo səs üçün yazılan lirik mahnı, 2) kamera–vokal musiqinin əsas janrlarından biri, 3) Vokal musiqidən iqtibas olunmuş lirik xarakterli instrumental pyes. Romans orta əsrlərdə İspaniyada meydana gəlib, sonra başqa ölkələrə yayılmışdır. XX ...
4306294e476a5dac
Romans
XIX əsrdən vokal və instrumental musiqi pyesi. Elegiya (yun. elegeia, elegos – şikayət) – kədərli, düşüncəli xarakterə malik instrumental və vokal pyes. Barkarola (it. barca — qayıq) — 1) Venesiyada yayılmış qayıqçı və ya balıqçı nəğməsi. 2) Zərif, axıcı ahəngli vokal və ya instrumental pyes adı; özünəməxsus ritmli müş...
db8f83998e7dce9f
Romans
Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar olaraq, Üzeyir Hacıbəyov şairin iki qəzəli əsasında "Sənsiz" (1941) və "Sevgili canan" (1943) kimi vokal əsərlərini yaratdı. "Sənsiz" və "Sevgili canan" romanslarının ilk ifaçısı Bülbül olmuşdur. Bu romansı son 20 ildə cəmi iki müğənni ifa etməyə cəsarət etmişdir: Lütfi...
ce6e98fce361ce95
Yeni Zelandiya
Yeni Zelandiya (ing. New Zealand) — Okeaniyada yerləşən dövlət. Etimologiya Yerli sakinlər – Maorilər Yeni Zelandiyanı "Aotearoa" adlandırırdılar, bu söz "Uzun ağ bulud torpağı" kimi tərcümə olunur. Yeni Zelandiya müxtar adalar Kuka və Niueni da öz tərkibinə daxil edir. Tokelau və Ross-Dependensi Yeni Zelandiyanın Anta...
9ad2c2cce57cfd09
Yeni Zelandiya
Erkən sovet dövrünə aid Azərbaycandilli mənbələrdə "Yeni Zelanda" adlandırılmışdır. Coğrafiyası Sakit okeanın cənub şərqində yerləşir. İki böyük adadan (Şimal ada və Cənub adadan) ibarətdir və aralarındə əsas adalar Stüart və Çatem olan çoxsaylı kiçik adalardan ibarətdir. Demoqrafiyası Əhalisi 2006-cı il siyahıya almas...
fb1c2bf85d338ecc
Yeni Zelandiya
Burada azlıq təşkil edən yerli əhali - maorilər də yaşayır. Asiya və Polineziya mühacirləri də azlıq təşkil edir və əsasən şəhərlərdə yaşayırlar. Yeni Zelandiyanın kraliçası Yelizaveta II dövlətin başçısıdır və o olmadıqda onu general-qubernator əvəz edir. Kraliça dövlətə başçılıq etsə də, onu idarə etmir. Onun həqiqi ...
75c5f88f3023e437
Yeni Zelandiya
Siyasi hakimiyyət hökumətin başçısı olan baş nazirin rəhbərliyi altında demokratik seçilmiş parlamentin əlindədir. Dünyada heç bir başqa ölkə Yeni Zelandiya kimi mənzərəli panoramlara malik deyil. Subtropik və bitki ilə zəngin Nortlenddən bir vaxtlar Redyard Kiplinqin "Dünyanın Səkkizinci Möcüzəsi" kimi təsvir etdiyi F...
dbad3bcb7a8dfd44
Yeni Zelandiya
Bunların hər ikisi öz gözəl mənzərələri ilə tanınır. Şimali adada Yeni Zelandiyanın ən iri şəhəri Oklend və əsas beynəlxalq qapılar yerləşir. Klenddən siz şimala subtropikə valeh edici sahillərə, delfinlərlə üzə biləcəyiniz çimərliklərə və iri kauri və nəhəng qıjılar görə biləcəyiniz meşələrə və ya cənuba geyzerlərə və...
10be172a64560c5a
Yeni Zelandiya
Digər kontinentlərdən ayrı olduğuna görə Yeni Zelandiya çox zəngin vəhşi təbiətə, unikal və nadir birki, quş və həşərat növlərinə malikdir. Bunlardan ən tanınmışı qanadsız Kividir, hətta yeni Zelandiyalıları bəzən bu cür adlandırırlar. Həmçinin hea (dağ popuqayı), kaka popuqayı, Yeni Zelandiya tuisi və sarı gözlü pinqv...
d15eb7d03eab8151
Yeni Zelandiya
Tuatara – dinozavrların yaşadığı dövrə aid olan sürünəndir, və yalnız Yeni Zelandiyada yaşayır. Burada nadir sahil hörümçəyi katipodan başqa heç bir ilan və zəhərli heyvan yoxdur. Yeni Zelandiya meşələri – tropik meşələr (qırmızı şam ağacı və s.) həmişə yaşıl ağac növləri və nəhəng ayı döşəklərindən ibarətdir. Yeni Zel...
183edf2d1943d914
Azot
Azot (N) – Azot ilk dəfə 1772-ci ildə ingilis kimyaçısı D.Rezerford tərəfindən havadan ayrılmışdır. D.İ. Mendeleyevin kimyəvi elementlərin dövri sistemində 7-ci element olub, atom kütləsi 14-dür. Azot bioelement olub, orqanizmlərin qurulmasında və onların həyat fəaliyyətinin təmin olunmasında iştirak edən üzvi birləşmə...
4d4810c1387f75cd
Azot
Şoralar – azot gübrələri NaNO3 – natrium şorası (çili şorası); KNO3 – kalium şorası (hind şorası); Ca(NO3)2 – kalsium şorası (norveç şorası); NH4NO3 – ammonium şorası. Azot insan orqanizmində İnsan orqanizmində azot atomlarının sayı 9,1·1025, bir hüceyrədəki azot atomlarının sayı 9,1·1011 ədəddir. Çəkisi 70 kq olan ins...
25e399b90d784dbc
Azot
Züllallar insanın qidalanmasının vacib tərkib hissəsidir. Azot tərkibində zülallar və digər azotlu birləşmələr olan qida məhsulları ilə orqanizmə daxil olur. Bu maddələr mədə-bağırsaq traktında parçalanır və sonra aminturşular və kiçik molekullu peptidlər şəklində sorulur ki, onlardan orqanizm öz xüsusi aminturşularını...
8c78181f8868177e
Azot
Heyvanlar və insanlar azotu zülallar və bitkilərin, heyvanların digər azotlu məhsullarından əldə edirlər. Heyvan orqanizmində kütlə ilə 1-dən 10 %-ə qədər, yunda və buynuzlarda 15 %-ə qədər azot olur. Heyvanlar və insanlar azotu zülallar və bitkilərin, heyvanların digər azotlu məhsullarından əldə edirlər. Heyvan orqani...
6cde0b75accb8d4a
Azot
Turş süd məhsulları. Azot (I) oksid N2O oksigen ilə qarışıq halında qaz narkozu üçün istifadə edilir. Natrium nitrit NaNO2 spazmatik vasitədir. Bütün canlı orqanizmlərin hamısının zülallarının tərkibinə 20 aminturşu daxildir. Təbiətdə 180 aminturşu mövcuddur ki, onlardan 10-u əvəzolunmazdır və heyvan və bitki mənşəli q...
132f2f680f82b582
Azot
Çoxlu sayda bakteriyalar var ki, azotu fiksasiya edir. Nitrozomonas, nitrobakter bakteriyaları üzvi qalıqların çürüməsi zamanı əmələ gələn ammonyakı nitrat turşusuna və nitratlara qədər (nitrat turşusu mineral duzlar ilə reaksiyaya girərək nitrat duzlarına çevrilir) oksidləşdirirlər. Oksidləşmə prosesi iki mərhələdə ge...
7fe700bcb77c12fb
Azot
Bitkilərin kütləsinin 0,3-dən 4,5 %-ə qədərini azot təşkil edir. Azot gövdənin və yarpaqların böyüməsini gücləndirir. Azot çatışmadıqda bitkilərin inkişafı ləngiyir, kiçik yarpaqlar formalaşır, onların saralması müşahidə olunur, az xlorofil əmələ gəlir, yarpaqlar solğun-yaşıl rəng alır və vaxtından əvvəl saralır, böyüm...
2db8d16ea8efbc1e
Azot
Çox soyuq olan (-196 °C) maye azot, çox aşağı temperaturda reallaşdırılması lazım olan dondurma əməliyyatlarında istifadə edilir. Sperma banklarında spermaların dondurularaq saxlanması, maye azotla həyata keçirilir. Ticarət olaraq ən çox dəyər daşıyan azot qarışığı amonyakdir (NH3). Güclü bir həll edici olan ammonyak, ...
a12f4316acb6f09a
Azot
Bunların arasında TNT (trinitrotoluen), və ammonium nitrat sayıla bilər. Azot fiksasiya edən bakteriyalar havadan azotu udaraq onu ammonyaka çevirə bilirlər. Bu bakteriyalar ya sərbəst yaşayır (məsələn, azotobakter, sianobakteriyalar, azospirillər), ya da paxlalı bitkilərin kökünə yerləşirlər (belə bakteriyalar rizobiu...
731683060a0d4f0b
Azot
Azot canlı orqanizminin xüsusilə də, nuklein turşularının, zülalların və vitaminlərin 15%-ni təşkil edir. Yəni həyatın davam edə bilməsi üçün əsas maddələrdən biri hesab olunur. Atmosferdə də təxminən 78% azot var. Ancaq canlılar azota olan tələbatlarını havadan ala bilməzlər, yəni bu qaz hər hans bir yolla canlıların ...
f199609eeac7f106
Azot
Azot dünyaya yağışlar vasitəsilə nitrat turşusu şəklində daxil olur. Azot turşusu bakteriyalar tərəfindən torpaqda nitrat ionlarına çevrilir və bitkilər ancaq bununla qidalana bilirlər. Azot qazı həm də havadan birbaşa torpağa daxil ola bilir. Bəzi noxud və lobya kimi paxlalı bitkilərin köklərində olan bakteriyalar hav...
df1106da395da4c5
Azot
Bitkilərin böyüməsi üçün azota ehtiyacları var. Buna görə də, azot və bitkilər demək olar ki, dünyanın ən faydalı işbirliyini qurmuşlar. Bitkilər bakteriyaları köklərindən özlərinə tərəf çəkmək üçün xüsusi qida maddələri ifraz edirlər. Sonra bakteriyalar köklərdə meydana gələn xüsusi boşluqlardan içəri girərək, bitki k...
972474307da50322
Azot
Aşağıdakı azotun alınması reaksiyasını tapmaq belə alimlər üçün böyük müvəffəqiyyətdir. Bu reaksiyanın reallaşa bilməsi üçün həm də fotosintez, tənəffüs və ya qıcqırma prosesləri də olmalıdır. Bakteriyalar əksər insanların fikirlərini qarışdıran bu formullardan gündəlik istifadə edirlər. Amma bakteriyalar bu kimyəvi pr...
c8fd853f23a726fe
Azot
Bu reaksiyalar zamanı bakteriyaların istifadə etdikləri azotlaşmış fermentlər kompleksi oksigen qazına qarşı çox həssasdır. Oksigenlə reaksiyaya girdikdə məhv olur, buna görə də, zülallar dəmirin birləşmələri ilə reaksiyaya girirlər. Lakin bu vəziyyət fotosintez edərək oksigen qazı yayan sianobakteriyalar və torpaqda s...
6cd45f8eeebf61ab
Azot
Azot qazının miqdarını tənzimləyən rizobiy kimi bakteriyalar isə bitki köklərindəki düyünlərdə oksigen istehlak edən molekullara sahibdirlər. Yalnız yaşayan bakteriyalar və ya bakteriyasız yaşayan bitkilər bu maddəni istehsal edə bilmirlər. Bu nümunələrdən göründüyü kimi, insanların və digər canlıların qidalanması üçün...
5f7e8437f8e5926b
Azot
1889-cu ildə Z. Altman heyvan toxumalarından və maya göbələklərindən nuklein turşularının zülallardan ayrılmasına nail oldu. Daha sonra Kossel hüceyrələrdə NT-nin iki növü olduğunu aydınlaşdırdı. XX əsrin əvvəllərində Levin və Qulland NT-nin makromolekulyar strukturu haqqında nəzəriyyə irəli sürdülər. Son zamanlar NT-n...
ea64df25a5ed5ba4
Azot
NT-in hamısının tərkibində pirimidin əsaslarından sitozin, urasil və timinə təsadüf edilir. Azot əsaslarından olan – pirimidin əsaslarına (pirimidinin törəmələri) – sitozin (S), urasil (U) və timin (T) aiddir. Azot əsaslarından olan digər birləşmələr – purin əsaslarına (purinin törəmələridir) adenin (A) və quanin (Q) a...
0816becac5b15ecc
Azot
NT-in təbiətdə tərkibinə, quruluşuna və funksiyasına görə iki növü ayırd edilir. Bunlar aşağıdakılardır: DNT-dezoksiribonuklein turşusuna və RNT-ribonuklein turşusuna ayrılır. DNT –də azot əsaslarından – timin, RNT-də isə urasil olur. Həmçinin RNT-də bir çox minar azot əsaslarına rast gəlinir. DNT-də minar azot əsaslar...
37c02150ba4b7977
Azot
Nukleotidlər-nukleozidlərin fosfat turşusu ilə əmələ gətirdiyi efirlərdir. Fosfat turşusu riboza (və ya dezoksiriboza) molekuluna 31-ci və ya 51 karbon atomunda olan hidroksil qrupuna birləşir. Nəticədə adenozinmonofosfat (AMF) nukleotidi alınır. Əgər adenozin nukleotidinə iki molekula fosfat turşusu birləşərsə adenozi...
92337734b94fffcc
Azot
RNT-in əmələ gəlməsində pentozalardan riboza, DNT-də isə dezoksiriboza iştirak edir. RNT- molekulunda 60-dan 6 minə qədər nukleotid qalığından, DNT molekulları isə 20–25 min və daha çox (10 mln-a qədər) nukleotiddən əmələ gəlir. DNT molekulunun uzunluğu 2,1 sm-ə çatır. Bu DNT molekulunda 62 mln nukleotid cütü mövcuddur...
f755a70da793efa0
Azot
İnsanın bir hüceyrə toxumasında olan 46 molekul DNT-in uzunluğu 2 metrə çatır. Onda olan nukleotid cütlərinin sayı 3,2 mlrd. Son zamanlar DNTin yeni A, B, C, D, Z formaları müəyyən edilmişdir. A-formada polinukleotid zəncirində azot əsasları aralı, B- formada isə yaxın yerləşir. O. biri C, D, Z formalarında isə qarışıq...
8541167466288374
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı
Azərbaycanda qeydiyyata alınmış dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı — Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycanda qeydiyyata alınması göstərilmiş dünya əhəmiyyətli memarlıq abidələrinin siyahısı. Siyahıda ən qədim abidələr ...
52fec46215238703
Sufizm
Təsəvvüf (ərəbcə: تصوف) və ya Sufilik (ərəbcə: صوفية) – İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir. Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı se...
f06ca914465f3a11
Sufizm
Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini niz...
056318af87feb467
Sufizm
Mənəviyyat yolçusu gərək hansısa sufi təriqətində olsun və bu yolu şeyxin rəhbərliyi altında getsin. Təkbaşına bu yolu getmək mümkün deyildir. Bu da təsəvvüfün şərtlərindən biridir. İslam tarixində ilk sufilər kimi əbhül Əsfal göstərirlər. Onlar hələ peyğəmbərin zamanında onun örnəyindən ibrət alaraq Mədinə məscidində ...
31026b4d9559ce97
Sufizm
Sufilik sözünün də "Süffədən" yaranması ehtimalı vardır. Onların arasında Səlman Farisi, Əbu Zər, Süheyb Rumi, Əbu Musa Əşəri kimi tanınmış səhabələr də olmuşdurlar. Hicrətin ikinci əsrində Allaha sevgi duyğusunu bəsləyərək ona ibadət etmək kimi sufi ideyaları geniş yayılmağa başlamışdır. O zaman Mədinə, Bəsrə, Küfə və...
3d7f050eaeb8309b
Sufizm
Həllac və Bistami "fəna" adlanan Tanrıda insan mənəviyyatının əriməsi yolu ilə onun əsl mənliyinin ortaya çıxması və "bəqa" adlanan Tanrıda mənliyi əritdikdən sonra onunla qovuşmaq ideyalarını irəli sürmüşdürlər. Əsası Rəbiyyə əl-Ədəviyyənin qoyduğu Allaha münasibətdə sonsuz sevgi (eşq) ideyası da inkişaf edirdi. Hüzn ...
2ff1c86c2e6b9425
Sufizm
O, bu halı "yoxluq" adlandırmışdır. Onun təlimində yoxluq halından sonra vəcd (ekstaz), eləcə də Tanrıya olan sevgidən sərxoşluq (sukr) halları gəlir. Tanrıya qovuşmuş, Onda ərimiş kəs Onun sifətlərinə yiyələnmiş olur. Bistami ilk dəfə "Sən mənsən, mən isə Sən" sözlərini istifadə etmişdir. Nişapur məktəbinin başqa bir ...
1d10644b6c19c4cf
Sufizm
O, Allaha münasibətdə "sərxoşedici sevgi" anlayışını ortaya çıxarmışdır. Onun fikrinə görə əsl eşq aşiqlə görüşdən sonra artmadığı kimi, Ondan ayrıldıqdan sonra da azalmır. Nişapur məktəbinin daha bir sufi alimi Əbu Həfs Həddad (270/883-cü ildə vəfat etmişdir) öz təlimini inkişaf etdirmişdir. Onun fikrinə görə hər bir ...
2665c6180777928a
Sufizm
Həmin məktəbin daha bir görkəmli şeyxi Həmdun Kəssar insanın nəfsinə qarşı çıxış edərək onunla savaş aparmağın vacibliyi vurğulamışdır. Buna sufilikdə "məlamət" deyilir. Onun fikrincə sufilər namazlarla, oruclarla, zikrlərə kifayətlənməməli, Allahın təqdir etdiyi işlər görməlidirlər. Misir məktəbi Sufiliyin başqa bir t...
0a5313de96e3bd6c
Sufizm
Zün-Nun Misriyə görə mərifət yolu ilə əldə edilmiş biliyin üç pilləsi vardır. Birincisi bütün inanclı müsəlmanlara, ikincisi yalnız alimlər və kəlamçılara (I) məxsusdur. Üçüncüsü isə öz varlıqları ilə Tanrının yaxınlığını duyan və müqəddəsliyə yüksələn insanlarda olur. Bu da biliyin ən yüksək zirvəsidir. Bu durumda ola...
c965a86fcc555e9c
Sufizm
Allah bu bilikləri yalnız istədiyi inanclı müsəlmanlara verir. Zun-Nun Misri də Allaha sevgi və zahidlik ideyalarını yayırdı. O, Allaha doğru aparan mənəvi yolda olan məqamların və halların olması ideyası ilə çıxış etmişdir. Suriya məktəbi Daha bir tanınmış sufi məktəbi Suriyada olmuşdur. Burada gecə vaxtları ac qarnın...
5be62946732c2a2e
Sufizm
Bu təriqətin tanınmış şeyxi Əbu Süleyman Dərani (215/830-cu ildə vəfat etmişdir) olmuşdur. Ona görə gecə ibadətləri və zikrləri insan ruhunu məmnun edir və bu duyğunu heç bir başqa əməldə hiss etmək olmur. Bağdad məktəbi Bağdadda da sufi məktəbi mövcud olmuşdur. Bu məktəbin tanınmış şeyxi Məruf Kərhi olmuşdur. O, vəcd ...
e2d6efaf7421a80e
Sufizm
Onun fikrincə Allaha sevgi duyğusu təcrübə yolu ilə əldə edilə bilməz. Bu məktəbinin ən tanınan şeyxi Cüneyd Bağdadi (297/909-cu ildə vəfat etmişdir) olmuşdur. Tanrıya sevgi duyğusundan sərxoş (sukr) olmaq ideyasını aşılayan Bəyazid Bistamidən fərqli olaraq, o, bunu hissləri ayıq (sahv) olaraq yaşamağın tərəfdarı idi. ...
ad45540d238edc8f
Sufizm
Bu durumda olan sufi Tanrıda əriyərək onun sifətlərini mənimsəyir. Sufilik hicrətin III–VI yüzilliklərində Bu kimi əsas təlimləri əsas götürən sufi təriqətlərinin sayı hicrətin III–VI əsrlərində daha da artmışdır. O dövrlərdə sufi ideyaları poeziyada geniş tətbiq olunaraq yayılırdı. Sufilərin bir çox təlimləri ənənəvi ...
3363a08e96607dc8
Sufizm
Buna görə də, ənənəvi İslamı sufiliklə barışdıran və onların arasında orta yolu tutan ilahiyyatçılar bu mövzuda fəaliyyət göstərib çoxlu əsərlər yazmışdırlar. Onların arasında Əbu Həmid Qəzali də olmuşdur. Daha sonra görkəmli sufi İbn Ərəbi (638/1240-cı ildə vəfat etmişdir) müsəlman ənənəçilərinin etirazları ilə qarşıl...
195a008604fc2ce5
Sufizm
Təriqətlərin çoxalması dövrü Orta əsrlər boyu bütün müsəlman dünyasında sufi təkkələri də geniş yayılmışdır. Sufilər müxtəlif sultan və şahların dəstəyini əldə edərək fəaliyyətlərini genişləndirmişdirlər. VI/XII – IX/XV əsrlərdə ən tanınmış sufi təriqətləri Qədiriər, Yəsəvilər, Rifailər, Sührəvərdilər, Çiştilər, Şazili...
66e52c7118202cc9
Sufizm
Daha sonra onları müsəlman dünyasının tənəzzül etməsində, inkişafdan qalmasında ittiham etmişdirlər. Sufilik Osmanlı xilafətində laiklik ideyalarının yayılması və daha sonralar dünyəvi Türkiyə respublikasının yaranmasından sonra İslam dünyasında nüfuzunu xeyli itirmişdir. Buna baxmayaraq müsəlman dünyasının bir çox yer...
b921180cc6a945e2
Sufizm
Sufilik yarandığı vaxtdan ilahi həqiqətlərin dərki probleminə olan ənənəvi ehkamçı-kəlamçı baxışa etiraz etmişdir. Sufilər sələfilərin "nəql-rəvayət", kəlamçıların "nəql-ağıl", filosofların isə "ağıl-sillogizm" metodlarına qarşı "kəşf və ilham" üsulunu irəli sürmüşdülər. Bu üsulun mahiyyəti ondan ibarət idi ki, nəfs (r...
153cee5f9609f5ff
Sufizm
İnsan bu maneə və "örtüklər"i dəf edərsə, Allaha yönələr, bilikləri ilk mənbədən bilavasitə əldə edə bilər. Bu səbəbdən "kəşf" və ilham biliklərin birbaşa kəsbini təmin edir. İlham və "kəşf" sufilik təlimində əsas üsullar hesab olunur, sələfi -kəlamçı üsullardan – nəql-rəvayət və nəql-ağıl metodlarından üstün tutulur. ...
b4951e53637f6791
Sufizm
Nəql-təqlid metoduna yox deyən İbn Ərəbinin "Raiyyə" şerindəki "Rəbbim mənə Maliki də, Əhmədi də, Nömanı da təqlid etməyi haram buyurdu" misrası sufi nöqteyi-nəzərinin məzmunu haqqında çox şeyi deyir. Sufi likdə "kəşf" və ilhama verilən müqayisəedilməz əhəmiyyətin göstəricisi idi ki, İbn Ərəbi "Füsus əlhikəm" adlanan ə...
e5fb1326f3a3b456
Sufizm
Uzun-uzadı araşdırmaq və ya rəvayət əsasında hədislərin "zəif" yaxud səhih olduğunu müəyyənləşdirməyə etiraz edən bu sufi mütəfəkkir Peyğəmbərdən "kəşf" yolu ilə onlar haqqında doğru məlumat əldə etməyin mümkünlüyündən söz açırdı. Sufilik və rasionallıq Sufiliyin daxilində bəzi sufilərin rasionallıq probleminə mənfi mü...
4133beae8ff40fd3
Sufizm
Məsələn, əsərlərində fiqhi, kəlamı, fəqih və mütəkəllimlərin rasional üsullara meylini tez-tez tənqid edən İbn Ərəbinin fəlsəfə və filosoflara münasibəti xoş olmuşdur. Fəlsəfə və dini bir-biri ilə uzlaşdırmaq istəyən məşşai filosoflar (Bətəlyövsi, İbn Rüşd və s.) kimi o da iddia edirdi ki, fəlsəfə məzmunu səbəbi ilə de...
f955864724ac4f5f
Sufizm
…Müsəlmanların "zövq" sahibi, ilahiyyatçı Əflatundan xoşlarının gəlməməkləri onların bu sözün mənasını bilməməklərindən irəli gəlir". Filosofları "Allahı bilənlər, tanıyanlar" adlandıran İbn Ərəbi Quranın "Allah Davuda həm hökmranlıq, həm də hikmət verdi" ayəsinə söykənərək, fəlsəfənin ilahi biliklərlə əlaqəsini isbatl...
839dcd400d95ad88
Sufizm
Bir sufi kimi Əbu Hamid əl-Qəzzalinin fəlsəfəyə münasibəti mövzusuna sonrakı paraqrafl arda toxunulacaqdır. Yuxarıda qeyd etdiklərimizdən aydın olur ki, sufiliyin rasionallıq probleminə, əqli üsullara münasibəti birmənalı olmamışdır. Ağıla münasibətdə sufilik nöqteyi-nəzəri onunla fərqlənir ki, burada qəbul edilmiş ağı...
a8696c889f63426d
Orfoqrafiya
Orfoqrafiya — sözlərin düzgün yazılışını öyrənən, bir linqvistikanın sahəsidir. Yazılışın həmahəngliyi deyilişin individual və dialektik xüsusiyyətlərini aradan qaldırır, bu isə öz növbəsində təkrar soruşmaq imkanı olmadıqda qarşılıqlı anlaşmaya gətirib çıxarır. Orfoqrafiyanın quruluşunun prinsipləri Orfoqrafiya ilə ya...
389026d5ee22fdf2
Yuxu (film, 2001)
Yuxu — Rejissor Fikrət Əliyevin filmi. Film iki sevən gəncin məhəbbətindən bəhs edir. Filmdəki hadisələr bizim günlərdə səfalı Abşeron qəsəbələrindən birində, baş qəhrəmanın yuxusu ətrafında cərəyan edir. Əliabbas (İlham Qasımov) sevgilisinə qovuşmaq üçün nə dedi-qodulardan qorxur, nə də hədələrdən. O öz xoşbəxtliyi uğ...
3b480fc70a8a9990
Yuxu (film, 2001)
Novruzova Suğra Bağırzadə — maşındakı qadın Elnur Mehdiyev Z. Abdullayeva Arif Kərimov — qəsəbə sakini S. Heybətov Tərlan Babayev (T. Babayev kimi) Fərəc Fərəcov — satıcı Filmi səsləndirənlər Ramiz Əzizbəyli — Əliabbas (İlham Qasımov) (titrlərdə yoxdur) Həsən Məmmədov — Hidayət (Gündüz Abbasov) (titrlərdə yoxdur) Nəcib...
c164b55b44b2fa7d
Yumurtalıq
Yumurtalıq (lat. ovarium) — cüt üzvlərdən olub kiçik çanaq, uşaqlığın yan tərəflərində, enli bağın arxasında yerləşmişdir. Həddi-büluğa çatmışlarda bunun şəkli yastılaşmış ellipsoidə bənzəyir. Uzunluğu 3,0–5,0 sm, eni 1,5–3,0 sm, qalınlığı0,7–1,5 sm və çəkisi5,0–8,0 qram olur. Əksər hallarda sağ yumurtalıq sol yumurtal...
85d71e0160ba7b16
Yumurtalıq
margo liber və düz çöz (müsariqə) kənarı — lat. margo mesovaricus, yuxarı bor ucu — lat. extremitas tubaria və aşağı uşaqlıq ucu — lat. extremitas uterina vardır. Azad kənarı arxaya çevrilmişdir, müsariqə kənarı önə doğru baxaraq uşaqlığın enli bağına bitişmişdir. Burada qan damarlarına məxsus yumurtalıq qapısı — lat. ...
a0707cd0d635a764
Yumurtalıq
lig. ovarii proprium vasitəsilə birləşir. Yumurtalıqların xarici səthləri periton ilə örtülü deyildir; bunların üzərində maya epiteli — lat. epitelium germinale (BNA) adlanan bir təbəqə kubabənzər və ya alçaq silindrə bənzər epitel hüceyrələri vardır. Maya epiteliyumurtalığın üzərində uşaqlığın enli bağına keçir; bu ba...
228b0a72d4249e77
Yumurtalıq
tunica albuginea ovari (BNA) vardır. Yumurtalığın kütləsi iki növ maddədən — qabıq maddədən və ya parenximatoz məntəqədən — lat. zona parenchimatosa (BNA) və beyin maddədən və ya damarlı məntəqədən — lat. zona vasculosa (BNA) ibarətdir. Qabıq maddə beyin maddədən çox sıxdır və xeyli əhəmiyyətə malikdir, çünkı burada yu...
32f6c95c268d43fc
Yumurtalıq
Həddi- büluğa çatdıqda onların miqdarı 35 minə qədər azalır. Həddi-büluğ dövründə olan follikulların təxminən dörd yüzü tam mənası ilə inkişaf edərək mayalanmağa qabil olur; qalanları inkişaf etməyib məhv olur. İlk follikul birləşdirici toxuma qişası ilə əhatə olunmuş bir qrup hüceyrələrdən ibarətdir. Hər follikulun mə...
47a735e908a98689
Yumurtalıq
Bu maye follikul ətrafındakı damarlardan çıxan bir transudantdır. Follikul maye çoxaldıqca mərkəzi vəziyyət alır, follikulun epitel hüceyrələrini mühitə doğru sıxışdırır və nəticədə həmin hüceyrələr follikul qişasının daxili səthini sıra ilə örtür. Bu cür əmələ gəlmiş qata dənli qat — lat. stratum granulosum deyilir. F...
537cc9f1d361a028
Yumurtalıq
teca folliculi iki qatdan ibarətdir: xarici yaxud lifli qat və daxili yaxud damarlı qat. Bu üsul ilə ilk follikul inkişaf edir və nəticədə yetişmiş qovuğabənzər follikul — Qraaf qovuqcuğu — lat. folliculis ovarii vesiculosi (folliculus oophorus vesiculosus Graafi — BNA) hasil olur. İlk follikul gözlə belə görünmür, qov...
aec8c8ef164d1a09
Yumurtalıq
Azad olmuş yumurta uşaqlıq borusu qıfının saçaqlarının (lat. fimbriae tubae) və yumurtalıq epitelinin ehtizazı nəticəsi olaraq uşaqlıq borusunun qarın dəliyinə doğru hərəkət edir və nəhayət boruya keçir. Qırmızı sarı və ağımtıl cisimlər Qovuğabənzər partladıqdan sonra onun divarları büzüşür və boşluğu partlamış damarla...
585e50532f4118b7
Yumurtalıq
Yavaş-yavaş burada olan damarlar itir, nəticədə sarı cisim rəngini itirərək ağarır və ağımtıl cisim — lat. corpus albicans adlanır. Beləliklə hər bir qovuğabənzər follikulun yerində birər çapıq qalır. Fiksasiyası Yumurtalığı fiksasiya edən bağlar ikidir: Yumurtalığın xüsusi bağı — lat. lig. ovarii proprium lifli toxuma...
52bad91665fad9ec
Yumurtalıq
suspensorium ovarii peritondan təşkil olunmuş bir büküşdür; daxilində yumurtalıq damarları və saya əzələ lifləri vardır. bu bağ ümumi qalça arteriyasının şaxələnən yerində və kiçik çanağın hüdudu cizgisindən başlayıb aşağı enir və oma-qalça oynağının önündən keçərək yumurtalığın boru ucuna və uşaqlıq borusunun qarın ağ...
28216f02e5c2f3a8
Yumurtalıq
plexus ovaricus əmələ gətirir. Buradanda qan yumurtalıq venasına və uşaqlığın venoz kələfinə (lat. plexus venosus uterinus) keçir. Limfa yumurtalıqdakı limfa kapilyar torundan yığışaraq limfa damarları vasitəsilə yumurtalıq qapısından xaricə çıxarılır; bu damarlar qan damarları ilı bərabər yumurtalıq asılan bağın içəri...
03576a240ba2a8b7
Ürək çatışmazlığı
Ürək çatışmazlığı (lat. insufficientia cordis) — ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan təcili tibbi yardım olmadan klinik ölümlə nəticələnə bilən funksional pozğunluq. Bu hal kəskin və xroniki gedişli olmaqla, meydana çıxma səbəblərinə görə iki yerə bölünür: anadangəlmə ürək çatışm...
a80e458d21f14306
Ürək çatışmazlığı
Fallo tetradası Açıq arterial axacaq Qulaqcıqlararası çəpərin qüsuru Mədəciklərarası çəpərin qüsuru Ebşteyn anomaliyası Qazanılmış ürək qüsurları Qazanılmış ürək çatışmazlığı dedikdə isə sonradan bu və ya digər xəstəliklər (infarkt, tac damar çatışmazlığı, bakterial və virus mənşəyli endokarditlər, travmalar və s.) nət...
b2bf908d69a79ff1
Ürək çatışmazlığı
Kəskin ürək çatışmazlığı bir saatdan bir günə qədər inkişaf edir. Buna səbəb isə ürək ritm pozğunluğu: taxikardiya ya da bradikardiyala, travma nəticəsində meydana çıxan urək tamponadası, qəfləti ürək qapaqçıqlarının vətər elementlərindən birinin qırılmas, infeksion miokardit, ağciyər emboliyası, miokard infarktıdır. K...
eadc9760ecde2e9c
Ürək çatışmazlığı
Sonradan orqanizmin rezerv qabiliyyəti tükəndikdən sonra dekompensasiya: ödem, dispnoe — tənginəfəslik mərhələsinə qədəm qoyur. Təginəfəslik əlaməti sakit vəziyyətdə və ya cüzi yükləmə zamanı özünü qabarıq şəkildə göstərir. Operativ müdaxilələr Ürəyin nasos funksiyasının kəskin azalması və ürəyin ötürücü sisteminin poz...
9628c3f4806b3790
Ürək çatışmazlığı
Xarici keçidlər Leitlinien zur Therapie der chronischen Herzinsuffizienz (PDF) (Deutsche Gesellschaft für Kardiologie, 2005; 366 kB) 1994 Revisions to Classification of Functional Capacity and Objective Assessment of Patients With Diseases of the Heart (American Heart Association, 1994) Leitlinien zur Therapie der chro...
c682920c044da719
Göygöl gölü
Göygöl — Azərbaycanda göl. 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının bir hissəsi uçaraq Ağsu çayının qarşısını kəsib. Nəticədə şəffaf suyu olan Göygöl yaranmışdır. Ümumi məlumat Göygöl ərazisində ümumilikdə 19 göl var. Bunlardan 7-si böyük göllər sırasına daxildir. Dəniz səviyyəsindən 1556 metr ...
a86e3e7997678f39
Göygöl gölü
Eni 800 metrdən 1000 metrə qədərdir. Dərinliyi 96 metrdir. Gölün görünmə qabiliyyəti 8–10 metrdir.Göygölün faunası olduqca zəngindir. Göldə qorunmaqda olan forel balıqları yaşayır. O, Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Öz mənşəyi etibarilə Göygöl foreli çay forelindən əmələ gəlmişdir. Onların əmələgə...
113deb7cb15e0d5e
Göygöl gölü
Zəlzələ zamanı gölün ərazisində qalan çay forelləri uzun illər ərzində tədricən göl forelinə çevrilmiş, artıb çoxalmış və zəmanəmizə qədər gəlib çatmışdir. Göygöl Azərbaycanın ən dərin gölüdür. Göygölün suyunun bir hissəsi yeraltı çıxışı səbəbiylə Göyçə gölünə daxil olur. Göygöl Dövlət Təbiət Qoruğu Göygöl Dövlət Təbiə...
bc78c84adc8fff59
Göygöl gölü
Ərazisi 6732 hektardır. Ərazisində 423 növ ağac və kol, dərman bitkiləri var. Ərazidə Qafqaz maralı. ayı, çöl qabanı, dağ keçisi, canavar, tülkü, çaqqal, porsuq, oxatan kirpi, çöl pişiyi, vaşaq var. Xarici keçidlər Göygölü bir də səmadan görün – fotolar Səda — Göygölə gəl… (20.07.2016) Zəlzələnin yaratdığı gözəllik — G...
54fd2a9ea5d21fb1
Rumıniya
Rumıniya, Romıniya və ya Romaniya (rum. România) — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı "romanus" ("romalı" deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniy...
7eb8bee4d7f1f961
Rumıniya
Qara dəniz Rumıniyanın şərqində yerləşir. 1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər). Rumıniya Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir. 2002-ci ildə Rumıniyanın qərbindəki bir mağarada kəşf edilən (Sümüklü Mağara rum. Peştera cu Oyasa) ...
b74c0fe94ccf55b7
Rumıniya
Rumıniya torpaqlarında qurulan ilk dövlət Trakiyalıların qurduğu Daçiya Krallığıdır. Bu dövlət 101-107 illər arasında Roma İmperatoru Trayanın orduları tərəfindən işğal edilərək Roma İmperiyası bir əyaləti halına gəldilər. Roma imperiyasının çökməsindən sonra bu torpaqlar Qotlar, Hunlar, Avarlar, Slavyanların zəbtinə u...
f1396dde34df755f
Rumıniya
Bu dövlətlər 1310-cu ildə I Basarab tərəfindən qurulmuş Valaxiya Bəyliyi və 1352-ci ildə Dragoş tərəfindən qurulmuş Moldova dövlətidir. Günümüzdəki Rumıniyanın bir parçası olan Erdel isə 10-16-cı əsrlər arasında Macarıstan Krallığının bir parçası idi. 15-ci və 16-cı əsrlərdə bu üç ölkə Osmanlı Dövlətinin himayəsi altın...
1c983cf4e0cecec0
Rumıniya
Buxarest və Yassı kimi böyük Rumıniya şəhərlərində tez-tez Osmanlı vətəndaşlarına rast gəlinirdisə də sayları az idi. Bu şəhərlər heç bir zaman Sofiya, Belqrad, Saloniki və ya Skopye kimi Osmanlı xarakteri qazanmadı. XVIII əsrə qədər Valaxiya və Moldovanın voyvodaları rumınların arasından seçilərdi. XVIII əsrdə isə Fən...
06039497e15e008f
Rumıniya
Ölkə 1944-cü ilin avqustunda faşistlərdən azad edildi. Birinci hökumətin başçısı kral Mixay oldu. Müharibə nəticəsində Rumıniyada 170 min nəfər öldü, itkin düşdü və yaralandı. 1945-ci il 4 yanvarda xalq kütlələrinin təzyiqi altında kral hökuməti yenidən təşkil etdi. Hökumətin başçısı general P.Redesku təyin edildi. 194...
44d350bc235e61a5
Rumıniya
Qadınlara və hərbi qulluqçulara seçki hüququ verildi. 1946-cı il 20 dekabrda parlament bankların milliləşdirilməsi haqqında qanun qəbul etdi, Pul islahatı keçirildi. 1947-ci ilin iyulunda Milli-saranist partiyasının fəaliyyəti qadağan edildi. Coğrafiyası Rumıniya əsasən Mülayim və subtropik iqlim qurşağında yerləşir. Q...
78f6d7ac54fe7e34
Hörümçək-adam
Hörümçək-adam (ing. Spider-Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marve...
b00455618f69967e
Hörümçək-adam
Personajın "rədd olunma, tutarsızlıq, tənhalıq" kimi vəsvəsələrə malik olması gənc oxucuların onla təmas qurmasını asanlaşdırırdı. Hörümçək-adam köməkçi personaj xüsusiyyətlərinə malik olsa da, əvvəlki gənc superqəhrəmanlardan (Robin və Baki) fərqli olaraq onun Betmen və Kapitan Amerika kimi superqəhrəman məsləhətçilər...
5dff4351da0bb760
Hörümçək-adam
Bunlara animasiya və live-action teleserialları, qəzet komiks stripləri və film seriyaları daxildir. Personaj ilk dəfə Denni Siqren tərəfindən 1974-cü ildən 1977-ci ilə kimi davam etmiş "Elektrik şirkəti" sketçi "Hörümçək superhekayələri"ndə canlandırılmışdır. Filmlərdə Hörümçək-adam rolunu Tobi Maquayr (2002–2007), En...
d56e3eed6836db71
Hörümçək-adam
Sten Li avtobioqrafiyasında hekayənin doğru olub-olmadığı barədə tez-tez tərəddüd keçirdiyini əlavə etmişdir. O dövrdə yeniyetmə superqəhrəmanlara sonu "oğlan" (ing. Boy) ilə bitən adlar verilsə də, Li "Hörümçək-adam" (ing. Spider-Man) adını seçmişdir. Çünki Sten Li personajın seriya davam etdikcə yaşlanmasını istəmiş,...
7086df8b152e2fb7
Hörümçək-adam
Qoca cütlüklə yaşayan və yetim olan bu personaj ona supergüclər verən sehrli üzük tapırdı. Li dərhal Körbi ilə hekayə barədə müzakirə aparmış və daha sonra Körbidən personajı dəqiqliklə təsvir etməsini və bir neçə səhifə çəkməsini istəmişdir. Stiv Ditko isə konturçu olmalı idi. Li Körbinin ilk 6 səhifəni ona göstərdiyi...
9c9fad93fdda4c72
Hörümçək-adam
Personajın ilkin yaradılmış versiyasının buraxılışı haqqında Ditko demişdir: "Mən hələ də Hörümçək-adamın kimin ideyası olduğunu bilmirəm". Körbi 1971-ci ildə verdiyi bir müsahibədə personajın formalaşmasında ən böyük rolun Ditkoya məxsus olduğunu bildirmişdir. Hələ də ilkin ideyanı verdiyini iddia edən Sten Ditkonun r...
08b38dc8181bbc89
Hörümçək-adam
:223 Ditkonun komiksin 38-ci buraxılışından (iyul 1966) sonra getməsinin ardından Con Romita onu əvəzləmiş və bir neçə il boyunca komiksi çəkməyə davam etmişdir. 1968-ci ildə Romita yaşlı oxucuların diqqətini çəkmək üçün "The Spectacular Spider-Man" komiks jurnalında Hörümçək-adamın əlavə hekayələrini də çəkmişdir. Jur...
ba2d061c3a9df13f
Hörümçək-adam
Saylar o qədər yaxşı satılmışdı ki, senzuranın komiks sənayesindən kənarlaşmasına və yenidən nəzərdən keçirilməsinə səbəb olmuşdur. :2391972-ci ildə ikinci aylıq Hörümçək-adam komiksi nəşr olunmağa başlamışdır: "Marvel Team-Up". Bu komiksdə Hörümçək-adam digər superqəhrəman və supercinayətkarlarla partner olurdu. Bu an...
e2a2c126d99b26a4
Hörümçək-adam
Onlardan biri olan "The Amazing Spider-Man" Piter Parkerin Parker Industries adlı şirkəti idarə etməsində və uğurlu biznesmen olmasından bəhs edir. Personaj sinopsisi Nyu-York şəhərinin Kuins bölgəsinin Forest-Hils rayonunda yerləşən Midtaun liseyinin tələbəsi olan Piter Parker əmisi Ben və xalası Meylə yaşayan, elmə b...