passage_id
stringlengths
16
16
title
stringlengths
1
88
content
stringlengths
200
2k
7f2f3602ee0e5696
Əlibaba Məmmədov
8 fevral 2010-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İstiqlal" ordeni ilə təltif olunub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. Xanəndənin ifa etdiyi "Rast", "Bayatı-Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səsyazıları AzTV Fondunda sa...
65dd88256015178e
Əlibaba Məmmədov
25 fevral 2022-ci ildə 92 yaşında vəfat etmişdir. Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 18 may 1963 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 may 1989 "Şöhrət" ordeni — 4 fevral 2000 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002 "Qızıl ...
d3f3e41ad5f91f1d
Gərginlik (elektrik)
Elektrik gərginliyi — elektrik sahәsinin bir nöqtәsindәn digәrinә vahid müsbәt yükün yerdәyişmәsi zamanı әdәdi qiymәtcә görülәn işә bәrabәr olan kәmiyyәt. Aşağıdakı düsturla hesablanır: A q {\displaystyle q} - elektrik yükü, {\displaystyle A} - elektrik yükünü dövrənin ixtiyari iki nöqtəsi arasında hərəkət etdirmək üçü...
0d1c2eae26d86218
Gərginlik (elektrik)
Açıq dövrәdә ( {\displaystyle I} ) gәrginlik mәnbәnin e.h.q.-nә bәrabәrdir. Ona görә dә dövrә açıq olduğu zaman mәnbәnin e.h.q.-ni çox vaxt onun sıxaclarındakı gərginlik kimi tәyin edirlәr. Dәyişәn cәrәyan halında gərginlik adәtәn tәsiredici (effektiv), yәni dövr әrzindәki orta kvadratik qiymәtlә tәyin olunur. Elektrik...
aeea0475a3d80eee
Ceki Çan
Ceki Çan (əsl adı "Chan Kong Sang 陳港生" və ya "Jackie Chan Sing Lung", 7 aprel 1954[…], Viktoriya zirvəsi[d], Britaniya Honkonqu[d]) – Çin və Hollivud aktyoru, döyüş ustası, kunq-fu ustası, rejissor, müğənni, döyüş sənətlərinin və dava-dalaş filmlərinin ulduzu. Ceki Çan kasıb honqkonqlu ailəsində dünyaya göz açmışdır. H...
85434ced4d03fe05
Ceki Çan
Həmin illərdə Ceki Çinə gedərək Pekin Opera Akademiyasında təhsil almağa başladı. Burada o, döyüş sənətinə, aktyorluğa, ustalığa, rəqsin müxtəlif incəliklərinə, oxumaq sənətinə və akrobatikaya yiyələnməyi bacardı. Düzdür bunların hamısını tam bilməsə də, əsas odur ki, hər sahədən bir az da olsa məlumat yığmağı bacarmış...
30c36a182bc7a4d5
Ceki Çan
Demək olar ki, hər bir oğlan uşağı günün yarısından çoxunu idmanla və müxtəlif məşq növləri ilə vaxtlarını keçirirdilər, hətta hər gün saat günorta 5-dən tam gecə düşənə kimi məşq etmək məcburi idi. Əgər kimlərsə öz dərslərindən və verilən tapşırıqlardan geri qalırdısa, bu zaman həmin şəxs sərt şəkildə cəzalandırılır, ...
aab5008537420f8f
Ceki Çan
Artıq o, Asiyada ən hündür tullanan insan kimi də məşhur olmuşdu. Bu Asiya kinomatoqrafiyasında ilk hadisə kimi tarixə keçdi və Cekini artıq tək dublyor kimi yox, hətta bir çox kinolarda ikinci sürətlərin də ifaçısı kimi istifadə etməyə başladılar. Ceki Çanın birinci əhəmiyyətli və baş rol təklifini isə 1973-cü ildə "K...
068b7e058a0f1bad
Ceki Çan
Bu adın mənası isə "əjdaha olmaq" kimi səslənirdi və bu ləqəblə əvvəllər Brüs Li tanınırdı. Ceki Çanın yaratdığı komediya janrında döyüş filmləri uğur qazanmağa başladı. Xüsusilə, "Sərxoş usta" və "Qorxusuz kaftar" adlı filmlər həmin müddətdə çəkilən ilk kinolar idi. Bu filmlərlə birlikdə Ceki Çanın uğuru düşünülməz də...
b58fb7601c105a3c
Ceki Çan
Ceki Çanı ABŞ–da demək olar ki, onun işlərini heç bir film işçisi tanımırdı. İngilis dilini bilməməsi isə onun öz filmlərindən normal şəkildə gəlir götürməyə belə imkan vermirdi. Bu səbəbdən Ceki Çanın ABŞ kino satışında göstərildiy filmləri uğur qazana bilmirdi. 1994-cü ildə MTV kanalı Çana kino mədəniyyətinə bəxş etd...
b8c592ce08bbb2fd
Ceki Çan
Bunda sonra Cekiyə gələn təkliflər bir–birinin ardınca davam etməyə başladı və 1996-cı ildən etibarən "Miramax" adlı kino studiyası iki film çəkmək üçün Cekini dəvət etdi. "Detektiv" və "Sərxoş usta 2" onun ABŞ-də əldə etdiyi ilkin uğurlar sırasına qatıldı. 1997-ci ildə aktyor "İlk zərbə" adlı filmi ilə işə başladı. Bu...
cf8a5b288b2d5ae5
Ceki Çan
Ancaq ən böyük maraq oyadan, daha çox diqqət cəlb edən, pərəstişkarlar tərəfindən sevilən və tənqidçilər tərəfindən istifadə olunan kino film isə "Pik saatı" adlanırdı. Bu filmdə Ceki komediya rollarında daha çox oynayan amerikan aktyoru Kris Takerlə birlikdə oynamışdır. Hər ikisi polis obrazını canlandırır və Çindən o...
de1b745c6aab3407
Ceki Çan
2003-cü ildə "Yer ətrafında 80 günə səyahət" bədii filmin Berlində çəkilişləri zaman Ceki Çan demək olar ki, berlin ayılarını sevmişdir. Aktyor 100-dən çox ayı ilə fotoşəkil çəkdirmişdir. Belə plakat yaradılmışdır. 2004-cü ildə Ceki Çan ayıların Honkonqa gəlməsini təşkil etmişdir. Sərginin açılışında Ceki UNİCEF və uşa...
ca1782e051eec127
Ceki Çan
Şəxsi həyatı Ceki Çan 1982-ci ildə Tayvanlı aktrisa Lin Feng-Jiao (Joan Lin) ilə evləndi. Eyni il oğlu oldu. Oğlu müğənni və aktyor Ceysi Çandır. 1990-cı ildə "Miss Asiya Gözəlik Yarışması"nın birincisi olan aktrisa Elayn Ng Lei 1999-cu ildə Ceki Çandan hamilə olduğunu açıqladı və cəmiyyət fərziyyələrindən sonra Ceki Ç...
5226cc6e049036d7
Ceki Çan
Ceki Çan isə "Yalnız Dünyadakı hər adamın etdiyi bir səhv etdiyini" qəbul edərək cavab verdi. Ancaq Elaayn doğma atası olmadan qızının çarəsinə baxmağa qərar verdiyini açıqladı. Ceki Çan isə həmin qız övladı qəbul etmir. Yaradıcılıq üslubu Çanın yaratdığı qəhrəmanlar müəyyən qədər Bryus Linin qəhrəmanları ilə müqayisəd...
b0b0f5245040f835
Ceki Çan
Onun tənbəl və yazıq görkəmli qəhrəmanları saf və səmimidirlər. Ancaq onlar özlərindən güclü olan və sadə adamları incidənlərə qarşı cəsarətlə ayağa qalxır və sonda onları məğlub edərək, haqq və ədalətin bərpasına nail olurlar. Çanın çəkdiyi və çəkildiyi filmlərdə, ümumiyyətlə, iki cəbhə var: yaxşılar və pislər. Ancaq ...
34f392e65524090b
Ceki Çan
Bununla əlaqədar İtaliya mətbuatına verdiyi müsahibəsində Çan deyib ki, əsas məqsədi özünün həm məşhur döyüş aktyoru, həm də kino müğənnisi olduğunu tamaşaçıya çatdırmaqdır Tryuklar ustası Çan, adətən, çəkildiyi filmlərdə ən təhlükəli tryukları özü ifa edib. Əksər hallarda, başqa aktyorların tryuklarını da cəsarətlə if...
ec32430ac1e42c1c
Ceki Çan
Buna görə dünyanın tanınmış sığorta şirkətləri Çana külli miqdarda pul ödəmək məcburiyyətində qalıb. Bu səbəbdən də onun adı sığorta şirkətləri tərəfindən qara siyahıya salınmışdı. Çanı tanıyan bəzi şirkətlər hətta onunla yeni sığorta müqaviləsi bağlamaqdan imtina edirdilər. Ən ağır zədəni isə 1986-cı ildə "Allahların ...
a90199dcd48b72fc
Ceki Çan
Buna baxmayaraq, Çan sonralar da təhlükəli tryukları yerinə yetirməkdə davam edirdi. Yalnız 2005-ci ildən etibarən o, təhlükəli tryuklardan imtina etdi. Dünyanın məşhur kino aktyorları kimi, Ceki Çanın da Honkonqdakı Ulduzlar avenyusunda, həmçinin Hollivudun Ulduzlar alleyasında və Moskvadakı köhnə Arbatda öz ulduzu va...
7784b2772794fd71
Ceki Çan
Opera məktəbində oxuyarkən isə Çanı müəllimi Yu Cim Yenin adı ilə Yuen Lo deyə çağırırdılar. 1976-cı ilə kimi tamaşaçılar arasında daha çox Çen Yuen Lun adı ilə tanınırdı. Avstraliyada yaşayarkən dostları ona inşaat meydançasında işləyən fəhlə Cekin adını verdilər və bu onun tərcümeyi halında əbədi qaldı. Yeri gəlmişkə...
8383ef87f51cd8b9
Ceki Çan
Çan həmçinin Yuan Lung Chan, Lung Chen, Long Cheng, Wellson Chin, Baseball Bat adları altında da kinolara çəkilib. Yüksək qonorar Çan çəkildiyi filmlərə görə kifayət qədər yüksək qonorar alıb. Məsələn, 1995-ci ildə çəkildiyi "Bronksda savaş" filminə görə 4 milyon, "Şanxayda gün yarı filminə" görə 5 milyon, 2001-ci ildə...
90655405e27fea7a
Ceki Çan
1984-cü ildən başlayaraq, o, 100-dən artıq mahnıdan ibarət 20 albom buraxdı. O, mahir aktyor olduğu kimi, həm də yaxşı müğənnidir. Çan həm Çin dilinin Kanton, həm də Mandarin ləhcələrində həmçinin ingilis və yapon dillərində mahnıları peşəkarcasına ifa edir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Çanın filmlərində səslən...
d64e293acc161039
Ceki Çan
Mən döyüş səhnəsi olmadan aktyor kimi rol oynaya bilmərəm. Ancaq mən həm də yaxşı kino müğənnisiyəm və bunu dəfələrlə müxtəlif kinolarda oxuduğum mahnılarımla sübut etmişəm", -deyir. Çan müğənni kimi 100-dən artıq ölkədə konsert verib və bu konsertlərdə salonlar ağzına kimi dolu olub. Düzdür, tanınmış musiqişünaslar Ça...
807254f650c089ce
Ceki Çan
Bununla belə, Çanın albomu musiqisevərlər tərəfindən həvəslə alınmaqdadır. Onun bəzi mahnılarını isə dünya şöhrətli sənətkarlar ifa ediblər və buna görə dəfələrlə alqışlanıblar. Bununla belə, yenə də insaf naminə demək lazımdır ki, o, tamaşaçılar arasında məşhur kino aktyoru kimi daha çox tanınır. Xeyriyyəçi Çan Kasıb ...
107a78a0f1f86e1e
Ceki Çan
Bu məqsədlə də həvəslə xeyriyyəçiliklə məşğul olur. Adətən, xeyriyyəçilik məqsədilə keçirilən bütün aksiyalarda həvəslə iştirak edən Çan bu məqsədlə yüz minlərlə dollar xərcləyib. Məsələn, 2004-cü ildə Hind okeanında baş verən sunami və yenə də həmin ildə Çindəki su daşqınlarından zərər çəkənlərə böyük həcmdə maliyyə y...
a17b547a2e7c8ede
Ceki Çan
O, öz çıxışı zamanı belə deyib: "Məqsədim ehtiyacı olan insanlara kömək etməkdir. Mən istəyirəm ki, dünyamı dəyişdiyim zaman bank hesabımda bir sent belə qalmasın". Son illərdə Ceki Çan çox az hallarda kinolara çəkilir, ancaq buna baxmayaraq, o yenə də dünyanın ən məşhur kino aktyorlarından biri olaraq qalmaqda davam e...
9ad469bc3c5877c6
Ceki Çan
Ceki Çan 12 noyabr 2016-cı ildə kinematoqrafiya sahəsində töhfələrinə görə "Oskar" mükafatına layiq görülüb. Təntənəli mükafatlandırma mərasimi Los-Ancelesdə keçirilib.. Filmoqrafiya Özü haqqında Həmçinin bax Jackie Chan, Jeff Yang. I Am Jackie Chan: My Life in Action. — Pan, 1999. Renee Witterstaetter.
f3a9007d85d409c9
Ceki Çan
Darren F., Long B. Hong Kong Babylon. An Insider Guide to the Hollywood of the East. — L., 1997. Xarici keçidlər Ceki Çan — IMDb səhifəsi Ceki Çanın bioqrafiyası Ceki Çanın Rəsmi Saytı (ing.) Ceki Çanın Yaradıcılığı Haqqında Məlumat Arxivləşdirilib 2012-02-03 at the Wayback Machine Ceki Çanın həyatı Arxivləşdirilib 201...
5153ccd583429ed0
Soyuq müharibə
Soyuq müharibə — Sosialist düşərgəsi ölkələri və Qərb bloku ölkələri arasında 1945–1990-cı illərdə qlobal səviyyədə geo-siyasi, iqtisadi və ideoloji mübarizə vəziyyəti. Bəzən İkinci dünya müharibəsinin davamı adlandırırlar. Dünyada iki bir-birinə əks olan ictimai quruluş — sosializm və kapitalizm qaldı. İkinci dünya mü...
081f64675957c7c1
Soyuq müharibə
Bunu başa düşən hər iki dövlətin elitası rəqibini ən qəddar addımlarda günahlandırır, öz ekspansionizmini ört-basdır etməyə çalışır. 1970-ci illərdə ABŞ beynəlxalq münasibətlərdə təmkinlilik göstərirdisə (Vyetnam sindromundan sonra), 80-ci illərdə liderlik uğrunda ənənvi mübrarizə üsullarına qayıtdı. İdeoloji sahədə SS...
4d92e2bb0439bc0a
Soyuq müharibə
Müttəfiqlər bütün Rusiyaya qarşı iqtisadi blokada ilə cavab verdilər. 1918-ci il martın əvvəlində Sovetlər, müharibəyə qarşı xalqın iyrənc dalğasını izlədi və Brest-Litovsk müqaviləsi ilə Almaniyanın sərt sülh şərtlərini qəbul etdi. Bəzi müttəfiqlərin nəzərinə görə, Rusiya indi Almaniyanın Qərb cəbhəsi üçün bir milyon ...
5c70a268eafbe673
Soyuq müharibə
Buna baxmayaraq, bolşeviklər bütün müxalifəti məğlub edərək Rusiyanı, eləcə də Ukrayna, Gürcüstan, Ermənistan və Azərbaycan kimi parçalanan vilayətləri tam nəzarətə götürdülər. Sovet Rusiyası beynəlxalq diplomatiyada təcrid olundu. Vladimir Lenin Sovet İttifaqının "düşmən kapitalist mühasirəsi" ilə əhatə olunduğunu bil...
858096f10a0b328b
Soyuq müharibə
Beləliklə, genişləndirilmiş ticarətin gözləntiləri gerçək olmadı. Tarixçilər Justus D. Doeneke və Mark A. Stoler qeyd edirlər ki, "Hər iki xalq tezliklə bu razılaşmaya gəldi." Ruzvelt Villiyam Bullitt-i 1933-cü ildən 1936-cı ilə qədər səfir təyin etdi. Bullitt Sovet-Amerika münasibətlərinə böyük ümidlərlə Moskvaya gəld...
80a9f9b057f19669
Soyuq müharibə
Təkcə Petroqradda "Qanlı bazar" gününün 12-ci ildönümü münasibətilə 9 yanvarda keçirilən tətildə 150 min adam iştirak etmişdi. Bütün bu etiraz çıxışları göstərirdi ki, Rusiyada artıq ümummilli böhran ən yüksək səviyyəsinə çatıb. Artıq çarizm ilə sazişə girməyə çalışan burjua dairələri də çarın və onun hökumətinin qətiy...
35a01614e612cac3
Soyuq müharibə
Tətil ümumsiyasi tətilə çevrildi. Bəzi yerlərdə polis ilə toqquşmalar da baş verdi. Bolşeviklər 1917-ci ilin noyabrında Rusiyada hakimiyyəti ələ keçirtdi. O zamanki vəziyyətə nəzər salsaq görərik ki, 1917-ci ildəki Antanta ittifaqında müharibənin sona qədər davam etdirilməsi ilə bağlı qərar qəbul olunmuşdu. Bu zaman Ru...
534104e7c390ec37
Soyuq müharibə
Bu sovet hakimiyyətinin ilk qərarı Sülh və Torpaq haqqında qanun olmuşdu. Bu qanunla bütün mülkədarların torpaqları müsadirə edilib kəndlilərə paylandı. Onun sosialist deyalarına əsasən fəhlə və kəndli cəmiyyətin əsas təbəqəsini təşkil edirdi. Varlı mülkədarlara isə xalq düşməni imici verilmişdi. II Dünya Müharibəsinin...
a3d84c2f638e8c57
Soyuq müharibə
"Münhen siyasəti" nəticəsində Mərkəzi Avropada vəziyyət kökündən dəyişdi. Almaniya strateji mövqeyini xeyli möhkəmləndirdi. Fransa və Böyük Britaniya isə beynəlxalq mövqelərini zəiflətdilər. Rusiya sərhədlərində də təcavüzkar bir Yaponiya ilə qarşılaşan Stalin istiqamətləri dəyişdirdi və Litvinovu Almaniya ilə daha yax...
7276158b84bd4ced
Soyuq müharibə
Müharibə illərində Birləşmiş Ştatlar Lend-Lizinq Proqramı vasitəsi ilə İngiltərə, Sovet İttifaqı və digər müttəfiq xalqları təmin etdi. Lakin, Stalin çox şübhəli olaraq qaldı və ingilislərin və amerikalıların Sovetlərin Almaniyaya qarşı apardığı mübarizənin baş verməsini təmin etmək üçün qəsd etdiklərinə inanırdı. Bu g...
5608a331f8545aa6
Soyuq müharibə
Krım konfransı adını almış bu konfransda qərara alındı ki, Almaniya danışıqsız təslim olmalı və ərazisi işğal edilməlidir. SSRİ, ABŞ və Böyük Britaniyadan başqa Fransaya da işğal zonası verilməlidir.Almaniyadan təzminat alınmasının vacibliyi də qeyd olundu. Belə ki, konfrans qərara aldı ki, Almaniya 20 milyard dollar t...
70d51e71161a5954
Soyuq müharibə
Sovet agentləri mediaya, xüsusən radioya nəzarəti ələ aldı, tez bir zamanda gənc qruplardan tutmuş məktəblərə, kilsələrə və rəqib siyasi partiyalara qədər bütün müstəqil vətəndaş institutlarına təcavüz etdilər və sonra qadağan etdilər.Ruzvelt və Çörçill arasındakı anlaşılmazlıq Sovetlər ilə bir neçə ayrı sövdələşməyə s...
d4c21a0f755d1991
Soyuq müharibə
Ölkənin paytaxtı Berlin də 4 zonaya bölündü. Konfransda Almaniyanın dövlət sərhədləri müəyyənləşdirildi. Almaniya öz ərazisinin 4/1-ni itirdi. Almaniyadan alınacaq təzminatın miqdarı 20 milyard $ müəyyən edildi. Onun 50%-i SSRİ-yə çatmalı idi. Bu konfransda ABŞ İngiltərəni atom bombası layihəsinə dəvət etdi, lakin Sove...
5f660a8c84d3cc4d
Soyuq müharibə
Əsas mahiyyəti Sovet İttifaqının dünya üzrə ifəallığının dayandırılmasıdır. Doktrina dünyanın siyasi-iqtisadi birliyinin təmin edilməsi vəzifəsini qarşıya qoyur. ABŞ prezidenti Trumenin müşayiəti ilə Vinston Çörçill 1946-cl il martın 5-də Fulton şəhərində Vestminster kollecində nitq söylədi. O, dünya dövlətlərini yeni ...
767a4cd21aced306
Soyuq müharibə
Trumenin Türkiyəyə yardımı SSRİ-nin Türk boğazlarına iddiası ilə bağlı idi. Hətta 1946-cı ildə Türk boğazları böhranı da baş verdi. Bu məsələdə ABŞ TÜrkiyənin tərəfini tutdu. Türkiyəni tərəfinə çəkmək üçün üçün 400 mln. dollar həcmində amerikan yardımı ayrıldı. Bu vəsait Yunanıstan və Türkiyənin ABŞ-nin müttəfiqinə çev...
03cf6bd5c472f2c7
Soyuq müharibə
Trumen doktrinası Qafqaza qədərki ərazini də əhatə edirdi. Bu doktrina regionda ABŞ maraqlarını qorudu.Trumen doktrinası diplomatiya və beynəlxalq münasibətlər tarixində yeni mərhələnin başlanğıcını qoydu. Bu mərhələ tezliklə — "soyuq müharibə" adlandırıldı. Dəmir Pərdə, İran, Türkiyə və Yunanıstan 1946-cı il fevralın ...
7d7c3d8d84c12c67
Soyuq müharibə
4 iyun 1945-ci ildə də bir teleqramla bu sözləri təkrarlamışdı. Amerikan mətbuatında ilk dəfə olaraq "dəmir pərdə" ifadəsinə rəy, 23 iyul 1945-ci il tarixində The New York Times qəzetində K. L. Sulzberger tərəfindən verilmiş məlumatda istifadə edilmişdi. O, termini xorvat siyasətçi Vladko Maçek tərəfindən işlədilərkən ...
508e776246dfe825
Soyuq müharibə
Marşall həm də Sovet İttifaqına, eləcə də onun Şərqi Avropadakı müttəfiqlərinə də yardım təklif etdi. Fəqət, Stalin bu proqramı bir fənd kimi qəbul edərək bu yardımdan boyun qaçırdı. Stalinin mənfi cavabı ola bilsin bu planın Konqresdə qəbul olunmağında həlledici əhəmiyyət daşıdı.Qeyd etmək lazımdır ki, Marşall planı a...
181c292f4818deb4
Soyuq müharibə
Avropanın bərpasından əlavə Marşall planı başqa bir Şuman planını da həyata keçirməyə imkan qazandırdı. Şuman planının nəticəsində öncə "Avroatom", "Kömür və polad birliyi" sonradan isə "Ümumi bazar" yaranmış oldu. Beləliklə, Şuman planı Avropanı inkişaf etdirərək sonradan onun iqtisadi-siyasi cəhətdən tərəqqisinə və b...
f87e0e06d7a8df22
Soyuq müharibə
Və əziyyət çəkən, iztirab içində çırpınan xalqların əhvalını başa düşmək bizlər üçün çətindir. Çoxumuzdan ötrü özgə dövlətlərdə yaşayanların fikrini-zikrini öz ölkələri, eləcə də dünya barədə niyyətlərini anlamaq mürəkkəbdir. Avropada insan itkisini, dağılan şəhərləri, fabrikləri, şaxtaları, dəmir yollarını bərpa etmək...
829bf0a3622b33db
Soyuq müharibə
Ölkələrin çoxunda yerli pul vahidinə inam demək olar ki, itib. Müharibə dövründə Avropanın işgüzar qurumları tamamilə məhv edilib. Saydıqlarımın bərpası həm də ona görə gecikir ki, müharibədən iki il keçmiş olsa da, Almaniya və Avstriya ilə sülh danışıqları başa çatdırılmayıb. Və əgər bütün bu mürəkkəb problemlərin həl...
6d09b69787d003e8
Soyuq müharibə
Maşın avadanlığı çatışmır, yaxud da yararsız haldadır. Fermer, kəndli satışda istədiyi malları tapmır. Beləliklə, onun öz məhsulunu satandan sonra qazandığı pul elə cibindəcə qalır, çünki istədiyi şeyi tapıb almaq mümkün deyil. Fermer belə təqdirdə məhsul əkib-becərdiyi tarlalara, sadəcə olaraq, əl gəzdirir onları mal-...
1708f9aa4eca3383
Soyuq müharibə
Belə bir vəziyyətə addımbaşı rast gəlirsən və bu vəziyyət heç də çıxış yolu sayıla bilməz. Məhsul dövriyyəsinə güvənən müasir əmək bölgü sistemi tamamilə dağılmaq ərəfəsindədir. Həqiqət burasındadır ki, son 3–4 il ərzində Avropanın əcnəbi mallarına, xüsusilə də Amerika məhsullarına tələbatı o dərəcədə artıb ki, tələbat...
74e43fc3e2e8e5fa
Soyuq müharibə
Siyasətimiz hər hansı bir ölkəyə, ya doktrinə qarşı yönəlməyib. Biz yalnız aclığa, yoxsulluğa və çarəsizliyə çarə tapmağa çalışırıq. Siyasətimiz dünya iqtisadiyyatının bərpasına xidmət göstərir, bu isə, öz növbəsində, demokratik institutların varlığını mümkün edir. Yardımımız heç cürə yarımçıq olmamalıdır, çünki biz ey...
11dac6facbd196b2
Soyuq müharibə
O razılıq mövcud şəraitə uyğun, həm də bizim dövlətin bu sahədə atdığı addımlara həmahəng səslənməlidir. Şübhəsiz ki, Avropa iqtisadiyyatını bərpa etmək barədə yalnız bizim hökumətimiz tərəfindən düşünülən proqram sərfəli, yeganə xeyirli proqram sayıla bilməz. Bu məsələ ilk növbədə avropalıların özlərinin işidir, yəni ...
798d29d13b9c12e8
Soyuq müharibə
Buna görə Stalin Şərq Bloku ölkələrinə Marşal Planı yardımı almağa mane oldu. Sovet İttifaqının Sovet subsidiyaları və mərkəzi və şərqi Avropa ilə ticarəti cəlb etdiyi Marşal Planına alternativ olaraq, Molotov Planı (daha sonra 1949-cu ilin yanvarında Qarşılıqlı İqtisadi Yardım Şurası olaraq təsis edildi) olaraq tanınd...
e0983cec4ddef2d8
Soyuq müharibə
Casusluq bütün dünyada baş verdi, lakin Berlin casusluq fəaliyyəti üçün ən vacib döyüş meydanı idi.Tarixçi Raymond L. Garthoffun, hər tərəfdən əldə etdiyi gizli məlumatların miqdarında və keyfiyyətində paritet olduğu qənaətinə gəlmək üçün o qədər gizli arxiv məlumatları yayıldı. Ancaq Sovetlər HUMINT (casusluq) və "bəz...
ffa20497cc4cf626
Soyuq müharibə
Bununla da dördtərəfli idarəçilik sisteminə son qoyuldu. 1948-ci ilin mayında Qərb dövlətləri Qərbi Berlindəki işğal zonalarını birləşdirməyə qərar verdilər və vahid pul vahidinin yaradılması ilə bağlı qərar qəbul etdilər. 20 iyun 1948-də köhnə reyxsmarka əvəzinə yeni marka tədavülə buraxıldı. İ. Stalinin etirazlarına ...
5834225333a17b9f
Soyuq müharibə
Az sonra isə yolların təmiri adı ilə demək olar ki qərbdən Berlinə qatarların gəlməsi dayandırıldı. Su yolları və avtomobil yolları bağlandı. Blokadada olan qərb qüvvələrinin ehtiyaclarının təmin etmək məqsədi ilə ABŞ hərbi qüvvələrinin təyyarəıləri vasitəsi ilə Qərbi Berlin ərzaqla təmin olunurdu. Məhz bu əməliyyat "h...
99007087fb02e593
Soyuq müharibə
Nəticələr effektiv şəkildə şəhərin keçmişini Şərq və Qərb versiyalarına böldü. 300.000 Berliner beynəlxalq hava gəmisini nümayiş etdirdi və davam etməyə çağırdı və ABŞ Hərbi Hava Qüvvələrinin pilotu Gail Halvorsen Alman uşaqlarına konfet təqdim edən "Əməliyyat Vittles" yaratdı. 1949-cu ilin mayında Stalin geri çəkildi ...
e3728bac2a6df392
Soyuq müharibə
Sovet İttifaqının həyata keçirdiyi Berlin böhranı 1948-ci ilin sentyabrında Qərbi Avropa Birliyinin müdafiə təşkilatının yaradılmasına səbəb oldu. Buna baxmayaraq, müttəfiq dövlətlər Sovet İttifaqının hərbi gücü qarşısında zəif mövqeyə sahib idi. Həmçinin, 1948-ci ildə kommunistlər tərəfindən Çexoslovakiyada həyata keç...
d2104d1b23191343
Soyuq müharibə
Təqribən 1300 standartlaşdırma razılaşması NATO-nun həyata keçirdiyi bir çox üsulu sistemləşdirdi. Bunun nəticəsi olaraq, 7,62×51mm NATO tüfəng kalibri 1950-ci illərdə bir çox NATO ölkəsində standart avtomat kalibri olaraq qəbul edildi. Təyyarə manevr işarələrinin standartlaşdırılması nəticəsində NATO təyyarələri bütün...
a1519264e0ace111
Soyuq müharibə
Bunun ardınca təşkil olunan digər böyük təlimlər arasında Aralıq dənizində həyata keçirilən "Qrand Slam" və "Lonqstep" təlimləri, Şimali İtaliyada "Italic Weld" adı altında həyata keçirilən hava-dəniz-quru təlimi, Mərkəz Ordu Qrupunun qatıldığı simulyasiya edilmiş "Monte Karlo" adlı hava-quru təlimi, ABŞ, Böyük Britani...
35b11efdcf8a51fd
Soyuq müharibə
Beləliklə, Soyuq müharibənin hər iki tərəfi bəlli oldu. 1957-ci ilin payızında şimalda NATO tərəfindən eyni vaxtda üç böyük təlim həyata keçirildi. Norveçdən Türkiyəyə qədər olan ərazidə 250.000 hərbçi, 300 gəmi və 1500 təyyarənin qatıldığı həmin təlimlər ittifaqın indiyə qədərki ən böyük təlimləri hesab edilir. ABŞ Ko...
7926df9189a38467
Soyuq müharibə
Yaponiya üzərində qələbədən sonra vətəndaş müharibəsi yenidən canlandı. Koreya müharibəsi Koreya yarımadasının Şimal və Cənuba bölünməsi. Bu iki ölkənin meydana gəlməsi 1945-ci ildə o zamana kimi tərkibində olduğu Yaponiyanın İkinci Dünya müharibəsində məğlubiyyəti nəticəsində baş verir. İkinci dünya müharibəsindən son...
7f39ab0b14640c39
Soyuq müharibə
1947-ci ilin mayında Cənubi Koreyanın Milli Məclisinə demokratik seçkilər keçirildi, keçid hökuməti yaradıldı. Cənubi Koreyada dövlət quruculuğu sahəsində ən mühüm tədbir 1948-ci ilin avqustunda Koreya respublikası yaradılmasının elan edilməsi oldu. Liberal partiyasının lideri Li Sın Man Koreya Respublikasının ilk prez...
f800dc5005fccca8
Soyuq müharibə
Təbiidir ki, belə bir vəziyyətin yaranması bir tərəfdən regionda iki supergücün — Sovet İttifaqı və ABŞ-nin üstünlük uğrunda mübarizəsindən irəli gəlirdisə, o biri tərəfdən qarşıdurmanın daha da kəskinləşməsinə, silahlı münaqişənin qaçılmaz olmasına zəmin olaraq qalırdı. Doğrudur, formal olaraq sovet qoşunları 1948-ci ...
13628c05f17a0864
Soyuq müharibə
Bu baxımdan 1990-cı ildə sovet mətbuatında Koreya müharibəsi dövründə KXDR baş qərargah rəisinin müavini olmuş, 1955–1956-cı illərdə SSRİ-də səfir işləmiş, siyasi motivlərə görə vətənə qayıtmaqdan imtina etmiş Li San Çanın dərc edilmiş məlumatı çox şeyi açıqlayır. Li San Çan bildirmişdir ki, müharibəni Şimali Koreya ba...
079463047b2e99f8
Soyuq müharibə
Danışıqların getdiyi dövrdə hərbi əməliyyatlar hələ də davam etdirilirdi. Nəhayət, sovet lideri İ. V. Stalinin 1953-cü ilin martında ölməsi, bunun ardınca ali siyasi hakimiyyət daxilində mübarizənin güclənməsi və kəskinləşməsi səbəbindən Sovet İttifaqı təqdim olunan şərtlərə razı oldu. 1953-cü ilin iyulunda Phanmuncom ...
a66193b714cc0a8b
Soyuq müharibə
1 mln-a yaxın çinli əsgər öldürüldü və şikəst edildi. BMT qoşunlarının itkisi 54 min nəfər olmuş, ölkənin iqtisadiyyatına güclü zərər dəymişdir. Böhran və kəskinləşmə (1953–1962) Xruşşov, Eyzenhauer və Antistalinizm 1953-cü ildə hər iki tərəfdəki siyasi rəhbərlikdəki dəyişikliklər Soyuq müharibənin dinamikasını dəyişdi...
3fee56373b4bcef8
Soyuq müharibə
1949-cu ilə qədər Şərq blokunda qarşılıqlı yardım müqavilələri şəbəkəsini yaratmış Sovetlər, 1955-ci ildə Varşava Paktı ilə rəsmi bir ittifaq qurdu. NATO-ya qarşı çıxdı.Macarıstan Xalq Respublikasına və onun Sovetlərdən asılı siyasət yürütməsinə qarşı baş vermiş, 1956-cı ilin 23 oktyabrından 10 noyabrına qədər davam ed...
6839364636a0c044
Soyuq müharibə
Bu, inqilabın növbəti mərhələsinin başlanğıcı mənasına gəlirdi. Xəbərlər yayıldıqca paytaxtda iğtişaşlar və şiddət daha da artaraq pik həddə çatırdı. Üsyan sürətlə yayıldı və hökumət parçalandı. Minlərlə insan milis dəstələrində birləşərək DMT (Dövlət Mühafizə Təşkilatı) və Sovet qoşunları ilə vuruşurdu. Üsyan zamanı z...
d92fd89316dd07bf
Soyuq müharibə
İKP MK Siyasi Bürosu daha sonra fikrini dəyişdi və inqilabı sıxışdırmağa başladı. Noyabrın 4-də çoxsaylı Sovet qüvvələri Budapeşti və ölkənin digər ərazilərini işğal etdi. Macarların müqaviməti 10 noyabra qədər davam etdi. Münaqişədə 2500-dən çox macar və 700-dən çox Sovet əsgəri həlak oldu, 200000-ə yaxın macar isə qa...
69ce3888ac35668b
Soyuq müharibə
Müqavilə Albaniya, Almaniya Demokratik Respublikası, Bolqarıstan, Çexoslovakiya, Macarıstan, Polşa, Rumıniya və SSRİ arasında imzalanmış və 5 iyun 1955-ci ildə qüvvəyə minmişdir. Əslində Varşava Müqaviləsi əvvəllər SSRİ ilə Çexoslovakiya (1943), Polşa (1945), Bolqarıstan, Macarıstan ve Rumıniya (1948) arasında imzalanm...
e15cd2a060eebf2a
Soyuq müharibə
Amerika hərbi quruluşu Kennedinin xarici siyasətində Amerikanın Sovet İttifaqı ilə qarşıdurmaları üstünlük təşkil edirdi, bu da proxy müsabiqələri ilə özünü büruzə verdi. Truman və Eisenhower kimi, Kennedi də kommunizmin yayılmasını dayandırmaq üçün mühasirəni dəstəklədi. Prezident Eisenhower-in "Yeni Görünüş" siyasəti...
d81154fa23a9ae52
Soyuq müharibə
Kennedi açılış nitqində azadlığın müdafiəsində "hər hansı bir yük daşıyacağına" söz verdi və dəfələrlə hərbi xərclərin artırılmasını və yeni silah sistemlərinin icazə verilməsini istədi. 1961-ci ildən 1964-cü ilə qədər nüvə silahlarının sayı 50 faiz artdı və onları çatdıracaq B-52 bombardmançı sayı da artdı. Yeni ICBM ...
465f35c1c5767fb6
Soyuq müharibə
Hər iki tərəf nüfuz qazanmaq üçün silah-sursat satırdılar. Kreml imperial güclər tərəfindən davam edən ərazi itkilərini onların ideologiyasının son qələbəsini qorumaq kimi görürdü. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindən (CIA) neytral və ya düşmən olan Üçüncü Dünya hökumətlərini məhv etmək və müttəfiqlərini dəstəkləmək üçün ...
5e98e6af8d5f43b9
Soyuq müharibə
1958-ci ilin fevralında Mərkəzi Sumatera (Polkovnik Əhməd Hüseyni) və Şimali Sulavesi (Polkovnik Ventje Sumual) arasındakı müxalif hərbi komandirlər Sukarno rejimini devirmək məqsədi ilə İndoneziya Respublikası-Permesta Hərəkatının İnqilab Hökumətini elan etdilər. Bunlara kommunist Partai Komunis İndoneziya partiyasını...
e42f6b18c31a48f9
Soyuq müharibə
Çinlilər Sovetlərdən də üstün olmaq üçün amerikalılarla münasibətləri yaxşılaşdırmağa çalışdılar.1972-ci ilin fevralında Nikson Çin ilə təəccüblü bir yaxınlaşma əldə etdi, Pekinə getdi və Mao Zedong və Zhou Enlai ilə görüşdü. Bu zaman SSRİ ABŞ ilə kobud nüvə paritetinə nail oldu; Bu vaxt, Vyetnam müharibəsi Amerikanın ...
1ef40de5adc343ed
Soyuq müharibə
1961-ci il, aprelin 12-də SSRİ-də "Vostok" gəmisi ilə Yuri Qaqarin yerətrafı orbitə göndərildi. Beləliklə, SSRİ dünyada kosmosa ilk insan göndərən dövlət oldu və bu məsələdə ABŞ-yə texniki və ideoloji zərbə endirdi. Amerika buna 23 gündən sonra cavab verə bildi. ABŞ astronavtı Alan Şepard "Freedom-7" kosmik gəmisi ilə ...
701f1b0100579202
Soyuq müharibə
1966–68-ci illərdə SSRİ-nin kosmosa göndərdiyi kosmik gəmilərin bəziləri qəzaya uğradı. Bundan sonra kosmosda ağalıq etmək uğrunda mübarizədə ABŞ tədricən üstünlüyü ələ almağa başladı. 1969-cu il iyulun 21-də ABŞ-nin Ay proqramı çərçivəsində "Apollon-11" kosmik gəmisi uğurla Ay səthinə ilk astronavtları, Nil Armstronq ...
41c9b3cec955190f
Soyuq müharibə
Cavan ali təhsilli kubalılar diktatura ilə barışmaq istəmirdilər. Onların içərisində (Fidel Kastro və onun qardaşı Raul Kastro) Kastro qardaşları ortodoks partiyasının üzvləri idilər. Kastro qardaşları Ortodoks partiyasının diktataturayla mübarizə aparacağnı düşünürdülər, amma ortodoks partiyasının qətiyətsizliyi nətic...
c4e935b6b9bd4a69
Soyuq müharibə
Məhkəmədə bütün inqlabçılara ağır cəza verirlər.Kastro hüqüqşünasdan imtina edir və məhkəmədə özü özünü müdafiə edir. Məhkəmədə Fidel Kastro özünün tanınmış sözünü deyir "Tarix mənə bəraət qazandıracaq!". Məhkəmənin qərarına görə Fidel 15 il müddətinə azadlıqdan məhrum olunur. Daha sonra Batista milləti sakitləşdirmək ...
6d3a58d9abaf0ff1
Soyuq müharibə
Belə-ki Kuba dan kənarda 62 qrup fəaliyyət göstərirdi bular əsasən ABŞ Mərkəzi Amerika, Karib dənizinin yaxınlığında yerləşən dövlətlərdə Silah və pul yığımı ilə məşğul olurdular həm də orada yaşayanalra inqilabın məqsədi səbəbləri haqqında danışılırdı. 1 yanvar 1959-cu ildə İnqilabçı ordusu Santyaqoya daxil oldular di...
ab0403da98c5e3e0
Soyuq müharibə
Kastronun o dövrdəki zəifliyindən faydalanmaq istəyən Kennedi idarəçiliyi və CİA, rejimə qarşı olan maraqlı planı ilə Kastroyu hakimiyyətdən salmaq istədi. Domuzlar Körfəzi Çikartması olaraq tanınan bu plan 1961-ci il aprelin 17-də üsyan qaldıran 1500 qədər Amerikan Kubalısı, Kuba ordusu və rejimə sahib çıxan xalq tərə...
4231fb19e4dd0179
Soyuq müharibə
Əslində nüvə başlıqlarının dəqiq yerini Amerikalılara Sovet gizli mərkəzindən Albay Oleg Penkovskinin verdiyi bilinir. U-2 bunları sonradan müəyyən edir. Kennedi həmin gün ayın 16-da xəbərdar edilir, kriz o vaxtdan başlanır. "ABŞ-də seçki mübarizəsinin gücləndiyi dövrdə 1962-ci il oktyabrın 16-sı günü o dövrün Müdafiə ...
4e29fae86be1b986
Soyuq müharibə
Nato üzvləri, daha doğrusu NATO-nun Avropa qanadı belə böyük bir böhranda (hətta onları təhlükəyə atan vəziyyət olsa da) fikirlərinin nəzərə alınmayacağını, ABŞ-nin təkbaşına hərəkət edəcəyini başa düşmüşlərdi. SSRi-də Xruşşov məsuliyyətsizlikdə günahlandırmaqla iqtidardan salındı. Bu böhran o dövrdəki 2 qütblü dünya d...
0d8e1635035c5582
Soyuq müharibə
Cenevrədə keçirilən növbəti sülh danışıqlarında Vyetnam 17-ci paralel boyunca iki hissəyə bölündü (Şimalda Ho, Cənubda Bao hakimiyyətdə olmaqla) və birləşmə barədə 1956-cı ildə keçirilmək üzrə ümumxalq səsverməsi çağrıldı. 1955-ci ildə isə güclü anti-kommunist görüşlərə malik Ngo Dinh Diem Baonu hakimiyyətdən salaraq V...
0b967210358df367
Soyuq müharibə
Leninizm kapitalizmlə. Çıxış zamanı Brejnev bəyan etdi: Sosializmə düşmən olan qüvvələr bəzi sosialist ölkələrinin inkişafını kapitalizmə yönəltməyə çalışdıqda, bu, nəinki ölkənin, həm də bütün sosialist ölkələrinin ümumi probleminə və narahatlığına çevrilir. Doktrina, kökü Qərbi Almaniyanın və Qərbi Avropanın çiçəklən...
0ae11e502eb1aad4
Soyuq müharibə
Çin-Amerika yaxınlaşması Sino-Sovet parçalanması nəticəsində Çin-Sovet sərhədi boyunca gərginlik 1969-cu ildə ən yüksək həddə çatdı və Birləşmiş Ştatlar Prezidenti Riçard Nikson Soyuq Müharibədə güc tarazlığını Qərbə doğru dəyişdirmək üçün münaqişədən istifadə etmək qərarına gəldi. Çinlilər Sovetlərdən də üstün olmaq ü...
c72be144c1688b3a
Soyuq müharibə
1972–1974-cü illər arasında tərəflər iqtisadi əlaqələrini, o cümlədən ticarətin artırılmasına dair müqavilələri də möhkəmləndirmək barədə razılığa gəldilər. Görüşlərinin nəticəsi olaraq, Dentente Soyuq Müharibənin düşmənçiliyini əvəz edəcək və iki ölkə qarşılıqlı yaşayacaqlar.Bu inkişaflar, Qərbi Almaniyanın kansleri W...
a6c89f64c29ea91a
Soyuq müharibə
1970-ci illərin sonu münasibətlərin pisləşməsi 1970-ci illərdə Yuri Andropovun rəhbərlik etdiyi KQB Sovet rəhbərliyini sərt şəkildə tənqid edən Aleksandr Soljenitsın və Andrey Saxarov kimi görkəmli sovet şəxsiyyətlərini təqib etməyə davam etdi.Üst dünyada, xüsusilə Yaxın Şərq, Çili, Efiopiya və Anqoladakı siyasi böhran...
ff7aaf3d7ab705fd
Soyuq müharibə
Bu çıxışlar Pakistan, həmçinin ABŞ da daxil olmaqla, bir sıra qərb ölkələri tərəfindən dəstəklənirdi. Belə bir məqamda Əfqanıstandakı dayaqlarını itirməmək üçün SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi bu ölkəyə qoşun yeritmək qərarı verdi. Beynəlxalq ictimaiyyat Sovet qoşunlarının Əfqanıstana təcavüzünü olduqca kəski...
4b9a055807c5cf24
Soyuq müharibə
Sovet qoşunlarının Əfqanıstana yeridilməsi o zamankı rəhbərliyin, xüsusən Sovet İKP MK-nın Baş Katibi L. İ. Brejnevin çox böyük siyasi səhvi idi. Sonralar bu səhv ciddi şəkildə pislənildi. SSRİ ilə hesablaşmayan və Əfqanıstanın işğalı ilə razılaşmayan ABŞ Konqresi 1980-ci ilin aprel ayında Əfqanıstan müxalifətinə birba...
16b64927a12de10d
Soyuq müharibə
Bu da etnik, tayfa va siyasi qrupların silahlı mübarizəsinə arxalanan təməlçi islamçı, millətçi cərəyanların mövqelərinin kəskin surətdə güclənməsinə səbəb olmuşdu. Vəziyyəti sabitləşdirmək, vətəndaş müharibəsini dayandırmaq, xarici müdaxiləyə son qoymaq üçün ƏXDP "Əfqanıstanda milli barışıq haqqında" bəyannamə qəbul e...
11cb8066fa64b691
Soyuq müharibə
SSRİ və ABŞ sazişin yerinə yetirilməsinin təminatçısı kimi çıxış etdilər. 1988-ci ilin mayında Sovet qoşunlarının mərhələ-mərhələ Əfqanıstandan çıxarılmasına başlandı. 1989-cu il fevralın 15-də qoşunların çıxarılması başa çatdı. Milli barışığa nail olmaq üçün ƏXDP-nin adı dayişdirilib Vətən partiyası adlandırıldı. Reyq...
0a3267ba3d844744
Soyuq müharibə
Həm Reyqan, həm də İngiltərənin yeni Baş naziri Marqaret Tetçer Sovet İttifaqını və onun ideologiyasını pislədi. Reyqan Sovet İttifaqını "pis bir imperiya" etiketlədi və Tetçer Sovetləri "dünya hökmranlığına əyilmiş" kimi təqdim edərkən, kommunizmin "tarixin kül yuvasında" qalacağını proqnozlaşdırdı. 1982-ci ildə Reyqa...
4965b4dadae19e7d
Soyuq müharibə
Polşa Həmrəyliyi hərəkatı və döyüş hüququ II Papa Con Paul, anti-kommunizm üçün bir mənəvi diqqət verdi; 1979-cu ildə doğma Polşaya səfər, müxalifəti süqut edən və iki il sonra onun sui-qəsd cəhdinə səbəb ola bilən Həmrəylik hərəkatına əsaslanan bir dini və millətçi bir canlanma yaratdı. hərbi vəziyyət dövrü tətbiq etm...
fa465390393befbd
Soyuq müharibə
Məsələn, Fars Körfəzi müharibəsi Sovet İttifaqının ən çox yayılmış əsas döyüş tankı olan T-72'nin zireh, yanğın idarəetmə sistemləri və atəş bölgəsinin Amerikan M1 Abrams'dan kəskin dərəcədə aşağı olduğunu göstərdi, lakin SSRİ demək olar ki, üç dəfə sahil aldı. ABŞ-nin M1-lərini yerləşdirdikləri üçün çox sayda T-72 laz...
d11e388fc9fca36c
Soyuq müharibə
Komanda iqtisadiyyatı ilə bağlı problemlər, neftin qiyməti azalır və böyük hərbi xərclər tədricən Sovet iqtisadiyyatını durğunluğa gətirdi. 1 sentyabr 1983-cü ildə Sovet İttifaqı, Reyqanın "qırğın" kimi xarakterizə etdiyi bir hərəkətdə oturan konqresmen Larry McDonald daxil olmaqla, 269 nəfərlik Boeing 747, Koreyanın H...
2831d5996197a4c0
Soyuq müharibə
Reyqan rəhbərliyinin Qvatemala Vətəndaş Müharibəsi dövründə Qvatemala hərbi hökumətini, xüsusən Efraín Ríos Montt rejimini dəstəkləməsi də mübahisəli idi. Bu vaxt Sovetlər öz xarici müdaxilələri üçün yüksək xərc çəkdilər. Brejnev 1979-cu ildə Sovet İttifaqının Əfqanıstandakı müharibəsinin qısa olacağına inansa da, ABŞ,...
98dd2b59e1f72802
Soyuq müharibə
Son illər (1985–1991) Qorbaçovun islahatları Nisbətən gənc olan Mixail Qorbaçov 1985-ci ildə Baş katib olanda, sovet iqtisadiyyatı durğun idi və 1980-ci illərdə neftin qiymətinin aşağı düşməsi nəticəsində xarici valyuta qazancının kəskin azalması ilə üzləşmişdi. Bu məsələlər Qorbaçovu xəstə dövləti canlandırmaq üçün tə...