id int64 43k 1.05M | date stringlengths 16 16 | category stringclasses 47
values | title stringlengths 1 19.1k ⌀ | text stringlengths 13 518k ⌀ |
|---|---|---|---|---|
43,000 | 16.11.2008 06:25 | Dünya | OBAMA MÜSƏLMAN OLDUĞUNU ETİRAF EDİB? | “İnternethaber.com” saytının xəbərinə görə, “renegeat” kod adını Obama özü seçib. Amerika xüsusi xidmət orqanlarının qaydalarına görə, yüksək səlahiyyətli şəxslərin radiodanışıqlar zamanı istifadə olunan kod adları olur və bu adlar onların özləri tərəfindən seçilir. Bu dəfə də Məxfi Xidmət Obamaya özü və ailə üzvləri ü... |
43,004 | 16.11.2008 08:29 | Astrologiya | ULDUZ FALI | QOÇ - Bir neçə istiqamətdə əlverişli sövdələşmədə iştirak edəcəyinizə ümid bağlayın. Öz fikirlərinizdə qətiyyətli olsanız, gələcək perspektivlərinizə daha da yaxınlaşa biləcəksiniz. BUĞA - Fərdi fəaliyyət zəminində əsaslı dönüş yaratmağa tələsin. Ulduzlar müdafiənizdə durduğundan şanslarınız daha da artacaq. Kiminsə ya... |
43,009 | 16.11.2008 06:56 | İdman | GEDE BAXIŞA ÇAĞIRDIĞI OYUNÇULARI BƏYƏNMƏDİ | Klubdan verilən məlumata görə, alman mütəxəssis məşqlərdə və ikitərəfli oyunlarda sınaqdan keçirdiyi 3 oyunçunun heç birini bəyənməyib, buna görə də onlar geri göndərilib. |
43,041 | 17.11.2008 09:34 | Ölkə | BAKIDA ÇÖRƏK UCUZLAŞDI | Qeyd edək ki, ucuzlaşma prosesi cənub bölgəsində də baş verib. Lənkəranda isə vəziyyət bir qədər fərqlidir. Burada çörəyin qiyməti aşağı düşməsə də, çəkisi bir qədər artırılıb. Xatırladaq ki, unun qiymətinin aşağı düşməsi bir sıra bölgələrdə çörəyin satışına təsir göstərib. Belə ki, əksər bölgələrdə əhali çörəyin ev şə... |
43,001 | 16.11.2008 07:26 | İqtisadiyyat | DOLLAR MANATA NİSBƏTƏN MÖHKƏMLƏNİR | Dünyanın ən böyük investisiya banklarından olan UBS-in hesabına görə, dollar həm avro, həm də digər valyutalarla, o cümlədən Azərbaycan manatı ilə müqayisədə bundan sonra da bahalaşmaqda davam edəcək. Bank ekspertlərinin fikrincə, dolların son dövrlər kursunun bahalaşması dünya iqtisadiyyatının zəifləməsinin göstəricis... |
43,002 | 16.11.2008 07:28 | İqtisadiyyat | İNKİŞAF, YOXSA TRANSFERT BÜDCƏSİ? | 2009-cu ilin büdcəsinin daha bir xarekterik xüsusiyyəti büdcə ilə bağlı büdcə zərfində təqdim olunan məlumatların sayının az olmasıdır. Eyni zamanda yaşayış minimumu, ehtiyac meyarı, istehlak səbətinin dəyəri büdcədə simvolik rəqəmlərlə ifadə edilib. Bundan əlavə, etirazlara baxamayaraq sənəddə Azərbaycanın başlıca gəl... |
43,003 | 16.11.2008 07:18 | Mədəniyyət | SABİR RÜSTƏMXANLININ YENİ ŞERLƏRİ | TONQAL BAŞINDATonqal iyi verirsən!" - bir gözəlin sözüydü.Tüstülü saçlarımı qarışdırıb gülürdü.Bilmirdi tonqal iyi mənim saçımdan deyil,Köksümdə tüstülənən ürəyimdən gəlirdi! Gözlərimin önündə tüstülənən kitablar,Nəsiminin, Sabirin ruhunda tonqal iyi!Haqqımı istəyəndə dilimə damğa basanAdımı yasaq edən qorxumda tonqal ... |
43,005 | 16.11.2008 08:36 | Kriminal | AVTOBUS 82 YAŞLI QOCANI VURUB | *** Dünən saat 00.25 radələrində Buzovna qəsəbəsində Bakı şəhər sakini Mircavid Seyidov “İnfiniti” markalı avtomaşını idarə edərkən onu maneəyə vurub. DİN-in mətbuat xidməti xəbər verir ki, nəticədə M.Seyidov hadisə yerində ölüb, xəsarət almış sərnişini Eldar Əliyev isə xəstəxanaya yerləşdirilib. *** Həmin gün saat 18.... |
43,006 | 16.11.2008 07:51 | İdman | ŞAHMATÇILARIMIZ BİRİNCİ YERDƏ GEDİR | Fikrət Sideyifzadənin rəhbərlik etdiyi kişi yığmamız ardıcıl ikinci qələbəsini Slovakiya üzərində qazanıb - 3:1. Komandamızın lideri Teymur Rəcəbovun (2752) Sergey Movsesyanla (2732), dördüncü lövhədə oynayan Rauf Məmmədovun (2631) isə Peter Vavrakla (2478) görüşündə heç-heçə qeydə alınıb. Şəhriyar Məmmədyarov (2731) L... |
43,007 | 16.11.2008 07:51 | İdman | FUTBOL DÜNYASININ ƏN VARLI ADAMLARI | Maraqlıdır ki, Ukrayna “Şaxtyor”unun prezidenti Rinat Axmetovun adı ilk “onluq”da da yoxdur. Halbuki o bu ilin iyununda 31,1 milyard dollarlıq varidatla Avropanın ən zəngin şəxsi seçilmişdi. Axmetov 7,3 milyard dollarlıq varidatla bu dəfə siyahının ikinci “onluğ”unda qərarlaşıb.“Forbes”in tərtib etdiyi siyahıda ilk “on... |
43,008 | 16.11.2008 07:54 | İdman | ZİKONUN KOMANDASI ÖZBƏKİSTAN ÇEMPİONU OLDU | Beləliklə, “Fənərbaxça”nın sabiq çalışdırıcısı sentyabrda təhvil aldığı “Bunyodkor” klubu ilə oktyabrın 31-də qazandığı Özbəkistan kubokunun ardınca ölkə çempionluğunu da qazanaraq mövsümü qızıl dublla başa vurub.Bu arada Özbəkistan mətbuatının yazdığına görə, İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Me... |
43,010 | 17.11.2008 07:20 | Gündəm | LABA VASİF TALIBOVA QALİB GƏLDİ | Hansısa yollarla (bəzi versiyalara görə, “Laba” Pekin olimpiadasında prezident İlham Əliyevlə görüşə bilib; özünün və qardaşının başına gələnlərlə bağlı ona ətraflı məlumat verib) dövlət başçısı ilə əlaqə yarada bilən Mübariz Pənahov nəticədə qardaşını və sərvətini Vasif Talıbovun əlindən qurtara bilib: “Prezident məsə... |
43,012 | 17.11.2008 07:20 | Yazarlar | MEYXANA VƏ AŞ PA | Şeyx sonra da ötkəm səslə, qürurla, inamla, ilhamla dedi ki, bu iş davam etdirilməlidir, qoy bütün dünya ictimaiyyəti meyxana sayəsində mədəniyyətimizin necə yüksək səviyyədə olduğunu görsün, bizim bir xalq kimi necə böyük olduğumuzu bilsin, dünyanı fəth etməyə qadir meyxana sənətimizə aşiq olsun və s. vacib işləri gör... |
43,013 | 17.11.2008 07:22 | Gündəm | XALQ HƏRƏKATININ BAŞLANMASINDAN 20 İL KEÇDİ | İki il öncəyə qədər 17 noyabr qeyri-iş günü olaraq dövlət səviyyəsində bayram edilirdi. Bunları xatırlatmaqla 1988-ci ilin 17 noyabr hadisəsinin Azərbaycan üçün necə yüksək əhəmiyyət kəsb etdiyini vurğulamaq istədik. 17 noyabrda başlanan mitinqin əsas təşkilatçısı olmuş və bu gün çoxlarının Mərkəzi Seçki Komissiyasının... |
43,014 | 17.11.2008 10:41 | Gündəm | KÜVEYT ŞEYXDƏN PUL İSTƏYİR | Mənbənin dediyinə görə, “Əbu Bəkr”in tikintisinə çəkilən xərclərdən savayı, dini vəqf tərəfindən Azərbaycanda bir sıra şəxslərə 3 milyon dollara yaxın rüşvət verilib. Çox maraqlıdır ki, elə bu günlərdə hörmətli Şeyx məhz bu məqamla bağlı açıqlama verib. Sitat: “”Əbu Bəkr" adı ilə tanınan və “Cümə” məscidinin hüquqi sah... |
43,015 | 17.11.2008 07:41 | Yazarlar | “QƏFƏS” REALİTİ-ŞOUSU | Rəşid Həsənovun oğlu üstəgəl keçmiş ədliyyə naziri Sədabə Həsənovanın qardaşı oğludur. Bu cavan 5-6 il qabaq, yəqin ki, hamıya ləzzətlə deyərdi: “Bibim ədliyyə naziridir”. O ədliyyə, o ədalət ki, Südabə Həsənova onun bir hərfini də tanımırdı. “Demokratiyanı beşiyində boğmaq lazımdır”. Südabə Həsənovanın, ədliyyə naziri... |
43,016 | 17.11.2008 08:01 | Yazarlar | REGİONUN “BURUQ USTASI” | Bu hədənin üç qaynağı ola bilər, ya Putinlə Saakaşvilininin arasında şəxsi namus davası var, ya rusiyalı baş nazirin gürcü prezidentə nifrəti siyasi səbəblərdən bu dərəcədə yoğunlayıb, yaxud da o sözü deyərkən Volodya, sadəcə, dəm olub. O vaxt Amerikanın prezidenti ata Corc Buş da Səddam Hüseyni asmaq fikrindəydi. Amma... |
43,017 | 17.11.2008 09:05 | Ölkə | HEYDƏR BABAYEVİN ÖLKƏNİ TƏRK ETDİYİ XƏBƏRİ YAYILDI | Lakin Heydər Babayevin səfir göndərilmək xahişi nəzərə alınmayıb. Hakimiyyətdən onun xahişinə heç bir cavab verilməyib. Bundan sonra sabiq nazirdə artıq hakimiyyətin ona etimad göstərməyəcəyi qənaəti yaranıb və o, ölkəni tərk etməyi ən doğru yol seçib. Məlumatda həmçinin deyilir ki, Heydər Babayev Azərbaycandan birbaşa... |
43,018 | 17.11.2008 07:05 | Yazarlar | SƏN DƏ BİZİM MƏHƏLLƏDƏNSƏN... | Düzü, belə cavab gözləmirdim (niyəsini bir azdan yazacam), ona görə təkrar dəqiqləşmə aparma zərurəti hiss edərək, “ancaq dostunuzumu, Çingiz bəy?” deyə soruşmuşdum. Gözəl ağa gözəl idi, vurdu bir çiban da çıxardı... Çingiz bəy “kruq”u bir az da genişləndirərək “lap həyət, məhlə yoldaşım olsun. Görünür, bu mənim pis xa... |
43,019 | 17.11.2008 07:18 | Yazarlar | GET, GEDE, GET! | Gede “Neftçi”yə gələndən bəri öz sərt alman sifətini yalnız çağırışçılardan ibarət olan, indi də elə “Neftçi” ilə turnir cədvəlinin zirzəmisində hərlənən ordu futbolçularına - OMİK-ə göstərib. İki kubok, bir çempionat oyununda onlara qalib gəlib.Srağagün isə Bakıda Yevlaxın “Karvan”ına uduzan “Neftçi”nin başbilənləri h... |
43,020 | 17.11.2008 07:19 | Gündəm | HƏMSƏDRLƏRİN DAĞLIQ QARABAĞ SƏRGÜZƏŞTLƏRİ | Xəbər verildiyi kimi həmsədrlərin regiona səfərləri noyabrın 13-də Bakıdan başlayıb. Onlar xarici işlər naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşlərdən sonra İrəvana gediblər. İrəvanda vasitəçilərlə xarici işlər naziri Edvard Nalbəndyan arasında görüş olub. Daha sonra onlar Xankəndinə yola düşüblər.Rus... |
43,021 | 17.11.2008 07:29 | Gündəm | RUSİYANIN ARDINCA... | Əslində, bu gün də Rusiyanı Vladimir Putin idarə edir. Medvedyev, sadəcə, Putinin siyasi mövcudluğunun qorunub saxlanılması üçün prezident kürsüsündə oturdulub. Ehtimallara görə, yeni qanun qüvvəyə mindikdən sonra gələn il Medvedyev istefa verəcək və Putin yenidən dövlət başçısı seçilərək 12 il də ölkəyə rəhbərlik etmə... |
43,022 | 17.11.2008 10:03 | Yazarlar | İKİ TÜRMƏ | Tiflisdə kirayədə qaldığım evin pəncərəsindən Kürün füsunkar mənzərəsinə tamaşa etməkdən doymurdum. Balkona çıxıb doyunca Kürlə dərdləşirdim, heç kimə demədiyimi ona etibar edirdim. Mənimlə hər gün həmsöhbət olan sular sabah ürəyim qalan yerdən axıb keçəcəkdi. Oradan “Sınıq körpü”yə qədər cəmi 30 kilometr vardı. Özümü ... |
43,023 | 17.11.2008 10:21 | Kriminal | QADININ RƏHBƏRLİK ETDİYİ DƏLƏDUZ DƏSTƏSİ TUTULDU | Yenə də dəqiqləşdirilməmiş məlumata görə, “Kosmos-Qalaktika” adlanan şirkətin Esmira isimli sahibəsi özünü vətəndaşlara müxtəlif adlarla təqdim edib və təxminən 500 nəfəri aldadaraq pullarını mənimsəyib. Bu məqsədlə mütəşəkkil bir dəstə də yaradan və əksəriyyət insanlara özünü Sevda Xəlilova kimi təqdim edən həmin xanı... |
43,025 | 17.11.2008 10:31 | Gündəm | OBAMANIN İNAUQURASİYASINA AZƏRBAYCANDAN KİMLƏR QATILACAQ? | Qeyd edək ki, Amerika prezidentlərinin inauqurasiyasına adətən xaricdən rəsmən dəvətlər edilmir. Lakin mərasimə şəxsi təşəbbüsü ilə qatılmaq istəyən xarici dövlət başçıları, o cümlədən siyasi liderlərə iştirak üçün şərait yaradılır. Azərbaycan prezidenti İlham Əliyevin Barak Obamanın inauqurasiya mərasimində iştirak ed... |
43,026 | 17.11.2008 10:41 | Media | “QƏNİMƏT HƏFTƏSİ” YEKUNLAŞDI | Dünən yekunlaşması nəzərdə tutulan həftənin nəticələri ilə bağlı təşkilatın həmsədri Anar Niftəliyevlə danışdıq. Müsahibimiz bildirdi ki, dünən müsabiqə təxminən yekunlaşıb. Bir neçə müəllif həbsdəki baş redaktorla bağlı eyni gündə məqalə ilə çıxış edib və bu, Q.Zahid həftəsinə qatılanların sayını artırıb. Onun sözləri... |
43,029 | 17.11.2008 10:04 | Ölkə | GƏMİQAYIRMA ZAVODU BALACA SEXDƏ “YERLƏŞDİRİLİB” | Belə ki, hərbi hissəsiz qalan hərbçilər zavodu zəbt etməklə problemi “həll” etmiş olublar. Zavod zəbt edildikdən sonra isə 364 nəfər işsiz qalmaq təhlükəsilə üzləşib. Baş verən qanunsuzluqla barışmayan zavod kollektivi kütləvi etiraz aksiyaları keçirəcəklərini bəyan ediblər. Dünən əmək kollektivi ilə əlaqə saxlayıb son... |
43,031 | 17.11.2008 09:06 | Gündəm | MEDVEDEV OBAMA İLƏ MÜNASİBƏT QURMAĞA ÜMİD EDİR | Medvedyev Qərb çevrələrində onun hakimiyyətdə formal fiqur olduğu, real hakimiyyətin isə baş nazir Vladimir Putinlə onun nəzarət etdiyi parlamentdə olması haqda şübhələrə toxunaraq deyib ki, Rusiyada hakimiyyət prezidentin əlindədir. Onun bildirdiyinə görə, Konstitusiya prezidentin parlamentdən çox hakimiyyət səlahiyyə... |
43,049 | 17.11.2008 09:40 | İdman | RƏCƏBOV UDUZMAQLA YIĞMAMIZI ÇƏTİN VƏZİYYƏTƏ SALDI | Komandamız Qədir Hüseynovun qələbəsi sayəsində rüsvayçılıqdan qurtulub. Kişilərdən ibarət komandamız hazırda 5 xalla 10-cu yerdədir.Qadınlarımız isə 4 xalla 25-ci pillədə qərarlaşıb. 4-cü turda kişi komandamız ABŞ-la, xanımlarımız isə Almaniyanın ikinci komandası ilə mübarizəyə çıxacaq. Qeyd edək ki, 11 turdan ibarət y... |
43,054 | 18.11.2008 07:42 | Kriminal | AXTARIŞDA OLAN İŞ ADAMI TUTULDU | İlkin araşdırmalar zamanı onun bizneslə məşğul olduğu müəyyənləşib. Faktla bağlı araşdırmalar davam etdirilir. |
43,441 | 25.11.2008 02:37 | Gündəm | İLHAM ƏLİYEV İTALİYAYA GEDİR | Səfər çərçivəsində ikitərəfli sənədlərin imzalanacağı gözlənilir. |
43,027 | 17.11.2008 10:50 | Müsahibə | “MİTİNQ ÜÇÜN DARIXMIŞAM” | Təkcə ölkədə yox, elə onun həyatında da. Ancaq dəyişməyən bir şey varsa, o da özü demişkən, meydan sevgisi, meydan məhəbbətidir. Millət vəkili, xalq şairi, VHP və DAK sədri Sabir Rüstəmxanlıdır həmsöhbətimiz. “O tribuna bizimdir” Azadlıq meydanındakı tribunanın qapısını qıfıllamışdılar. Bu səbəbdən yarım metrlik səddin... |
43,028 | 17.11.2008 11:01 | Müsahibə | “İLK DƏFƏ 16 YAŞIMDA ERMƏNİ ÖLDÜRMÜŞƏM” | Həyatlarının böyük hissəsini, gəncliklərini vətənlərinə sərf edən, min bir əzaba qatlaşan, lakin haqq bildikləri yoldan çəkinməyən bu qəhrəmanlar çox zaman arxa planda olurlar. Onlardan, təmənnasız olaraq millətə xidmət edən gənclərdən biri də Kənan Hacıəkbəroğludur. Tanınmayan qəhrəmanımızın doğrudan da çox kəşməkəşli... |
43,030 | 17.11.2008 07:06 | Dünya | DÜNYA MALİYYƏ DÜZƏNİ DƏYİŞİR | Sammitdə qəbul edilən qərara görə risklərə meylli olan investisiya fondlarının və bankların fəaliyyətləri dövlət tərəfindən ciddi nəzarətə alınacaq. Ümumiyyətlə, bundan sonra heç bir maliyyə institutu dövlətin nəzarəti olmadan fəaliyyət göstərə bilməyəcək. Həmçinin fəaliyyət planı Beynəlxalq Valyuta Fondunun və Avropa ... |
43,032 | 17.11.2008 10:16 | Yaşam | “XƏRÇƏNGİN TAM MÜALİCƏSİNDƏN DANIŞMAQ TEZDİR” | Tibb elmləri doktoru, professor Adil Qeybulla isə xərçəng geninin müəyyənləşdirilməsini elmi nailiyyət saysa da, bunun tezliklə xəstəliyin kökünün kəsilməsinə gətirəcəyi ilə bağlı fikirləri bölüşmür: “İş ondadır ki, bədxassəli şişlərin geninin müəyyən olunması indiyədək həllini tapmayıb. Xərçəng bədxassəli şişlərin bir... |
43,033 | 17.11.2008 08:21 | Yazarlar | ARMUD KİMİ ŞİRİN AZADLIQ | Hərdən adama elə gəlir ki, o hərəkat da olmayıb, o adamlar da, o meydan da, heç ermənilərin kəsmək istədiyi o tək armud ağacı da. Azadlıq da armud kimiymiş, yedik - qurtardı...20 il əvvəl başqa Azərbaycan vardı. Ruhu və insanları ilə, meydanı və əzmkarlığı ilə fərqli bir Azərbaycan. Yalanı yoxdur, o meydanda da Azərbay... |
43,034 | 17.11.2008 08:24 | Ölkə | “SEÇKİ QURTARDI, PROBLEMLƏR İSƏ YERİNDƏ QALIR” | Digər tərəfdən, təmirə dayanmış magistral yollarda işlər başa çatdırılmayıb. Hökumət hələ ilin əvvəlindən sərnişindaşınmada vəziyyətin yaxşılaşdırılacağını, xəttə yeni avtobuslar buraxılacağını vəd etsə də, bu sahədə də ciddi dəyişikliklər yoxdur. Havalar bir qədər yağmurlu keçən kimi Bakıda avtobus qıtlığı yaranır, av... |
43,035 | 17.11.2008 09:25 | Dünya | MEDVEDEV OBAMA İLƏ MÜNASİBƏT QURMAĞA ÜMİD EDİR | Medvedyev Qərb çevrələrində onun hakimiyyətdə formal fiqur olduğu, real hakimiyyətin isə baş nazir Vladimir Putinlə onun nəzarət etdiyi parlamentdə olması haqda şübhələrə toxunaraq deyib ki, Rusiyada hakimiyyət prezidentin əlindədir. Onun bildirdiyinə görə, Konstitusiya prezidentin parlamentdən çox hakimiyyət səlahiyyə... |
43,036 | 17.11.2008 09:25 | Media | “ÖZÜMDƏ YENİ TELEKANAL AÇMAĞA GÜC HİSS EDİRƏM” | Son bir il ərzində çoxlu sayda yeni təşkilatlarla əməkdaşlıq etdiklərini deyən V.Mahirqızı xeyli layihələr həyata keçirdiklərini və analitik materiallarının sayını artırdıqlarını da vurğulayıb. Baş redaktor həmçinin agentlik əməkdaşlarının məvacibini iki dəfə artırmalarını da son bir ildəki irəliləmə kimi vurğulayıb. M... |
43,037 | 17.11.2008 09:27 | Media | 10 SAYLI HƏBSXANA “CƏNNƏT”dir? | Maraqlıdı, hər iki həbsxana arasındakı fərq bu qədərmi böyükdür? Hüquq müdafiəçiləri keçirdikləri monitorinqdə və apardıqları araşdırmada bu fərqi görüblərmi? Hüquq müdafiəçisi Çingiz Qənizadə bildirdi ki, hazırda 14 saylı cəzaçəkmə müəssisəsində yoxlama aparılır. Mirzə Sakitlə bağlı baş verən təxribatdan sonra başlana... |
43,038 | 17.11.2008 09:30 | Media | XANIM JURNALİSTİ İĞTİŞAŞ SALMAQDA İTTİHAM EDİRLƏR | Qulaminin hansı ittihamla həbs olunduğu bəlli deyil. İki ay əvvəl Təbriz İnqilab Məhkəməsinin 1-ci Şöbəsi Qulamiyə dövlət quruluşuna qarşı təbliğat ittihamı ilə 6 ay həbs cəzası vermişdi. Qulami hökmdən apellyasiya şikayəti verib. Hökmün qüvvəyə minməsi üçün ona apellyasiya məhkəməsində baxış başa çatmalıdır. Bunları “... |
43,039 | 17.11.2008 09:28 | Ölkə | BƏRDƏ SEL ALTINDA QALA BİLƏR | Xatırladaq ki, artıq iki aydır ki Sərsəng su anbarını lildən təmizləyən ermənilər bu müddət ərzində bəzi hallarda çaya normadan artıq su buraxır.Bərdə Rayon Fövqəladə Hallar Komissiyasının yaydığı məlumatda isə bildirilir ki, ötən gün bu hədd saniyədə 40 kubmetr olub. Nəticədə çay Bərdə şəhərinin girişində sahilin 15 m... |
43,040 | 17.11.2008 08:28 | Ölkə | ŞİMAL SƏRHƏDİNDƏ DƏHŞƏTLİ TIXAC YARANIB | Bu arada Xaçmaz Gömrük İdarəsi Samur Gömrük Keçid Məntəqəsinin rəisi Hüseyn Məsimov anspress-ə bildirib ki, Rusiya tərəfinin piyada keçidini bağlaması qonşu ölkənin keçid məntəqəsində kompüter sistemində yaranmış texniki problemlərlə bağlıdır. Hələlik Azərbaycandan Rusiyaya keçmək istəyən piyadalar və minik avtomobillə... |
43,042 | 17.11.2008 09:35 | Gündəm | QAFQAZ HAQDA MİSİLSİZ KİTAB | Burada qırxadək öyrənilməsi müsibətli dərəcədə çətin olan dil danışılır. Üstəlik ən çətini budur ki, bu pərakəndə insanların pərakəndə də tarixləri var. Onlardan yalnız ikisi, gürcülər və ermənilər - bəziləri bura azəriləri də aid edə bilərlər - tarixi yazılacaq dərəcədə dövlətçilik tarixinə malik olub”. Bu sözləri “Th... |
43,043 | 17.11.2008 07:33 | Ölkə | LÖKBATANDAKI “BİNƏ” BAZARI MÜBAHİSƏSİ BİTMİR | Lakin bu bazarda ticarətlə məşğul olan sahibkarlardan biri dünən redaksiyamıza zəng vuraraq K.Məmmədovanın düz danışmadığını, yarmarkanın heç də tam hazır olmadığını deyib. Onun sözlərinə görə, televiziyalarda göstərilən kadrlar bazarın cüzi bir hissəsini əhatə edir: “Yerdə qalan hissələrində isə vəziyyət bərbaddır. He... |
43,044 | 17.11.2008 09:31 | Kriminal | BAYKER AVTOQƏZADA ÖLDÜ | MOSKVADA AZƏRBAYCANLILARIN İŞTİRAKI İLƏ KÜTLƏVİ DAVAMoskvanın Poteşnaya küçəsində P.B.Qanuşkin adına 4 saylı Ruhi-Əsəb Dispanserinin həyətində dava düşüb. Yerli sakinlər arasında azərbaycanlıların da olduğu dispanseri təmir edən fəhlələr arasında gecə saat 2 radələrində baş vermiş toqquşmada 12 nəfər müxtəlif dərəcəli ... |
43,045 | 17.11.2008 09:36 | Ölkə | ALİMLƏRİN BİNASI YENİDƏN EKSPERTİZADAN KEÇİRİLİR | Buna baxmayaraq dünən bir daha sözügedən mövzuya qayıtmaq qərarına gəldik və işin nə yerdə olması ilə maraqlandıq. Məlum oldu ki, artıq iki gündür Belarus Memarlıq və İnşaat Nazirliyinin mütəxəssislərindən ibarət komissiya alimlərin yaşadığı binada yoxlamalara başlayıb. Mütəxəssislərin dövlət tərəfindən dəvət olunduğun... |
43,046 | 17.11.2008 09:38 | Ölkə | XƏZƏRİN SAHİLİNİ “DİASPOR NAZİRİ”nin QARDAŞI ZƏBT EDİB | Dəniz sahilini zəbt edən şəxslər isə dəniz sahilini torpaqla doldurub və ərazidə şəxsi limanlar inşa ediblər. Əməkdaşlarımız adıçəkilən ərazidə olarkən dəniz sahilini əslən Naxçıvandan olan Hacı İbrahim adlı şəxs tərəfindən satıldığını öyrəniblər. Məqalə dərc ediləndən sonra redaksiyamıza çoxsaylı oxucu zəngləri daxil ... |
43,047 | 17.11.2008 10:39 | Astrologiya | ULDUZ FALI | QOÇ - Yaxşı olar ki, bu ərəfəni dini ayinlərə həsr edəsiniz. Əgər vaxtınızın çoxunu İlahiyə dualar etməklə başa vursanız, bunun savabı daha çox olacaq. Sevindirici hadisələr də gözlənilir. BUĞA - Bu qədər dözmüsünüz, bir az da səbr edin. Nəzərə alın ki, bu bayram günü sizə böyük sürprizlər vəd edir. Amma ulduzlar daha ... |
43,048 | 17.11.2008 09:40 | Yaşam | UÇAN EVLƏR... | Putinin muzey təyyarəsi... Rusiyanın keçmiş prezidenti, indiki baş nazir Vladimir Putinin İl-96-300 PU təyyarəsini İngiltərənin Diamonite Aircraft Furnishirngs kompaniyası hazırlayıb. Bu təyyarə barədə sözügedən şirkət tərəfindən birbaşa məlumat almaq mümkün deyil, çünki dövlət sirri sayılır. Yalnız müxtəlif mənbələri ... |
43,050 | 18.11.2008 07:32 | Astrologiya | ULDUZ FALI | QOÇ - Olduqca məhsuldar gündür. Üzərinizə düşən çoxsaylı vəzifələrdən qorxmayın. Əksinə, əzmkarlığınızı artırmaqla nəzərdə tutduğunuz işlərin həllini sürətləndirin. Səfərə çıxmayın. BUĞA - Son vaxtlar Göy qübbəsi əsəblərinizin qaydasında olmadığını göstərir. Bunu nəzərə alıb sakit bir guşəyə çəkilin. Ulduzlar bunun üçü... |
43,051 | 18.11.2008 07:59 | Gündəm | MÜĞƏNNİ RÖYA HƏBS EDİLƏ BİLƏR | Xatırladaq ki, adıçəkilən məhkəmədə səslənən ittiham aktına görə, narkodəstəyə Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamlının oğlu Mahir Mirsalamlı ilə Əzizbəyov rayonunun keçmiş prokuroru Rəşid Həsənovun (Ali Məhkəmənin keçmiş sədri Südabə Həsənovanın qardaşı-red.) oğlu Yalçın Həsənov və xalq artisti İlhamə Quliy... |
43,052 | 18.11.2008 07:40 | Ölkə | PROKUROR ÖVLADLARINI MTN-də DÖYÜBLƏR? | “Həyətdə mənə 7-8 nəfər tanımadığım şəxslər hücum etdi. Onlar məni döyürdülər. Bunu qonşularımız da gördü. Başıma ”meşok" keçirib MTN-in istintaq təcridxanasına apardılar. Orada da məni döydülər. Bu yolla məndən istədikləri ifadələri aldılar". Yalçın Həsənov isə həbs olunarkən ona bir yumruq zərbəsi vurulduğunu, bundan... |
43,053 | 18.11.2008 07:42 | Siyasət | MÜSAVAT DİVANININ TOPLANTISI OLUB | Divan bu yaxınlarda Bakıda keçirilmiş Enerji Sammitinə münasibət bildirib. Qeyd olunub ki, neft və qaz boru kəmərləri təkcə iqtisadi deyil, eyni zamanda ciddi strateji siyasi əhəmiyyətə malikdir. Odur ki, bu sammitdə “Nabukko”, Odessa-Brodı və digər neft və qaz kəmərləri layihələrinin dəstəklənməsi ölkəmizin həm iqtisa... |
43,055 | 18.11.2008 08:02 | Gündəm | RAMİL SƏFƏROV AZƏRBAYCANA EKSTRADİSİYA OLUNA BİLƏR | Kinq Qents Ramil Səfərovun Azərbaycana verilməsi barədə məsələ qaldırılsa, onun Macarıstanda ciddi şəkildə müzakirə olunacağını vurğulayıb. Xarici işlər naziri qeyd edib ki, Səfərov vətəninə qaytarılsa, onun cəzasını çəkməkdə davam edib etməyəcəyi ilə bağlı ciddi şübhələr mövcuddur. |
43,056 | 18.11.2008 08:02 | Media | “MEDİA SAHƏSİNDƏ PLÜRALİZM OLMALIDIR” | O, Avropada belə bir təcrübə varmı" sualını belə cavablandırıb: “Belə bir Avropa standartı yoxdur ki, əcnəbinin radiostansiya açmasına və tezlik əldə etməsinə mane olsun. Bizim mövqeyimiz budur ki, media sahəsində plüralizmin olması vacibdir. Bu, azad mətbuat tarixi qısa olan ölkələrdə daha mühümdür. Belə bir vəziyyətd... |
43,057 | 18.11.2008 07:03 | Mədəniyyət | ZEYNƏB XANLAROVANIN ANSAMBLINDA QALMAQAL | A.İsrafilov onu da deyib ki, bu addımı atmasının başqa səbəbləri də var: “Mən bu problemlərin nədən ibarət olduğunu açıqlamayacağm. Sadəcə, onu bildirirəm ki, artıq o ansamblda çalışmıram. Problemlərin nədən ibarət olduğunu ansamblın üzvlərindən soruşsanız, deyərlər. Ansambldan ayrılmağımın əsl səbəbini heç həyat yolda... |
43,058 | 18.11.2008 08:04 | Ölkə | BAKIYA QAR YAĞACAQMI? | Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Quba ərazi Hidrometeorologiya İdarəsi yaydığı məlumatda bildirib ki, rayonun Xaltan, Xınalıq və Qırız kəndlərində qar daha intensiv xarakter alıb və -6-7 dərəcə şaxta qeydə alınıb. Həmin vaxt Azərbaycanın dağlıq və dağətəyi rayonlarında yağan yağışları sulu qar əvəz edib... |
43,059 | 18.11.2008 07:10 | Gündəm | SAAKAŞVİLİDƏN AZƏRBAYCANLA BAĞLI SENSASİON AÇIQLAMA | Onun sözlərinə əsasən, Rusiya Azərbaycan üzərinə nəhəng təzyiqlər edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün öz sülhməramlı qüvvələrini bu ölkədə yerləşdirmək istəyir. Xəbərdə deyilir ki, Rusiya-Gürcüstan münaqişəsindən sonra Moskva kəskin şəkildə özünün Azərbaycan-Ermənistan münaqişəsindəki vasitəçilik səylərini ... |
43,060 | 18.11.2008 07:13 | Gündəm | BAKI SAMMİTİNİN YENİ DETALLARI ÜZƏ ÇIXIR | Diplomatik mənbələrdən bunu qəzetə belə izah ediblər ki, Azərbaycan rəhbərliyi Moskvanın Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda göstərdiyi təzyiqlərə görə sammitdə Rusiyanı qıcıqlandıracaq qərarların qəbulunu istəmir. Bu baxımdan sammitin yekun bəyannaməsinin mətni ümumi məzmunlu ifadələrlə hazırlanıb. Beləliklə... |
Azerbaijani News Dataset
Description
This dataset contains news from https://musavat.com/ in Azerbaijani language. It was created in 2024 and contains 753k news (approximately 11 million sentences).
Format
The dataset is provided in comma-separated values (CSV) format. Each article is represented on a new line with the following fields separated by commas:
id: news unique id
date: news date
category: news category
title: news title
text: news text
License
Copyright of the content belongs to https://musavat.com/ resource. Citation is mandatory when using information. When you use information from this site link to the relevant required.
The dataset is licensed under the Creative Commons Attribution-NonCommercial 4.0 International license. This license allows you to freely share and redistribute the dataset with attribution to the source but prohibits commercial use.
Contact information
If you have any questions or suggestions, please contact us at [v.resad.89@gmail.com].
- Downloads last month
- 6