Dataset Viewer
Auto-converted to Parquet Duplicate
book_name
stringclasses
7 values
book_page
int64
1
583
page_context
stringlengths
9
4.74k
Azerbaycan_tarixi_cild_1
1
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI A.BAKIXANOV ADINA TARİX İNSTİTUTU AZƏRBAYCAN TARİXİ ən qədimdən bizim eranın III əsri YEDDİ CİLDDƏ I CİLD BAKI – 2007
Azerbaycan_tarixi_cild_1
2
Bu kitab "Azərbaycan tarixi. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1998) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır Məsul redaktor: Iqrar Əliyev Akademik ISBN 978-9952-448-36-8 947. 5402-dc22 Tarix – Azərbaycan Azərbaycan tarixi. Yeddi cilddə. I cild (Ən qədimdən - b.e. III əsri). Bakı. "Elm". 2007. 520 səh. + 40 səh. illü...
Azerbaycan_tarixi_cild_1
3
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun kollektivi ötən əsrin 70-ci illərindən başlayaraq Elmlər Akademiyası Rəyasət Heyətinin təsdiq etdiyi Baş Redaksiya Şurasının rəhbərliyi altında yeddicildlik "Azərbaycan tarixi" üzərində işləməyə başladı. Artıq 1990-cı ildə iki cildi istisna olmaqla, bütün cildlərin...
Azerbaycan_tarixi_cild_1
4
Azərbaycan yer üzünün ən qədim mədəniyyət mərkəzlərindən biridir. Onun ərazisinin sakinləri minilliklər ərzində yaratdıqları zəngin mədəni irs qoyub getmişlər. Bu irs müxtəlif tarixi qaynaqlar – maddi və yazılı abidələr əsasında öyrənilir. Maddi abidələrin öyrənilməsi ilə arxeologiya məşğul olur. Torpaq özündə bu abidə...
Azerbaycan_tarixi_cild_1
5
Bölgənin qədim onomastikası (etnotoponimika və antroponimikası) ən qədim tarixi problemlər dairəsinin ayrı-ayrı tərəflərini başa düşmək üçün müəyyən informasiya verə bilər. Lakin bizdə bu istiqamətdə tədqiqatlar aparılmamışdır. Son zamanlar Azərbaycan ərazisində aşkara çıxarılmış və artıq elmi dövriyyəyə daxil edilmiş ...
Azerbaycan_tarixi_cild_1
6
Cənubi Azərbaycan ərazisində aşkara çıxarılmış Urartu kitabələri xüsusən Urmiyanın hövzə vilayətlərinin yaşayış məntəqələrinin yerini müəyyənləşdirmək üçün mühüm əhəmiyyətə malikdir. Babil qaynaqları içərisində e.ə. VII əsrin son rübünün hadisələrini işıqlandırmağa imkan verən məşhur "Kedd xronikası"nın adını çəkmək la...
Azerbaycan_tarixi_cild_1
7
olmadığından xalq ənənələrindən istifadə edərək, tarixi əsasən bu ənənələrin işığında göründüyü şəkildə söyləyirdi. "Persika"da döyüşkən Cənubi Azərbaycan tayfası kadusilər haqqında ən qədim məlumat vardır. Ola bilsin ki, əsərdə Kaspiananın da adı çəkilirmiş. E.ə. V-IV əsrlər müəllifi Ksenofontda da bəzi tarixi məlumat...
Azerbaycan_tarixi_cild_1
8
Roma müdaxiləsi dövrü albanları haqqında bəzi məlumatlar verir, madalılar və kadusilərin adlarını çəkir. Tit Livinin müasiri latın müəllifi Pompey Troqun əsəri "Filippin tarixi" bizim dövrümüzə qısa şərh şəklində - II və ya III əsrdə yaşamış Yustinin epitoması vasitəsilə gəlib çatmışdır. Pompey Troq əksər hissəsi bizə ...
Azerbaycan_tarixi_cild_1
9
"Yəhudi müharibəsi haqqında" və "Yəhudi asari-ətiqələri" əsərlərində öz əksini tapmışdır. Təxminən 37-ci ildə doğulmuş və təxminən 95-ci ildə vəfat etmiş Flavi məşhur kahin nəslinə mənsub olmuş, 63-cü ildən Romada yaşamışdır. Flavinin əsəri orijinal deyildir, onun məlumatlarının çoxu Bibliya və yunan müəlliflərindən gö...
Azerbaycan_tarixi_cild_1
10
atropatenalıların Roma müdaxiləsinə qarşı mübarizəsini işıqlandıran məlumatları bizim üçün xüsusilə maraqlıdır. II-V əsrlər müəllifləri Eli Qordian, Flor, Dionisi Perieget, Yuli Solin, Elian, Ammian Marsellin, Eli Spartian, Orozi, Bizanslı Stefan və b. əsərlərində Atropatena və Albaniya haqqında bir sıra mühüm məlumatl...
Azerbaycan_tarixi_cild_1
11
XIX əsrin son otuzilliyindən başlayaraq Şimali Azərbaycan ərazisində ilk epizodik arxeoloji qazıntılar aparılmağa başlanmışdır. Onlar E.A.Ressler tərəfindən başlanmış, sonralar J. de Morqan, Q.O.Rozendor, V.A.Skinder və b. tərəfindən davam etdirilmişdir. Azərbaycanın, o cümlədən Qafqaz Albaniyasının qədim tarixinin öyr...
Azerbaycan_tarixi_cild_1
12
Azərbaycan tarixi sahəsində tədqiqat işi lap əvvəldən özünün fərqli xüsusiyyətlərinə malik idi. Uzaq keçmiş və ilkin orta əsrlərin yerli yazılı qaynaqlarının demək olar ki, olmaması üzündən bu başlanğıc dövründə Azərbaycanın qədim tarixi sahəsində bütün axtarışlar sırf arxeoloji istiqamət daşıyırdı. Artıq ilk böyük arx...
Azerbaycan_tarixi_cild_1
13
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin bazasında Azərbaycan MİK yanında Azərbaycan Dövlət Elmi-Tədqiqat institutu (ADETİ) yaradıldı. V.V.Bartold, N.Y.Marr, İ.İ.Meşşaninov, M.N.Pokrovski, A.N.Samoyloviç, A.O.Makovelski, A.R.Zifeld, A.Saar və b. görkəmli rus alimlərinin əməyi ADETİ-nin Tarix şöbəsinin işinə müsbət tə...
Azerbaycan_tarixi_cild_1
14
aparmış, elə həmin ildə İran Arxeologiya İdarəsi xırda qazıntılar aparmağa cəhd göstərmişdi. Diyarın qədim tarixinin öyrənilməsi üçün Aşşur (Assuriya) kitabələrinin 1926-1927-ci illərdə amerikalı D.D.Lakenbill tərəfindən toplu nəşri və Urartu kitabələrinin 1956-1957-ci illərdə Avstriya alimi F.Köniq tərəfindən hazırlan...
Azerbaycan_tarixi_cild_1
15
Respublikada arxeoloji tədqiqatların genişləndirilməsi ilə əlaqədar 50-ci illərin əvvəllərində görkəmli rus alimləri A.A.İessen, S.N.Zamyatnin, V.V.Bunak və b. Bakıya dəvət olunurlar. Onlar yerli kadrlar sırasından mütəxəssislər hazırlanması işinin təşkilində səmərəli fəaliyyət göstərdilər. Respublikanın arxeoloji cəhə...
Azerbaycan_tarixi_cild_1
16
etməyə əsas verir ki, Azərbaycan, ola bilsin ki, bəşəriyyətin ən qədim, ilk vətəninin hüdudları daxilində olmuşdur. Bir sıra səmərəli materiallar seriyası ilə zəngin olan Tağlar kompleksi arxeoloqlarımıza yerli Mustye mədəniyyəti (Orta Paleolit) inkişafının lokal xüsusiyyətlərini aşkara çıxarmaq və uzun bir dövr ərzind...
Azerbaycan_tarixi_cild_1
17
düzgün mənzərəsini təsəvvür etməyə, Şərqi Zaqafqaziya sakinlərinin Şimali Qafqaz tayfaları ilə, Zaqafqaziya və Qədim Şərqin həmsərhəd ölkələri ilə əlaqələrini aşkara çıxarmağa imkan yaradan çox zəngin materiallar vermişdir. Üzərliktəpədə, Qaraköpəktəpədə, Qobustanda, Şəki rayonunun kurqanlarında və b. yerlərdə aşkara ç...
Azerbaycan_tarixi_cild_1
18
Mada cəmiyyəti tarixinin ilkin konsepsiyasının verilməsinə, Mada dövlətinin yarandığı dövrdəki tarixi şəraitin göstərilməsinə cəhd edilmişdir. Müəllif ictimai münasibətlərə xüsusi diqqət yetirir, sülalə tarixini bərpa etməyə cəhd göstərir, madalıların Aşşur (Assuriya) dövləti ilə mübarizəsinə böyük yer verir, madalılar...
Azerbaycan_tarixi_cild_1
19
s. haqqında mühakimə yürütmək imkanı verir. Həsənlidə üzərində mifoloji təsvirlər olan, barəsində çox yazılmış məşhur cam da tapılmışdır. Marlik və Kalurazdakı qazıntılar, habelə Amlaşdakı təsadüfi tapıntılar maraqlı materiallar vermişdir. Marlikdəki qədim qəbiristanlıq 1961-1962-ci illərdə E.O.Negahbanın rəhbərliyi al...
Azerbaycan_tarixi_cild_1
20
İ.H.Əliyev və b. son iyirmi-otuz ildə nəşr olunmuş tədqiqatları bizim mövzunun ayrı-ayrı aspektləri üçün müstəsna əhəmiyyətə malikdir. Görkəmli rus iranşünası M.M.Dyakonovun qələminə məxsus olan "Qədim İran tarixinin oçerki"ndə bizi maraqlandıran süjetlər üzrə qiymətli məlumatlar səpələnmişdir. 1970-ci ildə E.A.Qrantov...
Azerbaycan_tarixi_cild_1
21
Təəssüf ki, bu çox maraqlı, qiymətli və yeni fikirlərlə dolu olan, ən görkəmli alimlər tərəfindən yaradılmış əsaslı tədqiqat əsərində Manna şahlığının tarixi üçün yer tapılmamışdır. Hərçənd ki, Urartuya kifayət olduğundan da artıq yer verilmişdir. "Xüsusi olaraq Albaniya şahlığına ayrılmış yarım səhifə təəssüf doğurur....
Azerbaycan_tarixi_cild_1
22
ibtidai təsvirçilik və faktlara aludəçilik xasdır. Ədalət naminə qeyd etməmək olmaz ki, artıq 50-60-cı illərin əsərləri daha çox tədqiqat xarakteri daşıyır və tənqidi təhlildən uzaq deyildir. İran müəlliflərinin əsərlərinin böyük bir hissəsinin ən mühüm nöqsanı onların paniranist xarakter daşımasıdır. Bu əsərlərin müəl...
Azerbaycan_tarixi_cild_1
23
Albanşünaslıq problemlərinin öyrənilməsi ilə Z.İ.Yampolski məşğul olurdu. Hazırda K.H.Əliyev bu işi müvəffəqiyyətlə davam etdirir. Z.İ.Yampolski "Qədim Albaniya" monoqrafiyasında məbəd təsərrüfatına, hierodullara (məbəd qullarına), habelə Albaniya və Atropatenanın siyasi tarixinə, etnogenez problemlərinə və s. diqqət y...
Azerbaycan_tarixi_cild_1
24
Xalqın etnogenezi, onun mənşəyi müasir tarix elmində həqiqətən də mürəkkəb, çətin həll edilən problemlərdəndir. Lakin qeyd etməliyik ki, bir sıra qeyri-müəyyənliklərə, çətinliklərə baxmayaraq, Azərbaycan xalqının etnogenezi konsepsiyası müəyyən dərəcədə, ümumi şəkildə tarix elmimizdə işlənmiş və özünün inikasını sanbal...
Azerbaycan_tarixi_cild_1
25
Mada tarixinin sosial-iqtisadi, siyasi, mədəni və etnik problemləri Madanın Azərbaycan tarixində rolu və əhəmiyyəti ətraflı surətdə nəzərdən keçirilir. 1989-cu ildə İ.Əliyevin "Atropatena tarixinin oçerki" çap olunur. Arxeoloqlarımız və qədim tarixçilərimizin əvvəlki illərdə qazandıqları uğurlar bütün nəzərdə tutulmuş ...
Azerbaycan_tarixi_cild_1
26
izləri qoyub getmiş uzaq əcdadlarımız tərəfindən tədricən mənimsənilirdi. İnkişaf mərhələləri təxminən 1,5 milyon il bundan əvvəl başlanmış Quruçay çaydaşı mədəniyyətinin meydana gəlməsi bunu sübut edən dəlillərdən biridir. Arxeoloqlarımızın axtarışları, Azərbaycan ərazisində aşkara çıxarılmış müxtəlif maddi abidələrin...
Azerbaycan_tarixi_cild_1
27
Açıq səma altında özünəməxsus şəkil qalereyası olan Qobustan qayaüstü təsvirləri kompleksi mezolit, neolit və sonrakı dövrlər incəsənətinin görkəmli abidəsidir. Qobustan zonasında aparılan qazıntılar bölgədə mezolit-neolit dövrünü daha yaxşı təsəvvür etməyə imkan verir. E.ə. VI minilliyin ortalarına yaxın Azərbaycan və...
Azerbaycan_tarixi_cild_1
28
Üçüncü bölmə - "Azərbaycan ərazisində ilk dövlətlər" adlanır. Burada müxtəlif yazılı qaynaqlardan istifadə edilmişdir. Bu dövr tarixinin öyrənilməsində mühüm rol həm də arxeoloji materiallara məxsusdur. Bölmədə ilkin siyasi birləşmələrin taleyi nəzərdən keçirilir. Bütöv bir fəsil bu bölgədə ilk böyük dövlətin - Manna d...
Azerbaycan_tarixi_cild_1
29
İnstitutun böyük bir qrup tarixçi və arxeoloqlarının vətənimizin ən qədim tarixi məsələləri üzrə kollektiv tədqiqatının nəticəsi olan bu cild metodoloji cəhətdən elm klassiklərinin əsərlərinə, konkret-tarixi cəhətdən isə arxeoloji və müxtəlif dilli yazılı qaynaqlara əsaslanır. Kitabın hazırlanması Azərbaycanın ən qədim...
Azerbaycan_tarixi_cild_1
30
FƏSİL VƏ PARAQRAFLAR AŞAĞIDAKI MÜƏLLİFLƏR TƏRƏFİNDƏN YAZILMIŞDIR Giriş - İqrar Əliyev Azərbaycanın təbii-coğrafi şəraiti - B.Ə.Budaqov I BÖLMƏ DAŞ DÖVRÜ. İBTİDAİ İCMA QURULUŞU I FƏSİL. PALEOLİT DÖVRÜ. İBTİDAİ OVÇULAR – YIĞICILAR Daş dövründə Azərbaycanın təbii şəraiti - Ə. V.Məmmədov İnsan cəmiyyətinin ən qədim inkişaf...
Azerbaycan_tarixi_cild_1
31
BTDA-CMA QURULUŞUNUN DAĞILMASI IV FƏSİL. İLK TUNC DÖVRÜ. KÜR-ARAZ MƏDƏNİYYƏTİ - İ.H.Nərimanov V FƏSİL. ORTA TUNC DÖVRÜ - İqrar Əliyev, İ.H.Nərimanov VI FƏSİL. SON TUNC VƏ ERKƏN DƏMİR DÖVRÜ. İBTİDAİ-CMA QURULUŞUNUN DAĞILMASI. ERKƏN SİNİFLİ CƏMİYYƏT ƏRƏFƏSİNDƏ AZƏRBAYCAN TAYFALARI Tayfalar və tayfa qrupları - İqrar Əliye...
Azerbaycan_tarixi_cild_1
32
III BÖLMƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ İLK DÖVLƏTLƏR VIII FƏSİL. AZƏRBAYCAN ƏRAZİSİNDƏ İLKİN SİYASİ QURUMLAR. MANNA DÖVLƏTİ Urmiya gölü hövzəsində ilk siyasi qurumlar - İqrar Əliyev, S.M.Qaşqay Mannanın çarlığının meydana gəlməsi. Aşşurlulara və urartululara qarşı mübarizə - İqrar Əliyev, S.M.Qaşqay Mannanın təsərrüfat həyatı...
Azerbaycan_tarixi_cild_1
33
IV BÖLMƏ HELLENİZM DÖVRÜNDƏ AZƏRBAYCAN ƏRAZİSİNDƏ DÖVLƏT QURUMLARI XII FƏSİL. MADA-ATROPATENA (*Aturpatakan) DÖVLƏTİ - İqrar Əliyev Madanın satrapı Atropat. Azərbaycan ərazisində müstəqil Mada-Atropatena - Kiçik Mada dövlətinin yaradılması - İqrar Əliyev Atropatenanın etnik mənzərəsi. Mada-Atropatena etnosunun təşəkkül...
Azerbaycan_tarixi_cild_1
34
Albaniya eramızın hüdudlarında və ilk əsrlərində. Parfiya və Romaya qarşı mübarizə - K.H.Əliyev Eramızın hüdudunda və ilk əsrlərində şimaldan Albaniyanın və bitişik vilayətlərin ərazisinə köçərilərin girməsi – İqrar Əliyev XVI FƏSİL. ANTİK ALBANİYANIN MƏDƏNİYYƏTİ Albaniyanın maddi mədəniyyət abidələri - F.L.Osmanov Ant...
Azerbaycan_tarixi_cild_1
35
Azərbaycanın təbii-coğrafi şəraiti Azərbaycanın tarixi ərazisi Şərqi Zaqafqaziya və İranın şimal-qərb hissəsində yerləşir. Sahəsi 221,6 min km², əhalisinin sayı isə 30 mln nəfərdən artıqdır. Hazırda bu tarixi ərazinin bir hissəsini tutan Azərbaycan Respublikasının sahəsi 86,6 min km², əhalisi 8,5 mln nəfərdir (2006-cı ...
Azerbaycan_tarixi_cild_1
36
Cənubi Azərbaycanın şimal hissəsində əsasən intruziv süxurlardan təşkil olunmuş Qaradağ silsiləsi əyməvari şəkildə qərbdən şərqə doğru uzanır. Araz çayının sağ sahilindən başlanan bu silsilənin mütləq yüksəkliyi 3000 metrə qədər çatır. Qaradağ silsiləsinin şimal yamacı 50 kilometr məsafədə 3000 metrdən 200 metrə qədər,...
Azerbaycan_tarixi_cild_1
37
Acıçay (Acıdərə) çökəkliyi qərbdən şərqə doğru (Təbriz-Kəhriz istiqamətində) 125 km məsafədə uzanır. Onun dibində çay terraslarından ibarət düzənliklər, ətraf hissələrdə isə gətirmə konusları vardır. Ərdəbil çökəkliyi Balıqlıçay, Quruçay və Qarasu çaylarının qovuşduğu yerdə vulkanogen, allüvial-prolüvial çöküntülərində...
Azerbaycan_tarixi_cild_1
38
düzünün bir qismini, Gəncə-Qazax düzünü, Boz dağı, Ceyrançölü və Acınohur öndağlığın cənub-qərbdəki ucqar hissəsini əhatə edir. Yuxarıda adları çəkilən hər iki iqlim daxilində qarlı günlərin sayı 20 günə qədər olduğundan və həmin müddətdə qarın qalınlığı 10 santimetrdən artıq olmadığından bu ərazilər yüksək məhsuldarlı...
Azerbaycan_tarixi_cild_1
39
Atmosfer yağıntılarının miqdarının paylanma dərəcəsindən və səthə çıxan yeraltı suların həcmindən asılı olaraq Azərbaycanda axımın paylanması müxtəlifdir. Azərbaycan Respublikasının orta və yüksək dağlıq hissələri axın zonasına (35 l/san/kv.km) aiddir. Cənubi Azərbaycanın eyni yüksəkliyi olan dağlarının ərazisi isə ort...
Azerbaycan_tarixi_cild_1
40
Azərbaycanın dağ meşələri altında dağ-meşə torpaqları, yüksək qələvili torpaq tipləri inkişaf etmişdir. Lənkəran dağlarının Xəzər dənizinə doğru istiqamətlənmiş cənub-şərq yamaclarında dağ-sarı, yuxa və podzollu torpaqlar geniş sahə tutur. Cənubi Azərbaycanın torpaq örtüyü arid iqlim və kəskin parçalanmış relyef şərait...
Azerbaycan_tarixi_cild_1
41
BİRİNCİ BÖLMƏ DAŞ DÖVRÜ. İBTİDAİ İCMA QURULUŞU I FƏSİL PALEOLİT DÖVRÜ. İBTİDAİ OVÇULAR – YIĞICILAR Daş dövründə Azərbaycanın təbii şəraiti. İnsanın və cəmiyyətin formalaşması və inkişafı təbii mühitin inkişafı ilə yanaşı və sıx əlaqədə getmişdir. Külli miqdarda paleolit abidələrinin tədqiqi nəticəsində təbiətin, insanı...
Azerbaycan_tarixi_cild_1
42
yanaşı həmişəyaşıl ağaclar, o cümlədən palma, dəfnə, maqnoliya, həmişəyaşıl palıd, azat, darçın ağacı, nissa, araliya və s. geniş yayılmışdır. Bu da həmin dövrlərdə iqlimin kifayət dərəcədə isti və rütubətli olduğunu göstərir. Hesablamalara əsasən dağətəyi və düzənliklərdə orta illik temperatur 17-19°C, yanvar ayının t...
Azerbaycan_tarixi_cild_1
43
Eopleystosen epoxası - çaydaşı mədəniyyəti dövrü iqlimdə soyuqlaşma və quraqlaşma prosesinin güclənməsi, vulkanların fəallaşması, dağların hündürlüyünün artması, dəniz örtən sahələrin azalması, fauna və flora örtüyünün kasıblaşması, meşə sahələrinin azalması, açıq çöl sahələrinin genişlənməsi və ilk dağ-dərə buzlaqları...
Azerbaycan_tarixi_cild_1
44
Çaydaşı mədəniyyəti dövründən erkən aşel mədəniyyətinə keçid ərəfəsində landşaftın regional xüsusiyyətləri saxlanmaqla yanaşı, qurunun və dənizin yerləşməsində və iqlimdə bəzi dəyişikliklər getmişdir. Kür körfəzi geri - cənub-şərqi Şirvanadək çəkilir, bütün Kür-Araz ovalığı Şirvandan qərbə dəniz sularından azad olur və...
Azerbaycan_tarixi_cild_1
45
palıd, vələs, fıstıq və digər enliyarpaqlı ağaclardan ibarət meşələr üstün yer tuturdu, yüksək dağlıq isə alp və subalp çəmənlikləri ilə örtülü idi. Azıx mağarasının Orta Aşel mədəni təbəqəsindən əldə edilən zəngin osteoloji materialın öyrənilməsi ətraf ərazidə müxtəlif növ heyvanların, o cümlədən cüyürün, xallı maralı...
Azerbaycan_tarixi_cild_1
46
Mezolit və sonrakı dövrləri əhatə edən holosen epoxası Yer kürəsində iqlimin ümumi qlobal istiləşməsi, dağ və qitə buzlaqlarının tənəzzülə uğraması ilə səciyyələnir. Bu istiləşmə Azərbaycan ərazisində dağ buzlaqlarının tam əriməsi, qar xəttinin və landşaft qurşaqlarının yuxarı qalxması ilə müşayiət olunur. Palinoloji d...
Azerbaycan_tarixi_cild_1
47
kəsib aşağı enmiş, burada terras əmələ gəlmiş, mağara subasma təhlükəsindən xilas olmuş və ibtidai insanın mağarada yaşamasına şərait yaranmışdır. Quruçay dərəsi, Azıx mağarası yerləşdiyi ərazi ilə birlikdə, istehsal alətləri hazırlamaq üçün zəngin xammal mənbəyi olmuşdur. Burada kvars, kvarsit, bazalt, felzit, çaxmaqd...
Azerbaycan_tarixi_cild_1
48
məşkunlaşmasından xəbər verir. İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın mühüm rolu olmuşdur. Qədim insanlar əmək alətləri hazırlamaq üçün daşları məhz Quruçaydan toplayıb mağaraya gətirmişlər. Eyni zamanda Azıx sakinləri Quruçay dərəsində ovçuluqla da məşğul olmuşlar. Quruçay vadis...
Azerbaycan_tarixi_cild_1
49
olaraq Fransanın Sent-Aşel düşərgəsində müəyyən olunmuş və ona görə də tapıldığı yerin adı ilə aşel mədəniyyəti adlandırılmışdır. Azıxın VI təbəqəsinin daş məmulatı bəsit formada hazırlanmış əl çapacaqları, kobud çapma alətləri, qalın qəlpələr üzərində hazırlanmış əmək alətləri və diskşəkilli nukleuslarla (nüvələr) xar...
Azerbaycan_tarixi_cild_1
50
təbəqənin əmək alətləri qədim aşel dövrü daş məmulatının bəzi oxşar xüsusiyyətlərini özündə birləşdirir. Arxeoloji tədqiqatlar zamanı V təbəqədən daş məmulatı ilə birlikdə minlərlə ovlanmış heyvan sümükləri aşkar olunmuşdur. Bu tapıntılar sübut edir ki, Orta Aşel dövründə Azıx düşərgəsində yaşayan sakinlərin məşğuliyyə...
Azerbaycan_tarixi_cild_1
51
Azıxın IV təbəqəsindən maddi mədəniyyət qalıqları tapılmamışdır. Bu, qədim Azıx sakinlərinin düşərgəni müvəqqəti tərk etdiklərini göstərir. Lakin insanlar düşərgəyə yenidən Mustye dövrünün əvvəllərində gəlib burada yaşamağa başlamışlar. Orta Paleolit-Mustye mədəniyyəti (100-35 min il əvvəl). Aparılan arxeoloji tədqiqat...
Azerbaycan_tarixi_cild_1
52
kənarda hazırlamışlar. Mustye mədəniyyəti dövründə neandertal tipli insanlar Azıx mağarasında daim yaşamışlar. Arxeoloji qazıntılar zamanı Azıx düşərgəsinin III təbəqəsindən ovlanmış heyvan sümükləri tapılmışdır. Sümüklər içərisində çoxlu at, ibtidai öküz, vəhşi qulan, Qafqaz maralı, qaban, mağara ayısı, kərgədan və s....
Azerbaycan_tarixi_cild_1
53
Sümüklər arasında maral, mağara ayısı, ibtidai at sümüklərinin qırıntıları çoxdur. Tağlar düşərgəsinin çöküntülərində çoxlu ocaq layları aşkar olunmuşdur. Bu göstərir ki, qədim insanların həyatında ocaq mühüm yer tutmuşdur. Sümük məmulatının əksəriyyəti ocaqda yandırılmışdır. Tağlar düşərgəsinin maddi mədəniyyət qalıql...
Azerbaycan_tarixi_cild_1
54
Qazma düşərgəsindən tapılmış daş məmulatı çaxmaq və dəvəgözü daşlarından hazırlanmışdır. Əmək alətləri əsasən qaşov tipli alətlərdən və itiuclulardan ibarətdir. Alətlər itiləyici dişəklə dişəklənmişlər. Daş məmulatı içərisində istehsal tullantılarının qeydə alınması göstərir ki, qədim insanlar əmək alətlərinin bir qism...
Azerbaycan_tarixi_cild_1
55
süngü, iynə və s. alətlərdən də istifadə olunurdu. Son paleolit dövrü adamları əsasən mağaralarda, qazmalarda və yerüstü daxmalarda yaşayırdılar. Üst paleolit dövrü incəsənəti xüsusilə diqqəti cəlb edir. Matriarxat dövründə qadına sitayişlə əlaqədar rəmzi mənada çoxlu qadın təsvirləri yaradılmışdır. Son paleolit dövrün...
Azerbaycan_tarixi_cild_1
56
alətin hazırlanmasından əvvəl onun forması, nümunəsi mövcud idi. "Nümunənin təsəvvürə gətirilməsi onun haqqında biliyin olması deməkdir, bu bilik isə cəmiyyət tərəfindən mühafizə olunur və ötürülür" Əvvəllər bu "hal yox idi və ola da bilməzdi. Bundan başqa, Qədim Aşel dövrünə aid olan əl çapacağının ritm hissinin mövcu...
Azerbaycan_tarixi_cild_1
57
belə hesab edirlər ki, artıq indi bu süjetin pitekantrop dövrünə gedib çıxa bilməsi haqqında iddia həddindən artıq cəsarətli fikir kimi nəzərə çarpmır. Qeyd etmək olar ki, artıq uzaq erkən Aşel dövründə "ibtidai insanların şüurunda forma (Qədim Aşel dövrünə aid olan əl çapacağını xatırlayaq, çapacağın hazırlanması üçün...
Azerbaycan_tarixi_cild_1
58
üzün zəmin hazırladı: 30-35 min il bundan əvvəl müasir fiziki tipə malik olan insan meydana gəldi. Beləliklə, aşel mərhələsinin ikinci yarısının materialı Azıx sakinlərinin mənəvi həyatındakı əhəmiyyətli uğurlardan danışmaq imkanı yaradır. Ayı kəllələrinin yığıldığı xəlvətxana - gizli yer (kəllələrdən birinin üzərində ...
Azerbaycan_tarixi_cild_1
59
haqqındakı təsəvvürlərlə əlaqədar olaraq xüsusi yer tutmuşdur. Biz bununla bağlı olaraq şumerlərin məşhur "yeddiliyini" yada sala bilərik. Şumerlər 7 rəqəmi ilə Kainat haqqında ideyanı da ifadə edirdilər. Məşhur Şumer zikkuratının 7 pilləsi, 7 "planetə", həftənin 7 gününə, 7 böyük tanrıya, 7 küləyə, yeraltı səltənətin ...
Azerbaycan_tarixi_cild_1
60
gizli guşələr dünyanın bir çox bölgələrində də tapılmışdır. Draxenlox (İsveçrə), Zaltsofen (Avstriya), Klyuni, Le Furten, Reqardu, Lazaret (Fransa), Petersxel (AFR) Kudaro (Şimali Qafqaz) və başqa yerlərdə bu cür nümunələr aşkar olunmuşdur. Azıxda aşkar edilmiş, heyvan kəllələrinin saxlandığı gizli yer bu cür sitayiş o...
Azerbaycan_tarixi_cild_1
61
bir növ "tayfa ərəfəsi" birləşmənin mövcudluğu şübhəsizdir. Bu birliyin əsas tərkib hissəsini böyük kollektiv təşkil edirdi. Güman etmək olar ki, bu kollektiv bir neçə nəsli icmanı, birgə əməyə əsaslanan bir neçə düşərgəni özündə ehtiva edirdi. Bundan başqa, neandertal qəbirləri müəyyən, sırf insan hisslərindən, bəşəri...
Azerbaycan_tarixi_cild_1
62
Qeyd etmək lazımdır ki, artıq çox qədim zamanlarda Qafqaz bərzəxi insanların tropik iqlimə malik olan ilkin vətəndən - Afrikadan Avropanın mülayim iqlim qurşağına hərəkət etməsi üçün şərait yaratmış körpülərdən biri idi. Daha sonrakı zamanlarda da xeyli insan kütləsinin dəfələrlə bu ərazi ilə hərəkəti baş vermişdir. Al...
Azerbaycan_tarixi_cild_1
63
II FƏSİL MEZOLİT VƏ NEOLİT DÖVRÜ. AZƏRBAYCAN SAKİNLƏRİ İSTEHSALEDİCİ TƏSƏRRÜFATIN MEYDANA ÇIXMASI DÖVRÜNDƏ Giriş qeydləri. Bütün Paleolit dövrü ərzində əhəmiyyətli nailiyyətlərə və cəmiyyətin çox böyük inkişafına baxmayaraq, insanlar istehlakçı olaraq qalır, onların təsərrüfatı sırf mənimsəmə xüsusiyyəti daşıyırdı. İst...
Azerbaycan_tarixi_cild_1
64
İqtisadiyyatın müstəqil sahəsi kimi formalaşan balıqçılığın dənizdə və ya quruda aparılan ov və akvafaunadan maksimum istifadə ilə intensivləşməsi uzlaşır. Yığıcılığın intensivləşməsi öz növbəsində dənli bitkilərin becərilməsinə gətirib çıxarır və s. Bütün bunlar istehsaledici təsərrüfat formasına keçid üçün imkanlar y...
End of preview. Expand in Data Studio

Azerbaijani History Book Collection — 7 Volume Dataset

This dataset contains extracted and cleaned text from the 7-volume academic edition “Azərbaycan tarixi” published by the Azerbaijan National Academy of Sciences, A. Bakikhanov Institute of History.

Each record consists of a book name, page number, and page content.


Dataset Structure

Column Description
book_name Volume identifier (e.g., Azerbaycan_tarixi_cild_1)
book_page Page number in the book
page_context Cleaned text content of the page (normalized, no line breaks)

Example:

book_name,book_page,page_context
Azerbaycan_tarixi_cild_1,1,AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI A.BAKIXANOV ADINA TARİX İNSTİTUTU AZƏRBAYCAN TARİXİ ...
Azerbaycan_tarixi_cild_1,2,Bu kitab "Azərbaycan tarixi. Yeddi cilddə. I cild" (Bakı, Elm, 1998) nəşri əsasında...

Source & Authors

  • Original Title: Azərbaycan tarixi — Yeddi cilddə
  • Institution: Azerbaijan National Academy of Sciences — A. Bakikhanov Institute of History
  • Chief Editor: Academician Iqrar Əliyev
  • Publisher: “Elm” Publishing, Baku
  • Original Publication: 1998 (first edition), reissued in 2007
  • ISBN: 978-9952-448-36-8, 978-9952-448-34-4, 978-9952-448-39-9, 978-9952-448-37-5,978-9952-448-41-2, 978-9952-448-44-03, 978-9952-448-48-1

The series covers Azerbaijani history from prehistoric times to the 3rd century AD, based on archaeological research, written records, social structure analysis, cultural development, and ethnic history.


Volumes Included

  • Azerbaycan_tarixi_cild_1
  • Azerbaycan_tarixi_cild_2
  • Azerbaycan_tarixi_cild_3
  • Azerbaycan_tarixi_cild_4
  • Azerbaycan_tarixi_cild_5
  • Azerbaycan_tarixi_cild_6
  • Azerbaycan_tarixi_cild_7

(Each volume will appear in the dataset with the format book_name = Azerbaycan_tarixi_cild_X)


License

This dataset licensed under the CC BY-NC 4.0 license. What does this license allow?

Attribution: You must give appropriate credit, provide a link to the license, and indicate if changes were made.
Non-Commercial: You may not use the material for commercial purposes.

For more information, please refer to the CC BY-NC 4.0 license.

Contact

For more information, questions, or issues, please contact LocalDoc at [v.resad.89@gmail.com].

Downloads last month
9